Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Mart 2015

Böyük Ariflərin ölüm anlarında baş verənlər (3)

Suyu qızdırın çünki soyuq su bizim üzümüzün rəngini alacaq və düşmən elə təsəvvür edəcək ki, biz ölümdən qorxuruq
Şeyx Mürtəza Taliqani 

Əllamə Cəfəri buyurur: Zilhiccə ayının sonuncu günləri idi. Dərs üçün onun hüzuruna getdim. Buyurdu nə üçün gəlmisən? Dedim: dərs üçün gəlmişəm. O dedi: Get ağa! Dərs qurtardı.
Məhərrəm ayı yaxınlaşdığı üçün mən elə fikirləşdim ki, o məhərrəm tətillərini nəzərdə tutur və buna görə “dərs qurtardı” dedi. Mənim heç zaman güman etmədiyim bu idi ki, o öz ölmü barəsində mənə məlumat verirdi. O dövrdə Nəcəfdə olan bütün şəxslər bilirdilər ki, o xəstə deyildi. Mən ona dedim ki, ağa, hələ məhərrəmə iki gün qalıb və dərslər tətil olmayıb.
O buyurdu: Bilirəm ağa bilirəm. Sizə deyirəm ki, dərs başa çatdı. Taliqaninin eşşəyi gedib palanı qalıb. Ruh gedib cism qalıb.
Allah şahiddir ki, onda heç bir xəstəlik əlaməti yox idi. Mən bildim ki, o ilahi insan öz ölümündən xəbər verir. Çox təsirləndim və dedim: Elə isə yadigar bir söz buyurun.
Əvvəl “la ilahə illallah” kəlməsini mənəvi bir hal ilə dedi. Daha sonra mübarək gözlərindən yaş axdı və həyat və ölüm körpüsündən keçərkən bu beyti buyurdu:
Nə qədər ki, əlin özünə çatır, iş gör” (fars dilindən tərcümə)
“La ilahə illallah” kəlməsini daha ali bir hal ilə dedi. Bir gün sonra məhərrəm ayının biri bizim dərs oxuduğumuz Sədr mədrəsəsində Nəcəfin tanınmış zahidlərindən olan mərhum ağa şeyx Məhəmməd Əli Xorasani minbərə qalxdı və Allaha həmd səna dedikdən sonra buyurdu: “İnna lillah və inna iləyhi raciun” şeyx Murtəza Taliqani Allahın görüşünə getdi. (Zəmanənin ibn Sinası, Seyyid Məhəmməd Rza Ğiyasi Kermani, s. 103-104). 

Şəhid Nəvvab Səfəvi

Xanım Fatimə Nəvvab, şəhid Nəvvab Səfəvinin qızı atasının şəhadət gecəsi barəsində belə deyir: O gecə Nəvvabın həbsdə saxlandığı kameradan qəfil gözəl Quran səsi ucaldı. Onun Quran qiraəti o qədər gözəl idi ki, sanki bütün zərrələr onunla birgə oxuyurdu. Bir müddət sonra zindan nəzarətçisi qapını açdı və onu şəhadətə dəvət etdi. Nəvvab bu xəbəri eşitdikdən sonra gülər üzlə, möhkəm addımllarla çölə çıxdı. Onun digər səfər yoldaşları da çağırıldı. Nəvvab öncə ruhani libasını istədi, çünki həmin libasda şəhid olmaq istəyirdi.
Daha sonra şəhadət qüslü üçün isti su istədi və zindan nəzarətçisinə dedi: suyu qızdırın çünki soyuq su bizim üzümüzün rəngini alacaq və düşmən elə təsəvvür edəcək ki, biz ölümdən qorxuruq.
Daha sonra iki rəkət şükür namazı qıldı və səfər yoldaşları ilə qucaqlaşdı və bir-biriləri ilə vidalaşdılar. Daha sonra möhkəm addımlarla eşq qurbangahına doğru addımladı. Dostları güllələnmə məkanına, edam ağacına çatırlar və onları ağaca bağlayırlar. Nəvvab deyir: Gözlərimizi bağlamayın, çünki istəyirik ki, hədəfimiz yolunda canımız bahasına aldığımız güllələri baxışlarımızla qarşılayaq.
Daha sonra uyğun məkanda hazır olan hərbiçilər və məsul şəxslərə qısa bir çıxış edir. Əsgərlərə nəsihət edir və onlara tövsiyə edir ki, Allahın əsgəri olsunlar. Həyatlarının son anlarında həkim onların ürəyini müayinə edir. Qəlblər aramdır, qeyb aləmindən qaynaqlanan bir təbəssüm onların üzlərini daha da gözəlləşdirir. Vəd olunmuş an çatır. Dostlar birlikdə azan verməyə başlayırlar ki, onlardan hansının daha tez sönəcəyi məlum olsun. Eşq azanı haqqın təkliyinə və Allah Rəsulunun (s) risalətinə şəhadətdən keçir və Əmirəl-Mömininin (ə) vilayətinin şəhadətinə çatır. Qəfil atəş əmri verilir... Və onların aşıq qəlbləri cəhalət və zülm gülləsinə tuş gəlir! 

