Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Mart 2015

Xanım Fatimənin (s) şəhadət günü

Fatimə (s) İslam Peyğəmbərinin əmisi oğlu, həm də birinci İmamımız Əmirəlmöminin Əli (ə) ilə bir yerdə, İslam Peyğəmbərinin (s) himayəsi altında ilahi tərbiyə alıblar
Həzrət Fatimə (s.ə) İslam Peyğəmbərinin (s) dördüncü və ən kiçik qızı idi. Onu həm də Tahirə, Zəkiyyə, Raziyyə, Zəhra, Bətul çağırırdılar. Allah-Taala onu və onun aşiqlərini cəhənnəm atəşindən qoruyacağına görə xanım “Fatimə” adlandırılıb. Erkən yaşlarından anasını itirən Həzrət Fatimə (s) peyğəmbərlik vəzifəsini yerinə yetirən atasının mehriban çağırışlarına ətrafdakıların istehza ilə yanaşmasının şahidi olub. Atasına sədaqətli və əsl ana qayğısı göstərdiyinə görə “Ummu Əbiha”, yəni “atasının anası” adlandırılıb. Peyğəmbərin (s) öz kiçik qızı Fatiməyə (ə) olan məhəbbə