Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Dekabr 2013

Dünyanın böyükləri



Dünyanı kim idarə edir? Bəzən bu söz din əhlinə toxunur və bir az acıqla “dünyanı Allah idarə edir” deyib söhbətə nöqtə qoymaq istəyirlər. Allah isə buyurur ki, insan özü taleyini dəyişməyincə bu işi başqası görəsi deyil.

Dünyanı idarə etməkdə iddialı qurumlar var. BMT-dən qabaq bir neçə qurumu yada salaq. G20 deyilən Böyük İyirmilik (Group of Twenty Finance Ministers and Central Bank Governors) maliyyə və iqtisadiyyat nazirlərinin, mərkəzi banj rəhbərlərinin, AB-nin təmsil olunduöğu bir qurumdur. Dünya Ticarət dövrəyisəinin 80 faizinə G20 nəzarət edir.

Böyük Səkkizlik deyilən qrupa, daha doğrusu kluba (Group of eight, G8) İngiltərə, Almaniya, İtaliya, Kanada, Rusiya, ABŞ, Fransa, Yaponiya daxildir. G8 aktual beynəlxalq məsələlərin həllində söz sahibidir.

Nəhayət...
Birləşmiş Millətlər Təşkilatı (BMT - ing. United Nations Organization, UNO) 1945-ci ildə yaradılmış dövlətlərarası beynəlxalq təşkilatdir. 192 ölkə bu təşkilatın üzvüdür. Yalnız Vatikan BMT-nin üzvü deyil.
BMT-nin qərargahı Nyu-York şəhərindədir. Birləşmiş Millətlər Təşkilatı İkinci Dünya müharibəsindən sonra, beynəlxalq sülhün və təhlükəsizliyin qorunub saxlanılması, millətlər arasında dostluq əlaqələrinin inkişafı və sosial tərəqiyyə yardım, insan həyatının və hüquqlarının müdafiəsi səviyyəsinin yüksəldilməsi məqsədilə yaradılmışdır.
BMT-nin Nizamnaməsi 1945-ci il iyunun 26-da San-Fransisko konfransında 50 dövlətin nümayəndəsi tərəfindən imzalandı və 1945-ci il oktyabrın 24-də qüvvəyə mindi.
BMT-nin əsas orqanları BMT Baş Məclisi, BMT Təhlükəsizlik Şurası, İqtisadi və İctimai Şura, Qəyyumluq Şurası, Beynəlxalq Məhkəmə və Katiblikdir. 1992-ci ildən Azərbaycan Respublikası BMT-nin üzvüdür.

Birləşmiş Millətlər Təşkilatı 6 əsas orqandan ibarətdir:
-Baş Assambleya
-Təhlükəsizlik Şurası
-İqtisadi və Sosial Şura
-Hamilik Şurası
-Beynəlxalq Məhkəmə və Katiblik
-Niderlandın Haaqa şəhərində yerləşən Beynəlxalq Məhkəmə (digər qurumlar Nyu-Yorkda, BMT-nin Mərkəzi idarələrində yerləşir)

Prinsipləri adi, amma dünyadakı roluna rəğmən ziddiyyətlidir:

- оnun bütün üzvlərinin bərаbərliyi;
- nizаmnаmə üzrə qəbul еdilən öhdəçiliyi vicdаnlа yеrinə
yеtirmək;
- bеynəlхаlq münаsibətlərin sülh vаsitəsi ilə həll еdilməsi;
- bеynəlхаlq münаsibətlərdə bir ölkənin digər ölkəyə güc
tətbiq еtməsindən imtinа еtmək;
- bu prinsipləri qəbul еtməklə bütün hərəkətlərdə Təşkilа-
tın bütün üzvlərinə köməklik göstərmək;
- bеynəlхаlq sülhü və təhlükəsizliyi təmin еtmək BMT-nin
üzvü оlmаyаn dövlət BMT-nin prinsiplərinə uyğun оlаrаq lаzım gələrsə hər şеyi təmin еtməlidir;
- dövlətlərin dахili işlərinə qаrışmаmаq;
- insаnlаrın əsаs hüquq və аzаdlıqlаrınа hörmət еtmək;
- хаlqlаrın özünüidаrə еtməsi və bərаbər hüquqlu оlmаsı;
- əməkdаşlıq və tərksilаh.
2011-ci ildə üzvlərinin sayı 193-ə çatıb.

BMT-nin ixtisaslaşmış təşkilatları var:

Beynəlxalq Əmək Təşkilatı (BƏT)
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO)
BMT-nin Təhsil, Elm və Mədəniyyət məsələləri üzrə Təşkilatı (YUNESKO)
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST)
Dünya Bankı (DB)
Beynəlxalq Valyuta Fondu (BVF)
Beynəlxaiq Mülki Aviasiya Təşkilatı (ICAO)
Narkotiklər və Cinayətkarlıq üzrə İdarə (UNODC)[3]
Ümumdünya Poçt İttifaqı (ÜPİ)
Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ)
Ümumdünya Meteorologiya Təşkilatı (ÜMT)
Beynəlxaq Dənizçilik Təşkilatı (BDT)
Beynəlxalq İntellektual Mülkiyyət Təşkilatı (WIPO)
Beynəlxalq Kənd Təsərrüfatının İnkişafı Fondu (IFAD)
Sənaye inkişafı üzrə Birləşmiş Millətlərin Təşkilatı (YUNİDO)
Qaçqınlar üzrə Ali Komissarlıq (UNHCR)
Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (MAQATE)
BMT Baş Katibliyinə BMT Təhlükəsizlik Şurasının tövsiyəsi ilə beş il müddətinə Baş Assambleya tərəfindən seçilən Baş Katib rəhbərlik edir. Onun 2 dəfə seçilmək hüququ vardır.

