Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Dekabr 2013

Seyid Hadinin vəsiyyətnaməsi

Yeniyetmə bir oğlan idi. Amma Müqavimət dəstəsinə qoşulmaq aşiqi idi. Axır ki, arzusu yerinə yetdi. O, qatı Allah düşmənləri ilə döyüşdə şəhadət şərbətini içdi və şiələrin iftixarı sayıldı.
Onlar ki, işğalçı İsraillə döyüşməkdən dəm vururdular, heç kim onun kimi meydana girməyib. Seyid Həsən Nəsrullah övladını qurbangaha göndərən ilk Müqavimət rəhbəri oldu. Seyid Hadi Nəsrullah Livanın cənub hissəsi İsrailin işğlı altında olanda, orada keçirilən əməliyyatların birində şəhid olub.
Ayətullah Xamenei Seyid Həsən Nəsrullaha oğlunun şəhadəti münasibətilə başsağlığı mesajı göndərmişdi.
Seyid Hadi Nəsrullah vəsiyyətnaməsinin bu hissəsini şəhid olmamışdan qabaq qələmə almışdı:
Bismillahir-rəhmanir-rəhim.
Şəhadət verirəm ki, Allahdan başqa Allah yoxdur, O təkdir və şəriki yoxudur.
Allahın salamı olsun Peyğəmbər (s) və onun pak Əhli-beytinə (ə). Salam olsun bütün peyğəmbərlərə və elçilərə. Salam olsun həzrət Fatiməyə (s). Salam olsun ağam, sərvərim İmam Hüseynə (ə), ailəsinə və dostlarına.
Salam olsun həzrət Məhdiyə (əc). Salam olsun imam Xomeyniyə (r). Salam olsun imam və Böyük Rəhbər Seyid Əli Xameneiyə. Salam olsun Hizbullah rəhbərinə. Salam olsun İslam Müqavimətinin şəhidlərinə - Seyid Abbas Musəvi və Şeyx Rağib Hərb. Salam olsun İslam və Müqavimət şəhidlərinə. Allahın salam və rəhməti olsun sizin hamınıza.
Allaha şükr olsun ki, bizi Öz dininə hidayət edib, Əmirəlmöminin Əlinin (ə) şiələrindən, Kövsər xanımı həzrət Fatimənin (s), Allahın Rəsulunun (s) davamçılarından, behişt əhli olan İmam Həsən (ə) və İmam Hüseynçilərdən (ə) qərar verib.
Allah-Taaladan istəyirəm ki, onları qiyamət günü bizə və bütün müsəlmanlara şəfaətçi qərar versin.
Salamdan sonra öz vəsiyyətnaməmi sizi üçün yazıram.
Allahın lütf və köməkliyi ilə İslam Müqavimətinin mücahidlərindən biriyəm. Müqavimətə qoşulmağımda hədəfim Allahın dinini azad etmək və qorumaqdır. Allahdan istəyirəm ki, bu yolda şəhadət nəsibim etsin. Allaha şükr edirəm ki, atamın razılığın əldə etdikdən sonra təhsilimi yarımçıq qoyub İslam Müqaviməti sıralarına qoşuldum və Allah yolunda cihad edənlərdən oldum.
Şükr edirəm ki, Allahım məni qəbul etdi. Nəsibim oldu ki, Livanın Cənubunda əzəmətli dağlarda, vilayət, din bayrağını, müsəlman ümmətini, qoca, uşaq və bütün məzlum xalqımızı müdafiə edəm. Allah və millətin düşməni olan mənfur İsrail rejiminə qarşı qiyama qalxıb iki yoldan birinə – izzətli qələbə və Allah yolunda şəhadət – nail olum.
Əziz atam. Ağam və sərvərim, rəhbərim, ustadım və mürşidim. Sənə salam olsun ki, həm atam olmusan həm sərvərim, həm də rəhbərim. Ürəyimin səmimi salamını sənə çatdırıram. Sənin doğum gününə salam olsun, yetişdin, qiyam etdin. Ürəyimin arzusudur, Peyğəmbərin (s) ətrini sənin vücudundan alırıq. Əziz atam, eləcə də mənə tərbiyə verdin, öyrətdin və rəhbərik etdin. İnşaallah gələcəkdə də belə olacaq. Atacan, səndən yalnız bu
