Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Fevral 2015

"Qum əhlindən bir şəxs"

İran İslam İnqilabı adı ilə çulğaşmış müqəddəs Qum şəhəri bu gün dünyada tanınır. Şəhərin parlaq və maraqlı keçmişi var. İslam Cümhuriyyətinin banisi rəvayətlərdə "Qum əhlindən bir şəxs" kimi yada salınır. İmam Xomeyni Qum haqqında əksər bəyanat və çıxışlarında məzmunlu sözlər işlədib. İmam Qum haqqında buyurur: "Qum Əhli-beyt (ə) hərəmi, elm ocağı, təqva çeşməsi, şəhadət mərkəzi, fəzilət mənbəsidir. Qum və onun alimləri bir nümunədir. Qumlu olmaq iftixardır. Qum İslam müstəqilliyinin mərkəzidir." İmamın Qum haqqında belə buyuruqları kifayət qədərdir.
İmam Xomeyninin (r) Qum haqqında mühüm çıxışlarından biri inqilabdan iki il sonra, şəmsi 1359, 6 şəhrivərə təsadüf edir. Həmin gün İmam Cəmaran hüseyniyyəsində Qum əhlini qəbul edib. Görüşdə Qum haqqında çox yüksək sözlər deyilib: "Qum Əhli-beyt (ə) hərəmi, elm ocağı, təqva çeşməsi, şəhadət mərkəzi, fəzilət mənbəsidir. Qumdan elm bütün dünyaya yayılıb və yayılır. Qum dünya üçün şücaət nümunəsidir. Bu şəhərdə iman, elm və təqva öyrədilir. Qum məsum İmamların dövründə diqqət mərkəzində olub. Bu şəhərdən böyük fəzilətlər əxz olunub. Mənim Qumda gördüyüm alimlər dünya üçün nümunə olub. Onların elm və təqvada misili yox idi. Ümid edirəm ki, bu elm və təqva İmam Zamanın (ə) zühuruna qədər şəhərimizdən əskik olmayacaq. Mən harada olsam qumluyam və Qum ilə iftixar edirəm. Ürəyim Qumdadır. Qəlbim daim İslama xidmət edən insanların, təqva əhlinin yanındadır. Cismən Qumdan biraz uzaq olsam da bu şəhərə qəlbən yaxınam. Siz əziz gənclərə təşəkkür edirəm ki, zəhmət çəkib gəlmisiniz, zəhmətlə əyləşib dinləyirsiniz. Sizə bundan artıq zəhmət vermək istəmirəm. Özüm hamıya dua edirəm, bütün dünya müsəlmanlarına sağlamlıq və xoşbəxtlik arzulayıram. Allahdan siz əziz qardaşlar üçün də uğur diləyirəm. Sizdən dua istəyim də var. Mənim salamımı Qum əhlinə çatdırın. Ümid edirəm ki, bu hərəkatı başa çatdıracaqsınız. İnşaallah İslamı həqiqi mənasında dünyaya yayacaqsınız."
İmam Xomeyni İmam Sadiqdən (ə) nəql olunmuş hədis əsasında İslam elminin bu şəhərdən dünyaya yayılacağını qeyd edir. İmam buyurur: "Rəvayətlərimizdə var ki, elm Qumdan hər yerə yayılar. Həmd olsun Allaha ki, bu söz həyata keçir. Ümid edirik ki, bu şəhərin alimləri, müəllimləri, natiqlərinin təlaşı sayəsində elmin dünyaya yayılması daha da güclənəcək. Bu gün həmd olsun Allaha ki, bütün İran Qumdur. Hamı alimdir, İslam hamıdan bəhrələnir və onlara arxalanır." İmam başqa bir məqamda buyurur: "Əhli-beyt (ə) buyuruqlarında elmin bu şəhərdən yayılacağı bildirilir. Bu gün bu şəhərin elm mərkəzi olduğuna şahidik. Qumdan təkcə elm yox, əməl nümunəsi yayılır. Qum dini fəaliyyətlər mərkəzidir. Allah Qum tələbələrini, alimlərini, müdərrislərini hifz etsin. Onlar İslamın sadiq əsgərləridir. Bu şəhərdən bir hərəkat yayılmaqdadır. İmam Xomeyni (r) şiəliyin Qumdan yayılması məsələsinə toxunub. Qum bu sahədə nümunədir. Şiəlik bu şəhərdən dünyaya yayılır. Təbliğatçılar bu işə xüsusi diqqət yetirməlidir. İmam Xomeyni buyurur: "Çox şadam ki, uzun illərdən sonra siz əziz gənclərin arasındayam. Həmişə İran, vətənim Qumun fikirində olmuşam. Bu gün də belədir. Siz bilirsinizmi ki, Qum İmam Sadiqin (ə) dövründən şiəlik mərkəzidir, şiəlik bu şəhərdən başqa məntəqələrə yayılıb. Həmd olsun Allaha ki, İslam yolunda fədakarlıq da Qumdan yayılan dəyərdir. Qum bütün bərəkətlərin mərkəzidir. Allah siz Qumluları bizim üçün hifz etsin.
İmam Xomeyni şəmsi 1357-ci ildə Parisdə olduğu zaman italiyalı müxbir ondan müsahibə alıb. Müxbir soruşur ki, son 30 ildə əsas fəaliyyətiniz nədən ibarət olub? İmam cavab verir: "Şiəliyin zatən xüsusiyyətlərindən biri budur ki, diktatura və zülmə qarşı müqavimət göstərib, qiyam qaldırıb. Bütün şiə tarixi mübarizədən ibarətdir. Təbii ki, tarixin bəzi dönəmlərində bu mübarizə zirvə həddinə çatıb. Son yüz ildə baş verən əksər hadisələr İran xalqının bugünkü mübarizəsinə təsirli olub. Məşrutə inqilabı, Tənbəki hadisəsi böyük əhəmiyyətə malikdir. Qumda yaradılmış elm hövzəsi son yarım əsrdə İranın daxilində və xaricində böyük təsirə malik olub. Şəmsi 1341-42-ci illərdə İslam alimlərinin başçılığı ilə başlamış mübarizə bu gün də davam edir. Şiə məktəbi bütün dünya miqyasında sözünü deyir."