Əllamə Təbatəbai 

Əxlaq ustadlarından biri öz üstadı Əllamə Təbatəbai ilə son görüşləri barəsində deyir: Bir neçə tanınmış şəxsiyyətlər ilə birlikdə onun onun görüşünə getdik. Bu son görüşlərdən idi. Halı yaxşı deyil idi. Gələnlərə hörmət məqsədi ilə oturdu. Lakin danışmırdı. Məclis bir qədər uzun çəkdi. Məclisdən sonra halı pisləşdi və onu xəstəxanaya apardılar. Əllamənin ömrünün son anları idi, onun görüşünə getdik.
Deyirlər ki, biz otaqdan çıxandan sonra o gözlərini açıb və bir küncə diqqətlə baxıb və daha sonra üç dəfə buyurub: “Diqqət! Diqqət! Diqqət!” (yəni diqqətli olmağlın əhəmiyyətin çatdırmaq istəyib) və bu sözləri dedikdən sonra dünyasını dəyişib. Bunu onun xanımı nəql edib.
O böyük insan hər zaman şagirdlərini qəlb evini qorumağa, ona nəzarət etməyə çağırırdı. O bu işi qəlb tarlasında əkiləcək səadət toxumu hesab edirdi. 

Əllamə Məhəmməd Təqi Cəfəri

Ölümündən üç saat öncə Əllamə övladı doktor QulamRza Cəfəriyə işarə edərək nə isə istəyir. Lakin doktor onun nə istədiyini analaya bilmir. Atasının nə dediyini başa düşməyə çalışsa da faydası olmur.
İki saatdan sonra atasının nə istədiyini anlayır. O, Kərbəladan onun üçün gətirilmiş yaşıl parçaya bükülmüş kiçik bir lövhəni istəyirmiş. Lövhənin üzərində Allahın və imamların adı həkk olunubmuş. Bu lövhə onun çantasında imiş. Odur ki, övladı tələsik həmin lövhəni gətirməyə gedir.
Onun gəlməyi bir saatadək çəkir. Höccətül-İslam Məhəmməd Gülpayiqani (böyük rəhbərin dəftərxanasının rəisi) Əllamənin canvermə halında olduğunu görür və onun taxtını üzüqibləyə çevirir və Ədilə duasını oxuyur.
Doktor Cəfəri gəlib çatdıqda artıq iş işdən keçmişdi. Əllamənin ruhu dost yarına yola düşmüşdü. O yaşıl parçanı və uyğun lövhəni vatında gətirə bilmədiyi üçün çox təəssüflənir. Özünü atasının ruhsuz bədəninə yaxınlaşdırır, ağ parçanı kənara çəkir həmin yaşıl parçanı atasının üzünə qoyur.
Möcüzə baş verir. Əllamə gözlərini açır, təbəssüm edir və birdəfəlik gözlərini bağlayır. (“Zəmanənin ibn Sinası”, Seyyid MəhəmmədRza Ğiyasi Keramni, s. 106,) hazırladı: Müslum Zəmaniyan. 

