Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Mart 2015

Amerikalılar artıq İran cəngavərinin qələbə anlarını müşahidə edir!

İranın vasitəsilə təlim alan 25000 İraq əsgəri artıq Tikritdə İŞİD-in əksər qüvvələrinə qalib gəlib
Ötən gün «əl-Ərəbiyyə» informasiya kanalı öz portalında «İranın Tikritdə qələbə anları» başlığı ilə məntəqədə hökm sürən son vəziyyəti analiz edərək bildirib ki, Amerikanın hərbi qoşunlarının baş komandanı general Dempsinin təsdiq etdiyi kimi, İranın vasitəsilə təlim alan 25000 İraq əsgəri artıq Tikritdə İŞİD-in əksər qüvvələrinə qalib gəlib. Bu, İranın regionda, o cümlədən, İraqda nüfuzunun artdığını göstərir. Artıq İran kavaleri, yəni Qasim Süleymani gizlənməyə ehtiyac görmür, çox rahat İraq əsgərləri ilə birgə çay içir, onlarla görüşlər keçirir.

Xəbərdə bildirilir ki, general Süleymaninin belə açıq müşahidəsilə artıq İran bu ölkədə öz nüfuz və rolunu göstərməkdən imtina etmir, Amerikanın regiondakı əhatəsinə rəğmən, məntəqədəki möhtəşəm nüfuz və mövqeyini nümayiş etdirməyə və yeritməyə çalışır. Daha doğrusu, İran Qasim Süleymaninin sayəsi altında keçmiş düşməni Səddam Hüseynin ana yurdu Tikriti fəth etməklə qələbə tədarükündədir.

Nur-az/qasemsoleimani.ir


2141 بازدید
در حال ارسال اطلاعات...