Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Dekabr 2013

Söyüşün cavabı nədir?


اللِّسَانُ سَبُعٌ إِنْ خُلِّيَ عَنْهُ عَقَرَ

Dil yırtıcı heyvan kimidir, başına buraxılsa, (qarşısına çıxanı) parçalayar...
Həzrət Əli (ə)


Əxlaqi dəyərlərin, dini inancların ikinci plana keçdiyi bir zamanda söyüş eşitmək, xüsusilə namus söyüşü eşitmək adi hal alıb. Üzbəüz dayananda tülkü kimi quyruq bulayan qorxaq tiplər xüsusilə internet balkonundan üzüaşağıya ağızlarına gələni xalqın başına yağdırırlar. Bəs bu söyüşlərin cavabı nədir? Porsemanequran.com saytı bu sualı belə cavablandırır:

Rəvayətlərdə məzəmmət olunmuş dil günahlarından biri də söyüşdür. Bu çox çirkin sifət insanlar arasında kin-küdurəti gücləndirir, xoş münasibətlərə son qoyur. Söyüş bəzən ciddi, bəzən zarafata, bəzən də adət üzündən olur (Müctəba Tehrani). Amma istənilən bir halda söyüş ən çirkin sifətlərdəndir. İmam Baqir (ə) buyurur: “Söyüşçül və pis danışan insan Allahın qəzəbinə gələr” (Kafi). Həzrət Peyğəmbər (s) buyurur: “İnsanların ən alçağı başqalarını təhqir edənlərdir” (Şeyx Səduq, Əlfəqih).
Sual yaranır ki, söyülən zaman buna necə reaksiya verilməlidir? Unutmamalıyıq ki, həlimlik və dözüm böyük insanların, xüsusilə ilahi rəhbərlərin xüsusiyyətidir. Onlar mühribanlıq göstərməklə çox inadkar insanları doğru yolu gətiriblər. İmamlarımız cahillərin söyüşlərinə dözümlə yanaşıb, İslam məsləhət görən zamana qədər səbir ediblər. Allah deyən, peyğəmbər və Əhli-beyt yolunu gedən insan həlim və dözümlü olmalıdır. Cahil və avara adamlarla bacardığımız həddə dözümlə davranmalıyıq. Əgər gözümüzün qabağında birini təhqir edirlərsə vəzifəmiz nədir? Əvvəla, sərtliyə yol vermədən xəbərdarlıq etməliyik ki, söyüş və təhqirdən şəkinmək lazımdır. Bu münasibət bütün başqa münasibətlərdən təsirlidir.
Bir nöqtəni də qeyd etməliyik ki, söyüş və təhqirlə meydana girənlər iki qrupdur. Birinci qrup anlaqlı şəkildə söyən bədxah düşmənlərdir. Onlara cavab verilməlidir və namus söyüşlərinə görə məhkəməyə şikayət edilməlidir. Qarşı tərəfin namus söyüşləri şahid və sənədlərlə sübuta yetirilərsə onlar İslam qanunları əsasında cəzalandırılır. Belələri qarşısında sükut yolverilməzdir. İkinci qrup cahil və nadan insanlardır. Onlarla səbirli rəftar edib, nəsihət vermək lazımdır. Amma bu qrup arasında öyüd-nəsihət eşitməyənlər az deyil. Qurani-Kərim peyğəmbər və övliyaların cəmiyyətdəki problemlərindən söz açanda onların təhqir edilməsini də yada salır. Peyğəmbər və övliyaların həyatını öyrənmək, onları nümunə seçmək lazımdır. Söyüşçül inlara etinasız yanaşmaq, səbir yolunu seçib onları Allaha tapşırmaq lazımdır. Allah-taala möminlərin sifətlərini sadalayanda buyurur: “Rəhmanın (əsl) bəndələri o kəslərdir ki, onlar yer üzündə təmkinlə (təvazökarlıqla) gəzər, cahillər onlara söz atdıqları (xoşlarına gəlməyən bir söz dedikləri) zaman (onları incitməmək üçün) salam deyərlər.” (Fürqan, 63)
Daha mühüm nöqtə odur ki, insan söyüşçül, əxlaqsız insanlardan uzaq olmalı, onlarla ünsiyyətdən çəkinməlidir. Bir insanla yaxın münasibət qurmazdan öncə onu tanımaq, araşdırma aparmaq lazımdır. Söyüşə adət etmiş insan hətta ata-anasını söyməkdən çəkinmir. Belə etsək, silahı təhqir olanların hədəfinə çevrilmərik.

Nur-az.com


1433 بازدید
در حال ارسال اطلاعات...