Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Fevral 2015

Bəndəlik, təzim və yalvarış

Dua Allah-Taala ilə danışmaq, Allahı özünə yaxın hiss etmək və ürək sözünü Ona deməkdir
İbadətin ruhu

Hədisdə göstərilmişdir ki, dua ibadətin məğzidir. ("Vəsail əş-şiə", c. 7, səh. 27; hədis həzrət Peyğəmbərdəndir (s)) Yəni dua ibadətin məğzi, daha çox işlənən təbirlə desək, ibadətin ruhudur. Dua nədir? Dua Allah-Taala ilə danışmaq, Allahı özünə yaxın hiss etmək və ürək sözünü Ona deməkdir.

Ən yaxşı ibadət

Hədisdə göstərilir ki, ən fəzilətli ibadət duadır. (Əl-Kafi, c. 2, səh. 466; hədis İmam Baqirdən (ə) nəql olunmuşdur.)
Hər bir ibadətin məğzi duadır. İbadətlər insanı Allah-Taala qarşısında təzimə, onun ürəyini müti və təslimçi olmağa sövq etmək üçündür. İbadətin məğzi duadır.
“Dua ibadətin məğzidir”. Allah qarşısında olan bu itaət və kiçilmə insanların bir-biri qarşısında təvazökarlığı, kiçilməsi və təzimi növündən deyil, mütləq xeyir, mütləq gözəllik, mütləq yaxşılıq və mütləq fəzilət qarşısında kiçilməkdir. Buna görə, dua bir nemətdir. Dua etmək imkanı bir nemətdir.
Dua barəsində sözün qısası budur ki, dua Allah qarşısında bəndəliyin təzahüri və insanda bəndəlik ruhunun gücləndirilməsi üçündür. Allah qarşısında bu bəndəlik ruhu, Allahın peyğəmbərlərinin əvvəldən sona qədər tərbiyə və səylərinin yönəldiyi nöqtədir. Onlar insanlarda bəndəlik ruhunu dirçəltməyə çalışmışlar.

Allah qarşısında kiçilmək və təzim

Duanın əsas məqsədi nədir? Rəbb qarşısında kiçilməkdir. Duanın əsası budur. Peyğəmbərin (s) belə buyurduğu nəql olunub: “Dua ibadətin məğzidir”. ("Vəsail əş-şiə", c. 7, səh. 27; hədis həzrət Peyğəmbərdəndir (s).) Çünki duada Rəbbə mütləq bağlılıqdan və onun qarşısında kiçilməkdən ibarət olan bir vəziyyət var. İbadətin əsası da budur. Məhz buna görə "Rəbbiniz buyurdu: “Mənə dua edin, Mən də sizin dualarınızı qəbul edim!" ayəsinin davamında buyurur: "Mənə ibadət etməyi təkəbbürlərinə (özlərinə) sığışdırmayanlar cəhənnəmə zəlil olaraq girəcəklər!" (Qafir, 60) Duanın əsası budur ki, insan Allah-Taala qarşısında özünü yalançı qürurdan xilas etsin. Duanın əsası Rəbb yanında kiçilməkdir. Mənim əzizlərim! Siz istər öz ətrafınızda, istər öz ölkənizdə, istər bütün dünyada kiminsə tərəfindən müəyyən şəkildə pislik və fəsad görsəniz, diqqətlə baxdıqda müşahidə edəcəksiniz ki, o pisliyin və fəsadın əsası və qaynağı mənəm-mənəmlik, təkəbbür, hegemonluq və insani qürurdur. Dua bunu sındırmalıdır.

Ayətullah Seyid Əli Xamenei


1529 بازدید
در حال ارسال اطلاعات...