Qledvin Ceb (Gladwyn Jebb), Trüqve Halvdan Li (Trygve Halvdan Lie), Daq Hammarşeld (Dag Hammarskjöld), U Tan , Kurt Valdhaym (Kurt Waldheim), Havyer Peres de Kuelyar (Javier Pérez de Cuéllar Guerra), Butros Butros Qali (بطرس بطرس غالي), Kofi Annan (Kofi Annan) BMT baş katibi olmuş çəxslərdir. Hazırda bu postu koreyalı Pan Gi Mun tutur.

BMT-nin yaradılması barədə Bəyannamə imzalanır və 1945-ci ilin aprel-iyun aylarında San-Fransisko konfransı dünyanın üst qurumu sayılan bu təşkilatın yaranmasını elan ediləndən cəmi iki ay sonra, 6 və 9 avqustda ABŞ Yaponiyanın şəhərlərinə (Xerosima və Naqasaki) atom bombası atır.

Əsasdan əsas məsələ budur ki, BMT-ni beş ölkə idarə edir. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası (BMTTŞ) adlanan dəyirmi stolun rəsmən15 üzvü var: 5 daimi (Çin, Fransa, Rusiya, Böyük Britaniya, ABŞ), 10 üzvü isə 2 il müddətinə seçilir. Qərara verən, tank yeridən, qırıcı göndərən də bu bu beş dğvlətdir. 5+1 deyilən dünyaçaplə qurumda Almaniya +1 kimi iştirak edir. Səbəbi dünya müharibəsinə imza atması göstərilir. Amma qanlı müharibələr tarixində 5 dövlətin hər birinin payı, yeri, adı var.

Dünya BMT-dən nə gözləyir? Sülh və rifah? G20, G8, ya 5+1-in məqsədi klub mənafelərinə xidmətdir, yoxsa beynəlxalq sülh? Bu iki kateqoriya üzrə fəaliyyətlərdə söz sahibi elə 5+1-dir, BMT yox! Çünki BMT-ninəksər qətnamələri, başda İsrailə qarşı qətnamələri bir yığın kağız-kuğuzdan başqa şey deyil.

Bir məhəllədə 5 ya 5+1 nəfər ortaya çıxsa ki, biz bu məhəldə əmin-amanlıq, rifah yaratmaq istəyirik, hamı düşünər ki, bu 6 şəxs kimdir, keçmişləri nə olub? Çin, Fransa, Rusiya, Böyük Britaniya, ABŞ, Almaniyanın keçmişi nədir?

Monqolların hərbi əməliyyatlarını coğrafi baxımdan Çinin ayaöına yazsaq görərik ki, Avropa özünü tanıyana qədər monqolların əsarəti altına düşüb. (Uyğurların soyqırımı elə monqollarsız da Çinin mənfi reputasiyası üçün bəs edir)
1235-ci ildə Monqol feodallarının xuralı (qurultayı) Qərbə hücum haqqında qərar qəbul etdi. Bu hücuma Cuçi xanın oğlu, Çingiz xanın nəvəsi Batı xan başçılıq edirdi. Onlar 1236-cı ildə Kama bulqarlarını məğlub edib 1237-ci ilin qışında Şimal-Şərqi Rusiya torpaqlarına soxuldular...
1239-cu ildə Batı xan Cənubi Rusiyanı işğal etməyə başladı. 1240-cı ildə monqollar Kiyevi tutdular....
1240-cı ildə Batı xan Volın və Qalisiyanı işğal edərək, Polşa, Macarıstan və Çexiyaya hücum etməyə hazırlaşdı. Nəticədə bütün Şərqi Avropa monqolların tabeçiliyinə keçir. Hətta Müqəddəs Roma İmperiyasının imperatoru II Fridrix bildirmişdi ki, xan tələb edərsə onun quşçusu olmağa hazırdır...

Fransa-Britaniya müharibələri, bu iki istilaçı dövlətin dünya boyu səpələnmiş, okeanı aşmış koloniyaları, Rusiya bu gün çeçenləri mərmi altında saxlaması, ABŞ-ın müasir dünyada iblisliyindən danışıb oxucunu yormaq istəmirik. Bəli, BMT-də, G20, G8, 5+1-də təmsil olunan və bu qurumları yaradıb təmsil edənlər dünyanın ən zalım dövlətlərifir. Yalnız o xalq bu istibdad əsarətindən yayına bilir ki, ağlı, gücü və... Allah kimi arxası olsun.

Nur-az.com


2096 بازدید