Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Mart 2015

Rəhbərin şükür səcdəsi

Ayətullah Xamenei istibdadın son beş ayında
1357-ci ildə İslam İnqilabından öncəki son beş ayda Ayətullah Xameneinin fəaliyyətlərinə bir baxış 

İmam Xomeyninin oğlu Mustafa Xomeyninin 1356-cı il, mehr ayında şəhadətindən sonra bütün İranda, o cümlədən Məşhəddə mübarizə fəzası dəyişdi. Ettelaat və Aftab-e-Şərq qəzetlərində -Məşhəd nəşri – İmamı aşağılayan məqalənin çapı müxtəlif şəhərlərdə xalq və ruhanilərin etirazına səbəb oldu. Bu məqalədə Cənab Rəhbər Ayətullah Xameneinin sürgündən azad olduğu zamandan inqilabın qələbəsinə qədərki fəaliyyətləri nəzərdən keçirilir. Daha çox 1357-ci ilin mehr və aban aylarındakı etiraz aksiyaları, Tasua və Aşura nümayişləri yada salınır. Bu xatirələrdə İmam Riza (ə) xəstəxanasındakı hadisələr, ustandarlığın ələ keçirilməsi hadisəsi yer alıb. Sonra Ayətullah Xameneinin Tehrandakı fəaliyyətləri, İmamın istiqbalı komitəsindəki məsuliyyətləri, Tehran Universitetindəki etirazlar, İmamın gəlişinin ilk saatları xatırlanır.
Cümhuriyyət Prtiyasının əsasnaməsi... 1356-cı ilin yayında ilk monolit bir təşkilat yaratmaq üçün Məşhəddə addım atıldı. Bu təşkilatda şəhid Mütəhhəri və şəhid Behişti kimi dindar ziyalılar cərayanı ilə inqilabi-siyasi fəaliyyət cərəyanı bir araya gəlməli idi.
Ayətullah Xamenei, Ayətullah Rəbbani, Ayətullah Müvəhhidi Kermani, Höccətülislam Höccəti Kermani, eləcə də şəhid Bahünər və şəhid Behişti partiya təsisi ideyasını irəli sürən və həyata keçirən ilk insanlardır.
“Cənab Behişti bu ideyanı həvəslə dəstəklədi, dərhal haradan başlamaq, nədən yan ötmək barədə söhbət etdi. Əvvəldə kimlər olmalıdır, ölkədə kimlərlə həmkarlıq etməliyik? Dedi ki, öncə əxlaqlı və məsuliyyətli insanları üzv seçmək lazımdır. Onun bu təklifi hərəkətverici oldu. Mən kağız-qələm götürüb nəzərdə tutulan adamların adını yazmağa başladım. Şəhid Behişti dedi ki, buradakı altı nəfərlə təsis işini görək. Beləcə altı nəfərin, sonra da dəvət ediləcək adamların adlarını yazdıq. Beləcə, işə başladıq.”
Tehran, Məşhəd, Qum şəhərlərinin mübariz ruhanilərinin iştirakı ilə partiyanın təsis iclasları qaydaya düşürdü. 1356-cı ilin qışında bir qrup ruhaninin həbsi ilə iclaslar dayandı. 1357-ci ilin yayında Ayətullah Xamenei və həmfikirlərinin sürgündəm, həbsdən azad olması ilə yenidən iş başladı və qərar çıxarıldı ki, məhərrəm ayının əvvəlində Cümhuriyyət Partiyasının yaradılması elan edilsin. Amma İmamın mübarizəni xalq arasında kütləviləşdirmək göstərişdin sonra bu iş dayandı, və hamı göstərişi həyata keçirmək üçün ölkə boyu səfərlərə çıxdı. Partiya təəbbüsçüləri öz istəkləri barədə İmama məlumat vermişdilər və İmam bu işə müsbət baxırdı.
“İmam şəxsən xəbərdar idi. O, Nəcəfdə və Parisdə olduğu zaman göndərdiyimiz adamlar İmamla bu barədə danışmışdılar. Bu barədə mzakirə gedirdi. İmam İrana qayıtdıqdan sonra bu işin zəruriliyini hiss etdi və bir neçə dəfə soruşdu ki, təşkilat məsələsi nə yerdədir?”
İmam İrana qayıdandan sonra partiya yaradılması məsləsi ilə maraqlandı. Şəhid Bahünər və Ayətullah Xamenei partiya əsasnaməsini yazıb sona çatdırdılar.
“İstiqbal, qarşılama komitəsinin fasiləsiz işləri baş qaşımağa imkan vermirdi. Amma biz bir neçə nəfər görüşən kimi partiyanın təsisi barədə danışırdıq. Hiss edirdik ki, vaxt keçir və bu işi yubatmaq olmaz. Bu gərgin zamanda Bahünər və mənə tapşırıldı ki, əsasnamə və məramnaməni başa çatdıraq. Bu sahədə müqəddimə işlər görülmüşdü, nəzərdən keçirmək, tənzimləmək lazım idi. İşin çoxunu Bahünər görürdü. O, yorulmaq nə olduğunu bilmirdi. Təkbaşına 10-15 saat ardıcıl işləyirdi. Bəli, bəzən 18 saat işləmək lazım gəlir. Amma tək-tənha əyləşib 10-12 saat işləmək çox çətindir. Yadımdadır ki, istiqbal komitəsinin ətrafında bir evdə toplanırdıq ki, komitəyə yaxın olaq.”
