Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Fevral 2015

Həzrət Rəsuli-Əkrəmdən (s) bənzərsiz hikmətli kəlamlar

Ağılın afəti səfehlikdir. İbadətin afəti süstlükdür. Şücaətin afəti zülm etməkdir. Səxavətin afəti minnət qoymaqdır
Quran (bəşəriyyətin dərdinə) dərmandır. Dua ibadətin həqiqətidir. Borc zillətdir. Tədbir həyatın yarısıdır.

İnsanlarla xoş davranmaq əqlin yarısıdır. Qüssə qocalığın yarısıdır. Yaxşı sual soruşmaq elmin yarısıdır. Ailənin azlığı sərvət deməkdir. Salam vermək danışıqdan qabaqdır.

Süd xasiyyəti dəyişər. Bərəkət qocalardadır. Hər bir işin dəyəri (yaxşı və ya pis olması) onun axırından asılıdır. Dinin meyarı pəhrizkarlıqdır (günahdan çəkinməkdir). Allahdan qorxmaq ən üstün hikmətdir.

Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir. İmkan olduğu halda borcu qaytarmamaq zülmdür. İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.) Allahın nemətlərini yada salmaq həmin nemətlərin şükrüdür. Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir.

Oruc (cəhənnəm odu qarşısında) sipərdir. Mülayim və xoşrəftar olmaq bütün hikmətlərin ən üstünüdür. Hikmət həkimlərin (hikmət sahiblərinin) itkisidir. Xoşrəftar olmaq ən gözəl xasiyyətdir. Cavanlıq dəliliyin bir hissəsidir.

Qadınlar şeytanın tələləridir. Şərab bütün günahların başıdır. Zina yoxsulluğa səbəb olar. Gözün zinası baxmaqladır. Qızdırma (hərarət) möminin cəhənnəmdən olan payıdır.

Qənaət (qane olmaq) mümkün olmayan bütün işlərin sərmayəsidir. Əmanətdarlıq ruzi gətirər. Xəyanət fəqirlik gətirər. Sübh çağı yatmaq ruzini kəsər. Əmmamə mələklərin tacıdır.

Həya başdan ayağa xeyirdir. Həyanın xeyirdən başqa səmərəsi yoxdur. Məscid pəhrizkarların evidir. Elmin afəti (onu zərərə uğradacağı şey) unutqanlıqdır. Sözün (danışmağın) afəti yalandır.

Ağılın afəti səfehlikdir. İbadətin afəti süstlükdür. Şücaətin afəti zülm etməkdir. Səxavətin afəti minnət qoymaqdır. Gözəlliyin afəti özünübəyənmə və təkəbbürdür.

Həsəb-nəsəbin (əsil-nəcabətin) afəti iftixar etməkdir. Dinin afəti nəfs istəklərinə tabe olmaqdır. Xoşbəxt odur ki, başqalarının başına gələnlərdən ibrət alsın. Günahın kəffarəsi peşman olmaqdır. Cümə namazı kasıbların (yaxud həccə getməyə imkanı olmayanların) həccidir.

Həcc hər bir imkansızın cihadıdır. Halal mal qazanmaq cihaddır. Elmi gizlətmək caiz deyil (yolverilməzdir.) Hazır (şahid) müşahidə edənləri qaib (qeyri-şahid) görmür. Xeyir işə vasitə olan və onun baş tutmasına səbəb olan şəxs, xeyri yerinə yetirən kimidir.

Hər bir yaxşı iş sədəqədir. İnsanlarla xoş davranmaq sədəqədir. Xoş söz sədəqədir. Abır-həyanın qorunması üçün sərf olunan hər bir şey sədəqə savabına malikdir. Qohuma sədəqə vermək həm sədəqədir, həm də sileyi-rəhm (qohum-əqrəbanı yoluxmaq.)

Sədəqə pis ölümün qarşısını alar. Gizli sədəqə Allahın qəzəbini söndürər. Sileyi-rəhm ömrü uzadar. Yaxşı işlər pis ölümlərin qarşısını alar. Sədəqə, su odu söndürdüyü kimi əzab atəşini söndürər.

Əməl sahibi olan alimlər camaat arasında Allahın etibar etdiyi şəxslərdir. Behişt səxavətlilərin evidir. Behişt qılıncın kölgəsi altındadır. Behişt anaların ayaqları altındadır.

Azan və iqamə arasında edilən dua geri qaytarılmaz. Halal ruzi kəsb etmək də vacibdir, lakin ümdə vaciblərdən (namaz, oruc) sonra. Xərci bütün qadınlardan az olan qadının bərək