Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Fevral 2015

Doğru yol yolçusu üçün ən böyük təhlükə

Şeytanın məqsədi insanı doğru yoldan azdırmaqdır. Təkamül yoluna qədəm qoymamış insan azğın olduğundan şeytan belələrindən uzaqdır
Rahattələblik və tənbəllik həmişə insanladır. Bu xüsusiyyətlər bais olur ki, müəyyən bir təkamül pilləsinə qalxmış insan işini bitmiş bilib rahatca oturur. Hansı ki, təkamül nərdivanında yuxarı qalxdıqca yıxılmaq təhlükəsi daha da artır və insandan daha böyük diqqət tələb olunur. Dağın ətəyində dayanmış, yoxsa onun zirvəsinə dırmaşmış insan üçün təhlükə daha böyükdür? Təkamül yolunda bizim də vəziyyətimiz belədir. İslam dini və Əhli-beyt məktəbini seçmək müəyyən bir irəliləyiş hesab olunsa da, bu mərhələdə büdrəmək böyük təhlükələrə səbəb ola bilər.
Şeytan böyük düşməndir. O and içib: «(Pərvərdigara) And olsun izzət və cəlalına, bütün insanları azdıracağam». («Sad» surəsi, ayə 82) Şeytanın məqsədi insanı doğru yoldan azdırmaqdır. Təkamül yoluna qədəm qoymamış insan azğın olduğundan şeytan belələrindən uzaqdır. Şeytan üçün kamilləşmək istəyən insan maraqlıdır. İnsan təkamül yolunda irəlilədikcə şeytan da öz səylərini artırır.
Doğru din və doğru məktəb seçməklə əsl təkamül yolunu tutmuş insanla şeytan qatı düşməndir. Şeytan belə bir insana qarşı bütün qüvvələrini səfərbər etdiyi kimi, insan da onunla mübarizədə səfərbər olmalıdır. Əsl çətinliklər qabaqda olduğundan bir addım qabağa getmiş insan arxayınlaşaraq ehtiyatı əldən verməməlidir. Şeytanın son nəfəsədək ondan əl çəkməyəcəyini bilən insan aqibətindən qorxmalıdır.
İmam Sadiq (ə) buyurur: «Ey Əbdullah, şeytan bu aldadıcı dünyada öz tələlərini qurub. Onun bu işdə bizim dostları tələyə salmaqdan başqa məqsədi yoxdur». Əbdullah İmamın (ə) xüsusi dostlarından olduğu üçün İmam mətləbləri geniş şərh etmir.


1454 بازدید
در حال ارسال اطلاعات...