Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Oktyabr 2013

İbn Sinadan

Əgər ölümə məhkum insanın dar ağacı altında həyata qayıtmağı necə arzuladığını bilsəydiniz, qəm-qüssə içində keçirdiyiniz günlərə heyfislənərdiniz.

Əgər bir səhvinizə haqq qazandırmaq üçün min dəlil göstərsəniz, əslində min bir səhvə yol vermiş olursunuz.

Yaxşı dost o insandır ki, xətanı pərdələsin, sənə nəsihət versin, sirrini faş etməsin.

Təcrübə elmdən üstündür.

Dünya istəyən elm öyrənsin, axirət istəyən bildiyinə əməl etsin.

Doğruçuluğu zinətləndirən elmdir.

Təsadüfi hadisə yoxdur.

Bədən hərəkətləri edən insanın dərmana ehtiyacı yoxdur. Hərəkət özü ona dərmandır.

Bütün təəssübkeşliklər kimi elm və fəlsəfədə də təəssübkeşlik xamlıq və dəyərsizlik mişanəsidir, hər zaman həqiqətin zərərinə tamamlanır.

Bəziləri qədimdəkiləri elmi irsinə o qədər məşğul olublar ki, öz ağıllarına müraciət etmirlər, fürsət yarananda belə səhvlərini süzəltmək istəmirlər.

Xalqların xoşbəxti işini səxavət, sözünü doğruçuluqla zinətləndirənlərdir.

İnsan gələcəkdə qarşısına çıxacaq hadisələr barədə düşünəndə təhlükədən qorxsa, tezliklə bu təhlükələrlə üzləşər.

Musiqi ilahi ahəngdir.

Eşitdiyinə inanmağa adət etmiş kəs insanlıq simasını itirər.

NMM tərcümə bölməsi


1703 بازدید
در حال ارسال اطلاعات...