Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Mart 2015

Övladın ata-anaya məhəbbətli bir baxışı ibadətdir

Atam mənimlə olanda özünü yaxşı hiss edirdi. Onunla birlikdə olmaq mənim üçün də çox xoş idi. Amma bundan ötrü Qumu tərk edib Məşhədə getməli idim
İnsan ağır maddi problemlər içində yaşasa belə ata-anaya etdiyi ehsanların dəyəri var. Bəşər övladı Allahın əksər nemətlərini görə bilmədiyi kimi ata-ana nemətini də dəyərləndirə bilmir. Amma Allah insan üçün çətinlik yaratmayıb və kiçik işlərlə onun razılığını əldə etmək olar. Şübhəsiz ki, bunlardan ən mühümü ata-ananın razılığını qazanmaqdır.
İnsan kiçik bir çətinliklə rastlaşan kimi kömək axtarır, Allaha dua edir, dost-tanışlardan dua istəyir. Amma unudur ki, onun haqqında ən təsirli dua valideynin duasıdır.
İmam Musa ibn Cəfərdən (ə) nəql olunur ki, Əmirəlmöminin Peyğəmbərin (s) dilindən buyurmuşdur: “Övladın ata-anaya məhəbbətli bir baxışı ibadətdir.” Bir şəxs Peyğəmbərdən (s) “kimə ehsan edim” – deyə soruşur. Peyğəmbər (s) cavab verir: “Anana!” Həmin şəxs sualı bir də təkrarlayır və yenə də həmin cavabı alır. Həzrət Peyğəmbər (s) onun üçüncü sualına “atana yaxşılıq et” deyə cavab verir.
İbrahim ibn Şüeyb İmam Sadiqə (ə) deyir: “Atam o qədər qocalıb ki, onu ayaqyoluna belimdə aparmağa məcburam. İmam (ə) buyurur: “Nə qədər bacarırsansa bu işi gör. Onu öz əlinlə yedirt. Sənin bu işinin əvəzi Behiştdədir.”
Böyük Rəhbərlik Məqamı həzrət Ayətullah Xamenei öz işlərindəki müvəffəqiyyətləri valideynə məhəbbətlə əlaqələndirir. Cənab Rəhbər buyurur: “Atam ömrünün son iyirmi neçə ilində korluğa səbəb olan göz xəstəliyinə düçar oldu. Həmin vaxt Qumda təhsil alırdım. Tez-tez Məşhədə gəlir, onu müayinəyə aparır və geri qayıdırdım. Nəhayət onu Tehrana müayinəyə gətirməli oldum. Öncə həkimlər bizi məyus etsələr də iki-üç il müalicədən sonra onun bir gözü qismən görməyə başladı. Həmin vaxta qədər onu əlindən tutub gəzdirərdik. Atam mənimlə olanda özünü yaxşı hiss edirdi. Onunla birlikdə olmaq mənim üçün də çox xoş idi. Amma bundan ötrü Qumu tərk edib Məşhədə getməli idim. Seçim qarşısında qalmışdım. Suala cavab tapmaq üçün böyük ustadlardan biri ilə məsləhətləşdim. Dedim ki, mənim dünyam da, axirətim də Qumdadır, Qumdan getmək dünya və axirətimdən əl çəkməyə bərabərdir. Ustad bir qədər düşünüb buyurdu: “Siz Allahın razılığı üçün Qumdan əl çəkin və Məşhədə gedin. Allah da sizin dünya və axirətinizi Qumdan Məşhədə köçürər...”

Nur-az.com


1439 بازدید
در حال ارسال اطلاعات...