Bütün əsrlərdə Zəhra (s) övladlarının vücudu cəmiyyəti hərəkətə gətirib. İmam bu barədə buyurur: "Bu gün həmd olsun Allaha Fatimə övladları sağdır. Qumda, Məşhəddə, Nəcəfdə, başqa ölkələrdə Fatimə övladları səhnədədir. Onlar dövlətlərin xəyanətinə göz yummaz. İmkan verməzlər ki, Quran hökmləri ayaq altında qalsın. Nə qədər ki Fatimə övladları sağdır İslam müqəddəsliklərinə təcavüz qarşısında susmayacaqlar. Müsəlmanların taleyi yəhudilərə və İsrailə həvalə olunmayacaq. Ey Fatimə övladları, İslamın dadına yetişin!"
İmam Şəmsi 1358-ci ildə (İslam İnqilabından sonra Qumun Quruculuq Cihadı məsulları ilə görüşdə Qumun öncüllüyü barədə buyurur: "Hazırkı vəziyyətimdə Qumlu qardaşlarla yaxından ünsiyyət imkanına malik deyiləm. Bu gənclərə böyük sevgim var. Təbii ki, bütün gəncləri sevirəm. Amma Qum öz yerimizdir, bu yerin insanları ilə keçmişdən münasibətim var. Bütün millət diqqətli olmalıdır ki, bu gün ölkə sizin əlinizdədir. Hərəkatın mənbəyi Qum olub. Bu ölkə sizin eviniz kimidir. Ev sahibi kimi evinizin fikirində olmalısınız. Qum həmişə bütün işlərdən öndə olub." İmam söhbətinin başqa bir hissəsində Qumlulara təşəkkürünü bildirir. İslam inqilabının qələbəsində bu şəhərin kişi və qadınlarının, gənclərinin fədakarlığını xüsusi vurğulayır.
İmam Xomeyni 1357-ci il, 17 İsfənd çıxışında Qum xanımlarına müraciətlə buyurur: "Qumun kişiləri siz xanımlardan ibrət götürdülər, dərs aldılar. Siz bu hərəkatın ön sırasındasınız. İmam inqilabda Qum xanımlarının fədakarlığını yada salaraq buyurur: "Salam olsun Qum əhlinə! Salam olsun bu şəhərin dəyərli xanımlarına! Siz xanımlar malınız və canınızla cihad etdiniz. Siz İslam mübarizləri, ilkin İslam dövrünün mübariz xanımları ilə bir sıradasınız. İlkin İslam dövründə xanımlar müharibələrdə də fədakarlıq göstərirdi. Bütün İran qadınları, xüsusilə Qum qadınları inqilabın qələbəsinə şərikdirlər. Onlar diktatura əleyhinə mübarizədə kişilərlə çiyin-çiyinə mübarizə aparıblar..."
İmam başqa bir məqamda buyurur: "İran xalqı arasında Qum adı siyasi fədakarlıq rəmzi kimi qeyd olunub. Böyük "çahar mərdan" adı fədakarlıq simvoludur. Bu tarixdə İran qadınlarının da adı qeyd edilib. "Çahar mərdan" xanımlarının adı tarixə düşüb. Bu inqilabda Qum qadınları, "çahar mərdan" qadınları öz siyasi agahlığını sübuta yetirib. Onlar inqilaba istiqamət verib. Siz bu inqilabın rəhbərlərisiniz."
İmam çıxışlarından birində Xanım Məsumə (ə) hərəminin xidmətçilərinə təşəkkür bildirir: "Mən Allah-Taaladan bütün alimlərə ömür diləyirəm. Mən hərəmin xidmətçilərinə təşəkkürümü bildirirəm. Onlar bizdəndir, biz də onlardan. Onlar Fatimeyi-Məsumənin (s) xidmətçiləridir. Bizim üçün böyük insanlardırlar. Mən sizin hamınızın xidmətçisiyəm. Allah hər birinizə yardımçı olsun."
İmam Qum şəhidlərini yada salaraq buyurur: "Salam olsun azadlıq yolunun şəhidlərinə! Salam olsun bütün İran şəhidlərinə! Salam olsun bütün Qum şəhidlərinə! Salam olsun siz gənclərə!
Salam olsun şücaətli Qum qadınlarına! Bütün İranın mübariz insanlarına, gənclərə və xanımlara salam olsun! Mən elə bir zamanda sizdən ayrıldım ki, bugünki cavanlar görpə idi. Elə bir zamanda qaytdım ki, bir çox gənclər şəhadətə çatmışdı. Onlar İslam yolunda, Quran yolunda, azadlıq yolunda şəhadət iftixarına çatdılar. Onlar həyatlarını ədalətli İslam hakimiyyəti yolunda fəda etdilər. Siz İran və Qum gəncləri İslama borclusunuz. İslamın hamı üzərində haqqı var. Bizim İslam üzərində haqqımız yoxdur. Öz üzərimdə də sizin haqqınızı hiss edirəm. Mübarizəni sona çatdıran siz oldunuz. Yumruğu ilə tank və toplara qarşı dayanan siz İran xalqı, siz Qum əhli oldunuz."
İmam Xomeyni İslam inqilabında Qum əhlinin öncüllüyünü yada salır: "Qum əhlinin bizim üzərimizdə böyü