Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Fevral 2015

İran İslam Respublikasının müdafiə gücündən yalnız bir yumruq

“ABŞ-ın İŞİD-ə qarşı tədbir planı yalnız hava hücumlarıdır ki, bunun da uğursuzluğu göz önündədir. Halbuki İraqın hakimiyyəti və yerli qüvvələri Qasim Süleymaninin əsgərləri sayılırlar...
“General Qasim Süleymani İİR-nın müdafiə gücündən yalnız bir yumruqdur!” Bu sözləri “Middle East” jurnalı yazır. Analitik məqalədə həmçinin bildirilir:
“Ötən ilin yayında təkfirçi-bəsçi terrorçuların İraqa hücumu bütün dünyanı heyrətə saldı. Bu zaman hadisəyə cəld reaksiya verib böhranı həll etmək üçün Bağdada yardım edən və onun süqutunun qarşısını alan yeganə ölkə İran idi. İŞİD-lə partizan müharibələrində ən mühüm amil isə məhz General Süleymani olmuşdur. Onun İraqda şiələr, sünnilər və kürdlərlə çəkilmiş şəkilləri göstərir ki, bu general terrorçulara qarşı heyrətamiz taktikaları ilə bütün iraqlıların rəğbətini qazanmışdır”.

Jurnal İraqda pozulmuş sabitliyin İranı əsla təhdid etmədiyini bildirərək, bu baxımdan da İİR-nın müdafiə sisteminin və Qasim Süleymaninin rolunu xüsusi vurğulayır. Məqalədə deyilir: “ABŞ-ın İŞİD-ə qarşı tədbir planı yalnız hava hücumlarıdır ki, bunun da uğursuzluğu göz önündədir. Halbuki İraqın hakimiyyəti və yerli qüvvələri Qasim Süleymaninin əsgərləri sayılırlar və İŞİD-ə qarşı koalisiya qüvvələrindən daha effektiv vuruşa bilirlər. Barak Obama bəlkə də buna görə etiraf etmişdi ki, İŞİD-in tədrici məhvi üçün İrana ehtiyac var”.

İraqlıların nisbi sabitlikdən ötrü İrana borclu olduqlarını qeyd edən jurnal kürd lideri Bərzaninin fikirlərinə yer verib: “İŞİD terrorçularından müdafiə olunmaq üçün kürd qüvvələrinə silah verən ilk dövlət İran oldu”.

Nur-az.com


1072 بازدید
در حال ارسال اطلاعات...