duanı etməyini sifariş edirəm və səndən istəyirəm ki, qiyamət günü şəfaətçim olasan. O gün ki insan atasından, sahibi və övladından qaçır. Acizanə xahiş edir və sizə dua edirəm. Hizbullah Müqavimətinin rəhbərliyini qorumaq üçün dua edəcəm. Dünya Müsəlmanlarının Rəhbəri həzrət Ayətullah Xamenei üçün xalisanə duam var. Sifariş edirəm ki, ona ruhi, cani və mənəvi dəstək verin. Bunların ona ehtiyacı yoxdur, özünüz üçündür.
Əziz anam! Allah-Taalanın salamı olsun sənə. Sən o kəssəən ki, məni böyütmüsən və hər gün dua etmisən. Mənə sabitqədəm olmağı öyrətdin. Səndən xahiş edirəm ki, məni halal edəsən. Mənim yas mərasimimdə qara paltar geyməyəsən və qəmgin olma.
Əziz bacı və qardaşım Zeynəb və Məhəmmədəli. Siz əzizlərə Allahın salamı olsun. Sizi həyatdakı işlərinizdə ilahi təqvaya sifariş edirəm. Allah eləməmiş atanı narahat edib əsəbləşdirməyəsiniz. Atamızın Seyid Əli Xameneinin və həzrət Məhdinin (əc) yanında böyük yeri, şanlı ləyaqəti və ali dərəcəsi var.
Hamınıza sifariş edirəm ki, imam Hüseynin (ə) əzadarlığını evlərinizdə keçirin. Göz yaşlarınız yalnız Əhli-beyt (ə) və həzrət Zəhraya görə olsun.
Allaha çoxlu zikrlər edin. İmamlar və peyğəmbərlərə təvəssül edin və onların müqəddəs kəlamlarını qiraət edin. İslam Müqaviməti mücahidlərinə, əsrimizin böyük insanlarına həzrət Əbəlfəzli-Abbasın bayrağını aparanlara, şücaətli Əmirəlmöminin Əlinin (ə) varislərinə və Hüseyn (ə) aşiqlərinə dua edin.
Əziz mücahid qardaşlarıma: Allaha çox dua etmişdim ki, sizin kənarınızda və xidmətinizdə olum. Siz ilahi insanların xidmətində. Salam olsun bir gün doğulub, bir gün şəhid olan şücaətli insanlara. Salam olsun o müqəddəs torpağa ki, siz mübarək qədəmlərinizi orada götürmüsünüz və qanlarınız oranı sirab edib.
Dan yeri sizin güllələriniz səsi, sübhünüzü isə Hüseynin qan çağırışı ilə açılır. Torpaq sizin qanınızla sirab olacaq. Asimana və mələkut aləminə tərəf gedən pak ruhunuza salam olsun.
Əziz mücahid qardaşlarımın hamısını səbirli olmağı sifariş edirəm. Yaxşı bilirsiniz ki, əgər siz çətinliyə düşmüsünüzsə, qardaşlarınız da bu dərdi yaşayır. Xalisanə əllərinizi aparın asimana və fəryad çəkin: Ya Fatimeyi-Zəhra (s).
Sizə töfsiyə edirəm ki, Hizbullah rəhbərinin kəlam və çıxışlarına yaxşı qulaq asın və əməl edin. Həzrət Ayətullah Xameneinin Livanın Hizbullah Təşkilatının rəisi Seyid Həsən Nəsrullahın üzərinə qoyduğu təklifi qoruyun və himayət edin. Onlardan itaət, İmam Məhdidən (əc) itaət deməkdir.
Sizdən xahiş edirəm ki, məni halal edəsiniz və dualarınızda məni unutmayasınız.

Seyid Hadi Nəsrullah

Dilimizə çevirdi: R. Hüseynov


1541 بازدید
در حال ارسال اطلاعات...