Ayətullah Şeyx Fəzlullah Nuri 

Hökumət şiəliyə və ruhaniyyətə zərbə vurmaq üçün həmin gün, rəcəb ayının 13-ü, İmam Əlinin (ə) təvəllüd gününü şeyxin edamı üçün təyin etmişdi.
Qüruba bir saat qalmış şeyx sevinc dolu çöhrə ilə, arxayın ruhiyyə və aram qəlb ilə möhkəm addımlarla əsasını yerə vura-vura dar ağacına doğru hərəkət edirdi. Yol boyu insanlara baxırdı. Dar ağacına çatanda qəfil döndü və Nadəlini çağırdı. Nadəli şeyxin adi xidmətçisi idi. Nadəli dərhal cəmiyyəti araladı və gözləri yaşla dolmuş halda dedi: Bəli ağa! Şeyx əlini cibinə saldı və cibindən bir kiçik bağlama çıxardıb Nadəlinin qabağna atdı. Dedi: Nadəli bu möhürləri parçala. (ona görə ki, sonradan kimlərsə bundan bunların vasitəsi ilə saxta sənədlər düzəltməsinlər). Daha sonra üzünü xalqa çevirdi və 10 dəqiqə xalq üçün söhbət etdi. Onun söhbət əsnasında bu sözləri söyləməsi nəql olunur:
“İlahi, sən özün şahid ol ki, mən bu xalqa deməli olduğumu dedim. İlahi! Sən şahid ol ki, bu son anlarda da yenə də onlara deyirəm ki, bu qanunu təsis edən (yad qanunlar ilə məşrutə) dinsizlərdir və onlar xalqı aldadıblar. Bu əqanun İslama müxalifdir. Mənlə siz xalqın mühakiməsi Allah rəsulunun yanına qalsın.”
Hələ şeyxin söhbəti başa çatmamışdı ki, Yusif xan ərməni şeyxin əmmaməsini götürüb xalqa tərəf atdı. Şəhid şeyx əzəmətli və xalqın vücudunu lərzəyə salan güclü, qüvvəli səsi ilə dedi: “Bu əmmaməni mənim başımdan götürdülər, hamının başından götürəcəklər.”
Həmin meydanda bir qiyamət səhnəsi yaranmışdı. Qadınlı-kişili, qocalı-cavanlı hamı ağlayırdı. Kəndiri şeyxin boynuna atdılar və musiqiçilərin bir qrupu hərbi marşı çalmağa başladı. Şeyxin cismi aram-aram yuxarı qalxdıqca bir yandan xalqın ah-naləsi səsi ucalırdı, kəndirin fırlanması şeyxin üzünün qibləyə çevrilməsinə səbəb oldu və o azca hərəkət ilə canını tapşırdı. (“canlı İslam”, c. 1, s. 185-187, Ayətullah Nuri Həmədani). 

