Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Fevral 2015

“İsrail General Süleymaninin Colan təpələrinə gələcəyindən qorxuya düşüb”

Hizbullah təşkilatının da qatılacağı bu əməliyyatda Qüds ordusunun komandanı General Qasim Süleymani də iştirak edəcək
İran hərbçiləri İsrail sərhədlərinə doğru

Sionizm rejiminin “10-cu kanal” telekanalının verdiyi məlumata görə, Suriya prezidenti Bəşşar Əsəd öz qüvvələrini Colan təpələrinin sərhəd bölgələrini Azad Suriya Ordusu və əl-Nusra terrorçularından təmizləməyə hazırlayır. Əldə olan məlumatlara əsasən, Hizbullah təşkilatının da qatılacağı bu əməliyyatda Qüds ordusunun komandanı General Qasim Süleymani də iştirak edəcək.

Kanalın bildirdiyinə görə, bu möhtəşəm qüvvələr Colan yüksəkliklərinə və Qüneytərənin cənubuna doğru yollanacaqlar. Bu isə o deməkdir ki, Bəşşar Əsəd Hizbullahın dəstəyilə İsraillə sərhəd əraziləri tam nəzarətə götürəcək.

Algemeiner saytının yaydığı məlumatda isə İran hərbçilərinin İsrailin şimal sərhədlərinə toplaşdığı qeyd olunur. Sayt iranlıların Colan təpələrində İsrail əleyhinə hərbi koalisiya yaratdıqlarını bildirərək İranın Mühafizəçilər korpusunun sabiq komandanı General Rəhim Səfəvinin bu cümləsini xatırladır: “İranın strateji gücü Aralıq dənizinə və İsrailin başı üzərinə çatmışdır”.

Sayt xatırladır ki, planlaşdırılmış əməliyyatlarda iranlı hərbçilərin birbaşa iştirakı təmsilçi müharibə (Proxy war) deyil, birbaşa müharibə təəssüratı yaradır.

Nur-az.com


1801 بازدید
در حال ارسال اطلاعات...