Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Fevral 2015

"Mövsüm Səmədov Müalicə Mərkəzinə köçürülməlidir"

Allah-Təalaya qarşı naşükürlük edə bilmərik. Biz əziz İslam, İmam Hüseyn (ə), Həzrət Zeynəb (s) yolunda qarşımıza çıxan çətinliklərlə iftixar edirik
Bir neçə gün öncə ciddi rejimli Qobustan qapalı həbsxanasında ailəsi AİP lideri Mövsüm Səmədovla görüşüb.

Bununla bağlı ailəsi ilə əlaqə saxladıq və hacının həyat yoldaşı Mehparə Səmədova İslaminsesi.org-un əməkdaşının suallarını cavablandırdı.

-Mehparə xanım, hacının səhhəti, ümumi vəziyyəti necə idi?

-Biz onunla görüşəndə hacı özünü yaxşı hiss edirdi. Lakin səhhətiylə bağlı mütəmadi olaraq narahatlıqları olur. Ürək ağrıları ilə əlaqədar müalicə olunmalıdır. Hazırda immuniteti çox aşağıdır. Hacı çəzacəkmə müəssisəsinin tibb sanitar hissəsinə keçirilməsi üçün müraciət etsə də buna icazə verilməyib. Əslində onun İxtisaslaşdırılmış Müalicə Mərkəzinə (sentral) köçürülməsi lazımdır. Müəssisə rəhbərliyinə bu haqda olunan müraciətlər də nəticəsiz qalıb.

-Bu haqda hacının vəkili ilə əlaqə saxlamısınızmı?

-Təəssüflə qeyd edirəm ki, vəkil özü də heç bir iş görə bilmir. Onun hacı ilə görüşünə şərait yaradılmır.

-Hacının həbsxanadakı saxlama şəraiti necədi?

-O, iki nəfərlik 7 kv.m otaqda saxlanılır. Ərzaq 2 aydan bir dəfə qəbul olunur. 3 aydan bir qısa, 6 aydan bir dəfə isə şəxsi görüşə icazə verilir. Müəssisənin girişi və çıxışında çox çiddi yoxlanışlar aparılır.

-Görüş zamanı hər hansı maneələr və məhdudiyyətlər oldumu?

-Xeyr, ailəvi görüşə heç bir maneə və vaxt məhdudiyyəti olmadı. Sadəcə görüş otağı çox pis vəziyyətdə idi. Otağın 4 bir tərəfi rütubətdən kif bağlamışdı. Üfunət iyi gəlirdi. Divarlardan su axırdı. Bizə deyilənə görə, bu hələ müəssisənin ən yaxşı görüş otağı idi.

Görüş zamanı hacıya ilk növbədə atasının vəfatı ilə əlaqədar ailəsinin, dostlarının və tanışlarının başsağlığını çatdırdıq. O da hamıya təşəkkür etdi və salamlarını çatdırdı. Hacı bütün bu çətinlikləri Allahın məsləhəti olduğunu və inşəallah hər şeyin xeyirlə qurtaracağına qəti inamını bildirdi.

Mən də öz növbəmdə onu deyə bilərəm ki, Allah-Təalaya qarşı naşükürlük edə bilmərik. Biz əziz İslam, İmam Hüseyn (ə), Həzrət Zeynəb (s) yolunda qarşımıza çıxan çətinliklərlə iftixar edirik.


1354 بازدید
در حال ارسال اطلاعات...