İmam Xomeyni 

Höccətül-İslam Rəhimiyan deyir: Xordad ayının 1-ci və 2-ci günləri xüsusi bir halda idi. Bu iki gündən sonra cərrahiyə əməliyyatı keçirmişdi. Həmin iki gündə bir-iki suala işarə ilə, mümkün həddə ən az sözlər vasitəsi ilə cavab verdi və daha sonra həmişəkinin əksinə olaraq mütaliəni tərk etdi. Xüsusi bir sükut, aramlıq, aram sima ilə uzaq üfüqlərə göz tikmişdi. Həmişəki yerində olmasına baxmayaraq sanki bu dünyada deyildi.
Həzrət İmam ömrün sonuna yaxınlaşdıqca, vücudunda Allaha diqqətin, ilahi mərifət və hikmətin təsirləri daha çox görünürdü və siması, çöhrəsi daha nurlaşırdı. Adətən insanlar ölüm zamanı fiziki baxımdan zəiflədikləri, nöqsanlara düçar olduqları üçün daha çox əzab çəkirlər və bunun nəticəsində təbii olaraq ah-nalə edirlər. Lakin imam kimi kamil bir insanın çiçəklənmiş şəxsiyyəti, ali həqiqəti, böyük ruhu, maddi aləm və təbiətin fövqündə olan şəxsiyyəti ah-nalə etmək əvəzinə Allahı zikr edir və vüsal nəğməsi oxuyurdu.
Bu günlərdə heç kəs onun azca belə ah-nalə səsini eşitmədi. Onun üzündə ağrı, əzab, çətinlik əlamətlərini görmədi. Onun azad səsi, ibadət ahəngi ətraf mühiti doldurmuşdu, oradakı hər bir insanı təəccübə vadar etmişdi, təəccübləndirmişdi.
Onun bu günləri ilə bağlı çox sözlər, xatirələr var. O şəxslər həmin günlərdə İmamın yanında oldular onun ibadətə, raz-niyaza, zikr və namaza təsəvvürə sığmayacaq qədər əhəmiyyətlə yanaşmasını gördülər. Bu imamın köhnə adəti idi. Allahın istəyi ilə onun saleh bəndəsinin gizli qalmış mənəvi şəxsiyyətinin müəyyən yönləri gizli kamera vasitəsi ilə tarixdə Allah axtarışında olanlar üçün yadigar qaldı. Baxmayaraq ki, bu təsvirlər onun ibadətinin zahiri və olduğu kimi tanıtdırmayan cilvələri, təzahürləridir. Bəli, heç bir kamera, heç bir mikraskob, heç bir göz onun ibadət və ixlas məqamının həqiqətini görməyə qadir deyil. Səksən il xalis ibadət, səksən il gecələr minacatı, səksən il riyazət, böyük və kiçik cihad, səksən il seyr-süluk və ...

Mərhum hacı axund Molla Abbas Türbəti 

O ömrünü payipiyadə uzun uzadı yolları adlayıb din təbliği ilə keçirdi. Allah hökmlərini açıqlaması və dini mərasimləri icra etməsi müqabilində heç zaman muzd almadı və əkinçilik vasitəsi ilə maddi ehtiyaclarını ödəyirdi.
Bu böyük şəxs hicri qəməri 1362-ci ilin şəvval ayının 17-si sübh namazını uzandığı halda qıldı və can vermə halı yarandı. Onun ayaqlarını qibləyə tərəf etdilər və o son anadək huşunu itirməmişdi, aram-aram bəzi kəlmələri deyirdi. Sanki can verməsindən xəbərdar idi və ruhun sonuncu işartısı la ilahə illallah kəlməsi ilə dodaqlarından yüksəldi. Bir həftə öncə həftənin bazar günü sübh namazından sonra üzüqibləyə uzandı, əbasını üzünə çəkdi. Qəfil onun xəstəlikdən saralmış üzü parıltılı, şəffaf oldu. Üzünə çəkdiyi nazik əbanın altından çöhrəsi göründü və yerindən tərpəndi, dedi: “Əssəlamu əleykum ya Rəsulallah” siz bu dəyərsiz bəndəni görməyə gəlmisiniz. Daha sonra bir-bir onun görüşünə gəlirmişlər kimi, həzrət Əmirəl-Mömininə (ə) və daha sonra on ikinci imamadək bütün imamlara salam verdi və gəldikləri üçün onlara təşəkkür etdi. Daha sonra həzrət Fatiməyə salam dedi. Daha sonra həzrət Zeynəbə salam dedi və ağlamağa başladı. Dedi: Bibi mən sənin üçün çox ağlamışam. Daha sonra anasına salam dedi və belə söylədi: Ana sənə çox təşəkkür edirəm. Sən mənə pak süd vermisən və bu hal iki saat davam etdi. Sonra isə yenidən çöhrəsi saraldı, rəngi qaçdı və xəstəlik halı qayıtdı. Növbəti həftənin bazar günü iki saat canvermə halında oldu və aramcasına haqqa təslim oldu. (“Unudulmuş fəzilətlər”, Huseyin Əli Raşid s. 165).

