Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Mart 2015

Tələbə o zaman mələk xislətlidir ki...

Mən tələbələrin İslam təşkilatları məsələsində israrlıyam!
İstər Tehranda, istər ölkənin digər yerlərində, istər ölkədən xaricdə hər hansı bir universitetdə təhsil alan siz tələbələrdən hansı biri üzərində dini məsuliyyət hiss etsə, oxuduğu dərsi və çəkdiyi zəhməti Allahın hesabına yaza biləcəyini duysa, şübhəsiz ki, o, saleh bir bəndə, mələk xislətli bir insandır və gələcək üçün səmərəli ağac ola bilər. Bizim gəncimizin, tələbəmizin Allahdan ötrü çalışdığını hiss etməsi çox dəyərlidir.
Bu fikirdə olmaq, bu fikirlə dərs oxumaq və işləmək gənc, xüsusən də tələbə gənc üçün çox böyük əhəmiyyətə malikdir. Çünki ölkənin gələcəyi ona bağlıdır, onun əllərindədir. Onun iradə, qərar və elminin şüası təkcə evi və həyatı ilə bitmir. O bir ölkəni və bir