İmam Xomeyninin göstərişi ilə müvəqqəti hökumət yaradıldıqdan sonra şahın son səngərləri uçmağa başladı. Bu zaman kommunist cərəyanlar bəzi zavod və fabriklərdə aksiya keçirməklə özlərini göstərmək istəyirdilər. Məsələ o qədər ciddiləşmişdi ki, Ələvi mədrəsəsində yerləşən təbliğat mərkəzi bu müəssisələrə natiq göndərmək qərarına gəlmişdi. Bu zavodlardan biri General zavodu idi. Oraya gedən təbliğatçılar bir iş görə bilmirdilər. Əsədullah Badamçiyan deyir: “Mən Seyid Əli Xameneinin getməsini təklif etdim. Dedim ki, bu işi o bacarar. Orada fitnə böyüməkdə idi. Sonra Bahünər və Ruhani xahiş etdilər ki, Ayətullah Xamenei oraya getsin. Şəhid Həsən İcarədar, şəhid İslami də daxil olmaqla bir qrup Ağanı müşayiət edirdi. Çünki orada qarşıdurma gözlənilirdi, Ağanı qorumaq lazım idi.”
Ayətullah Xamenei 18-21 bəhmən günləri hər gün bir neçə saat General zavodunda olurdu. O, çıxış edir, suallara cavab verirdi. Amma zavodda fəhlələri təhrik edən kommunistlər və onların havadarları var idi.
“Biz zavodlarda təbliğat işi üçün Ələvi mədrəsəsində yeni bir mərkəz yaratdıq. Məqsəd fəhlələri doğru yoldan çıxarmaq istəyənlərin qarşısını almaq idi. İslam Təbliğat Təşkilatı, Şəhid Mütəhərri mədrəsəsi, İmamın təbliğat ofisi bu kiçik mərkəzdən qaynaqlanan qurumlar idi. Dostlardan biri mənə dedi ki, siz burada məşğulsunuz, kommunistlər fəhlələri yoldan çıxarmaq üçün fəaliyyətdədir. İş çox idi, mən bu sözləri ciddiyə almadım. Həmin günlərdə o qədər hadisə baş verirdi ki, hər movzuda düşünmək, hər hadisəni görmək çətin olmuşdu. Kiçik bir qrup böyük ölkədə baş verən saysız hadisələrə nəzarət etməli idi. Mən mərkəzə gedəndə həmin şəxs gəlib ətraflı məlumat verdi. Onun haqqında danışdığı zavodlardan birinə getmək qərarına gəldim. Getdim gördüm ki, 800 fəhləyə 500 kommunist oğlan və qız qoşulub.”
Son gün şam namazı vaxtı Ayətullah Xamenei camaat namazı qılmaq istəyir. Müsəlman fəhlələr Ağaya qoşulur. Beləcə zavodda ruhiyyə dəyişir və fəhlələr kommunistləri zavoddan qovurlar.
Namaz başlayanda fəhlələr Ağanın arxasında namaza dururlar. Kommunistlər isə kənara çəkilir. İki cəbhə arasında qarşıdurma yaranır. Fəhlələr məsələnin nə yerdə olduğunu başa düşüb kommunistlərlə baş-başa gəlirlər və 22 bəhməndən bir neçə gün qabaq zavodda fitnəyə son qoyulur.
19 bəhməndə HHQ-nin bir qrup zabiti beyət etmək üçün İmamın qərargahına gəlir. Hərbi geyimli bu adamlar inqilabi şüarlar deyirlər. Bu zaman Ayətullah Xamenei təbliğat komitəsində imiş. Pəncərədən zabitləri görüb İmamın qərargahına üz tutur.
“İşi saxlayıb Ələvi mədrəsəsinə tələsdim ki, görüm baş nə baş verib. Hava qüvvələri zabitləri mədrəsəyə daxil olub sıraya düzülmüşdülər. Xüsusi yolla İmamın qərargahına daxil oldum. İmam həyətə açılan pəncərənin qarşısında durmuşdu. Bu pəncərədən hər gün xalqın sevgisinə cavab verilirdi. Mən İmamın kənarında dayandım. İmamı görən zabitlər hərbi qaydada salam verdilər. İmam əlini qaldırmaqla onların salamına cavab verdi. İlahi, mən nə görürdüm!”
İmamın göstərişi ilə müvəqqəti dövlətin yaradılmasından bir neçə gün ötsə də şah rejimi hələ ki tam süqut etməmişdi. Digər tərəfdən inqilaba qarşı çevriliş, İmamın qərargahının bomlanacağı baradə şayiələr gəzirdi. İmam göstəriş vermişdi ki, İnqilabi Şura üzvləri və fəal ruhanilər iş yerində qalmasın, tanışlarının evində gecələsin.
Gecə olan kimi İmam tələb edirdi ki, bir yerə toplaşmayaq, ayrı-ayrı yerlərdə gecələyək. Biz çox istyirdik ki, Ələvi mədrəsəsində İmamla birlikdə qalaq. Amma İmam mümkün terror hadisəsini nəzərə alaraq buna icazə vermirdi. Mən şəhid Behişti və şəhid Bahünərlə iki gecə bir yerdə qaldıq. Biz hacı Möhsin Ləbaninin, o biri qardaşlar hacı Muininin evində gecələmişdik. Gecələmək üçün mərkəzə yaxın yer seçirdik.”
Tehranda hərbi vəziyyət elan olunsa da, bir saat sonra İmam göstəriş verdi ki, xalq küçələrə çıxsın. 22 bəhmən kecəsi küçələrdə döyüş gedirdi.
22 bəhməndə General zavodunda fəhlələrlə olan Ayətullah Xamenei günortadan sonra maşınla Ələvi mədrəsəsinə yola düşür. Yolda radioda höccətülislam Fəzlullah Məhəllati elan edir ki, inqilab qələbə çaldı... Ayətullah Xamenei maşını saxlatdırıb düşür və küçənin kənarında şükür səcdəsi yerinə yetirir...

Vilayet.nur-az.com


1623 بازدید