Ayətullah Gülpayiqani

Həzrət Zəhranın (ə) təvəllüd günü idi. İnsanlar şövq ilə öz təqlid müctəhidlərinin görüşünə getdilər. O böyük şəxsiyyət xəstə, yorğun olmasına baxmayaraq oturdu və məğrib-işa namazınadək gələnlərin xidmətində oldu. Azandan sonra məğrib və işa namazlarını qıldı və Allahla minacata başladı. Bu halda övladına buyurdu: “Həmd olsun ki, məğrib namazı və onun nafiləsini qıldım, həmd olsun Allaha ki, işa namazını və onun nafiləsini qıldım və hal hazırda namazın təqibatı ilə məşğulam.” Oğlu dedi: Ağa, daha yaxşı olar ki, siz taxta oturduğunuz halda namazın təqibatını yerinə yetirəsiniz, bir dəstə insan sizinlə görüş intizarındadırlar. Onu taxta oturtmaq istədikdə bədəni möhkəm titrəməyə başladı. Qurana yaxın olan bu insan həmin halda da ah-nalə yerinə uca səslə Quran oxuyurdu.Titrəməsi daha da şiddətləndi. Qumdan həkimlər gəldi lakin faydalı olmadı və Tehrandan həkimlər gəldi, Tehrana aparılması qərara alındı. Bu qayda ilə o Tehrana aparıldı və şəhid Rəcai xəstəxanasında yatızdırıldı. Nəhayət 1372 ci il azər ayının 18-i axşam vaxtı “Rəbbinə doğru qayıt” nidasına ləbbeyk dedi və mələkuta yola düşdü. 

Ayətullah Şeyx Mürtəza Hairi Yəzdi

Cənab Hacı Seyid Həsən Dibaçı buyurur:" Həzrət Ayətullah Hairi ömrünün axırlarında Tehranın xəstaxanalrından birində yatırdı və huşunu itirmişdi. Mən ona baş çəkmək üçün xəstəxanaya getdim. Dilinin tərpəndiyini hiss etdim. Başımı yaxınlaşdırdım və gördüm ki, bu ayəni oxuyur:"Bu Allahın fəzlidir, onu istədiyinə verər."
Ondan bir neçə addım aralandım, xəstəxanada tanışlardan birinin övladını gördüm. Məlum oldu ki, onun atası da bu xəstəxanada yatır. Onun da yanına getdim. Halının yaxşı olmadığını gördüm. Ömrünün son anları idi. O həmin bu son anlarda bəzi şəxslərdən tələbkar olduğu çeklərin, pulların fikrini çəkirdi və az bir müddət sonra dünyasını dəyişdi.
Lakin O böyük şəxs ölüm zamanı gözəl bir quran ayəsi oxuyurdu, bu biri isə dünya malı fikrində idi. (ayətullah Müəssis və onun qəhrəman olmadı seyyid Sadiq Huseynin Yəzdinin həyat yolu” s. 143).
Bəli, bütün bu qəribəliklər, üstünlüklər əməllə yanaşı olan elm sayəsində gerçəkləşir. Onların ölüm zamanı, ölüm anlarındakı bu aramlığı ləbbeyk müjdəsidir. Qəbul olunmaq sevincidir. Əgər bir alim öz elminə əməl etməsə ömrünün son anlarında peşiman olacaq və bu peşimançılıq adi bir peşimançılıq yox, ən çətin, ən şiddətli, ən ağır peşimançılıq olacaq. Əmirəl-Möminin (ə) buyurur: “Ölüm zamanı ən çox peşiman olan insan elminə əməl etməyən alimdir.” (“Ğürərul-hikəm və durərul-kəlim”, s, 205, 374-cü hədis)

Hazırladı: Müslim Zamanian.


3627 بازدید
<