Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Fevral 2015

Gözdəyməyə qarşı nə edim? (1)

Təəssüf ki, bu günə qədər gözdəymə ilə bağlı xürafatları aradan qaldırmaq üçün dini təlimlərin köməyindən istifadə olunmayıb
İslam gözdəyməyə qarşı hansı məsləhətləri verir?
Müəllif: Zibeydə Xudayi

Cümə günləri sübh, aşiqlərı göz yaşı içində onun baxışı intizarındadırlar və səmimi qalbdən oxuyurlar: “Vənzur iləyna nəzrə rəhimətən nəstəkmilu bihəl-kəramətə indək.” (Nüdbə duasından)

Ön söz
Gözdəymə dünyada yayılmış bir inancdır
Qədim dövrdən insanları düşündürən inanclardan biri sirli təsirə malik olan gözdür. Gözdəymə deyəndə insanlar fövqəl-elmi bir hadisə nəzərdə tuturlar. Gözdəymə həqiqətdir və buna şübhə etməyə əsas yoxdur. İslam dini gözdəymə hadisəsini qəbul edir. Quran ayələri, hədis və rəvayətlər müxtəlif şəkildə gözdəyməni təsdiqləyir. Allah-taala buyurur: “Göz, baxış təsiri bir həqiqətdir, hətta dağların zirvəsini uçurar.” (“Musnədi-Əhməd”, c. 1, s. 274; “Tibbul-Əimmə”, s. 302) Digər tərəfdən dini adətlərə qarışmış ənənələr mövcuddur. Belə ənənələr və etiqadlar da gözdə müəyyən enerji olduğunu təsdiqləyir.
Qeyd edək ki, uzun əsrlər boyu bəd nəzər barədə xürafi fikirlər də yaranıb. Gözdəymə həqiqət olduğu halda bu hadisə şişirdilib, təhrif olunub.
Bəziləri gözdəymə hadisəsində ifrata vararaq onun təsirini böyüdüblər. Düşünüblər ki, göz enerjisi həyatın bütün sahələrinə təsir göstərə bilər. Hətta öz gücsüzlüklərini, tənbəlliklərini, düşüncəsiz hərəkətlərini başqalarının bəd nəzəri ilə əlaqələndiriblər. Hətta bəd nəzərin təsiri altında olduqlarını sübuta yetirmək üçün həqiqəti gizlədib, uğurlarını pərdələyiblər. Bəziləri də gözdəymə hadisəsini kiçiltməyə cəhd göstəriblər. İddia ediblər ki, əslində belə bir təsir yoxdur və cahil insanlar xürafata uyaraq buna inanır. Amma belələri çox azdır.
Belə görünür ki, gözdəymə, bədnəzər barədə ifrat və təfritçiliklər, tərəfdarlıq və müxalifətçiliklər bu hadisənin metafizik hadisə olması ilə bağlıdır. Yəni bu hadisə fiziki hadisə yox, ruh adlanan fövqəltəbi