Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Fevral 2015

Gözdəyməyə qarşı nə edim? (2)

Xurafatın köklərini insanların etiqadlarında axtarmaq lazımdır. İstər dini, istər qeyri-dini inanclarda xürafat təhlükəlidir
Bəd nəzər, gözdəymə ilə bağı bu qədər söz-söhbət ortada ikən təbii ki, qarşımızda vəzifələr dayanır. Bu sahədə məsuliyyət daşıyanlar insanları xurafatdan çəkindirməklə yanaşı cəmiyyətə onun elmi izahını verməlidirlər. Qeyd etmək lazımdır ki, müəllif mövzu ilə bağlı bir çox çıxışlar, müşavirələr dinləmişdir. O İmam Rizanın (ə) hərəmi, xanım Məsumənin (s) hərəmi, müqəddəs Cəmkəran məscidi və başqa müqəddəs yerlərdə xalqın sualları ilə qarşılaşmış və bunu məhz bəd nəzərə düzgün olmayan münasibətlə əlaqələndirmişdir. Təəssüf ki, bu mövzuda müsdəqil bir kitab yazılmamışdır. Əgər mövzu lazımi həddə araşdırılsaydı, cəmiyyətə tövsiyələr verilsəydi problem həll olunardı. Bu sahədə zəruri kitabın olmaması müəllifi həmin işi görməyə sövq etdi. Bu mövzuda yazılmış məqalələr ayrıca kitab tərtib olunması üçün stimul oldu. Xüsusi ilə Cənab Doktor Mehdi Əkbərnejadın elmi araşdırması, onun həmkarı Ruhullah Muhəmmədinin yazısı mənim bu mövzuda yazmağım üçün kömək oldu. Bir növ mövzuya giriş üçün kodlar əldə etdim. (Bu mövzuda məqalə şəmsi 1388-ci ildə yazılmışdır. Məqalədə Quran və rəvayət əsasında gözdəymə mövzusu nəzərdən keçirilir.)
Bu kitabda təlaş göstərilir ki, uzun illər boyu xalq arasında gözdəymə ilə bağlı yaranmış ənənələrin etiqada çevrilməsinə diqət yönəldilsin. (Gözdəymə barədə məqalə, wikifeqh.ir) Biz bu mövzuda İslam təlimlərində yer almış məlumatları nəzərdən keçirəcəyik. Peyğəmbər və din rəhbərlərinin buyuruqları əsas meyarlar kimi götürüləcək. Çoxları bu mövzuya dinin münasibətini bilmək istəyir. Siz bu kitabı mütaliə etməklə gözdə olan enerjinin gücü ilə yanaşı ona qarşı necə dayanmaqla bağlı tövsiyələrlə tanış olacaqsınız.
Əssəlamu əla mənittəbiəl Huda
Zibeydə Xudai
Fərvərdin 1393
Müqəddəs Qum şəhəri

Kitab nə üçün yazılıb?
Məqsəd mövzu ilə bağlı yanlış düşüncə və xürafatı aradan qaldırmaqdır. Tövhid çağırışçılarının əsas vəzifələrindən biri xürafatın aradan qaldırılması olub. Onlar insanların suallarına cavab verib şübhələri aradan qaldırmaqla yanaşı insanların düşüncəsini işıqlandırıblar.
Müəllif hövzə tələbəsi olaraq göz, baxış, gözün enerjisi, gözün təsiri mövzusunu araşdırmağı özünə vəzifə sayıb. Araşdırmada ayə və rəvayətlər əsasında gözdəymə hadisəsini aydınlaşdırmağa cəhd göstərilib. Gözdəymə bir həqiqətdir, biz onun xurafat əlavələrini təmizləməliyik.
Xurafat barədə
Xurafatın köklərini insanların etiqadlarında axtarmaq lazımdır. İstər dini, istər qeyri-dini inanclarda xürafat təhlükəlidir. Xürafat nəinki dini həqiqi yolundan çıxarır, bütünlüklə dini cameəyə zərbə vurur. Xürafat inkişaf və çiçəklənmənin qarşısını alır.
Alim və tədqiqatçıların nəzərincə xürafatın çevrəsi olduqca genişdir. Bizim savadlı və savadsız dediyimiz hər iki zümrədə bu mövzuya maraq var.
Xurafat nədir? Xuarafat ərəb sözüdür. Ərəblər həqiqəti olmayan, dəyərsiz bir əhvalatı xürafat adlandırıblar. Qeyd edək ki, xüsusilə səmavi kitablar və tarixdə yer almış ən böyük xürafatlarda yəhudilərin əli var. (Hövzənin xüsusi buraxılışı, xürafatla mübarizə, 3 cild, şəmsi 1388)
Dini və qeyri xürafat nümunələri
1.Hələ də Qərbdə məsihilər arasında nərdivan altından keçmək üç üqnumun təhqiri kimi dəyərləndirilir. Bəziləri inanırlar ki, bu hərəkət insana uğursuzluq gətirir.
2.Birinci dünya müharibəsinin qızğın çağında belə bir şayiə yayılmışdı ki, əgər bir kibrit çöpü ilə üç siqaret yandırılsa üçüncü şəxs ölməlidir. Bu xurafat həmin dövrdə kibrit fabriklərinə böyük fayda verirdi.
3.Hindistanda qadın körpəsini qucağına alanda onu gözdəymədən qorumaq üçün iki qaşının arasına rəngli xal qoyurlar. (Hövzənin xüsusi buraxılışı, xurafatla mübarizə...)
4.Bəzilərində belə bir əqidə var ki, qız xörək bişirərkən mahnı oxuyarsa ərsis qalır.
5.Orta əsrlərdə Avropada xəstələrlə amansız rəftar olunurdu. Bəzi xəstəliklərə görə keşişlər xəstələri döyürdülər ki, guyə bədənə daxil olmuş cinlər ondan uzaqlaşsın.
6.Qaranlıq cahiliyyət dövründə xurafat zirvə nöqtəsinə çatdı. Dəvə saxlayanlar arasında belə adət var idi ki, dəvələrin sayı 100-ə çatanda dəvənin bir gözünü kor edərdilər. Dəvələrin sayı 100-ə çatanda onun iki gözünü kor edərdilər. Bununla gözdəymənin qarşısını alacaqlarını düşünürdülər. İslamın zühurundan sonra həzrət Peyğəmbər onları bu əməllərdən çəkinməyə çağırdı. 1400 il öncə İslam peyğəmbərinin əmri ilə heyvanlarla amansız rəftar