Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Mart 2015

Əllamə Təbatəbai

Əllamə Təbatəbainin əcdadı ata tərəfdən imam Həsən Müctəba (ə) ilə bağlıdır. Onlar İbrahim ibn İsmail Dibacın övladlarıdır
Əllamə Təbatəbainin babası "Cəvahirul-kəlam" kitabının müəllifi Şeyx Məhəmməd Həsən Nəcəfinin şagirdlərindən və yaxınlarından idi. Qeyri-adi ("qəribə") elmlərdən xəbərdar olan bu müctəhidin övladı olmurdu. Bir gün Quran oxuyarkən həzrət Əyyubun əhvalatına çatdığı vaxt hiss etdi ki, Allah-taaladan nə istəsə qəbul olacaq. O Allahdan övlad istəyir. Duası qəbul olur və Əllamə Təbatəbainin atası dünyaya gəlir. Əllamə Təbatəbai 1901-ci ildə Təbrizin Şadabad kəndində anadan olmuşdur. 81 il səmərəli ömür sürmüş Əllamə hicri-qəməri 1982-ci ildə dünyasını dəyişmişdir. Əllamə Təbatəbainin əcdadı ata tərəfdən imam Həsən Müctəba (ə) ilə bağlıdır. Onlar İbrahim ibn İsmail Dibacın övladlarıdır. Əllamənin 5 yaşı olarkən anası, 9 yaşı olarkən atası dünyasını dəyişir. Əllamə özündən kiçik qardaşı Məhəmməd Həsənlə tənha qalır. Əllamə Təbatəbai 1912-1918-ci illərdə Quranı öyrənməklə yanaşı, "Gülüstan" və "Bustan" kimi ədəbi əsərlərlə yaxından tanış olur. O xəttat Mirzə Əlinəqidən hüsnxətt öyrənir. Əllamə Təbrizin Talibiyyə mədrəsəsinə daxil olur. Orada ərəb ədəbiyyatı, fiqh və üsul öyrənir. 1919-1926-cı illərdə Müxtəlif İslam elmləri ilə tanış olur. Əllamə Təbatəbai mədrəsədən sonra qardaşı ilə birlikdə İraqın Nəcəf şəhərinə hicrət edib 10 il ardıcıl təhsil alır. Həmin dövrün məşhur riyaziyyatçısı sayılan Seyid Əbülqasim Xansaridən riyaziyyat öyrənir. Fiqh və üsulu Ayətullah Naini və Ayətullah İsfahanidən əxz edir. Əllamənin fəlsəfə ustadı Seyid Hüseyn Badkubeyi olmuşdur. Əllamə Ayətullah Seyid Əli Qazi Təbatəbaidən ilahi maarif və əxlaq dərsi alır. Bu ustad nəfsin tərbiyəsi sahəsində Əllamənin əlindən tutur. Ustad Əmcəd söyləyir ki, Əllamə nə vaxt Qazinin adını eşidirdisə halı dəyişirdi. Əllamə Təbatəbai Nəcəfdə təhsil aldığı illərdə ciddi maddi çətinliklərlə üzləşdiyindən İrana qayıdıb doğma kəndində 10 il əkinçiliklə məşğul olur. Nəhayət, 1947-ci ildə müqəddəs Qum şəhərinə hicrət edir. Onu əvvəllər Qumda Qazi adı ilə tanıyırlar. Amma öz istəyi ilə Təbatəbai çağırılmağa başlayır. Hər dəqiqəsini İslam elmlərinin araşdırılmasına sərf edən və "Əl-mizan" kimi misilsiz bir təfsir yazan Əllamə Təbatəbai Müqəddəs Qum şəhərində dünyasını dəyişir. Ömrünün son 7 gününü "La iləhə illəllah" zikrindən savayı heç nə söyləmədiyini nəql edirlər.

Nur-az.com


1748 بازدید
در حال ارسال اطلاعات...