Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Mart 2015

Azadlığı itirmək faciədir

Cəmiyyətdə hər bir ayıq və şüurlu insan öz azadlıq haqqı və hüdudları ilə tanış olmalı, onları tələb etməlidir
Bu gün universitetdə azadlıq məsələsi çox müzakirə olunur. Bəzən deyirlər ki, azadlıq verilmir, alınır. Mən deyirəm azadlıq həm verilir, həm alınır, həm də öyrənilir. “Azadlıq verilir” nə deməkdir? Bu o deməkdir ki, dövlət məmurlarının təbii azadlıq haqqını, yəni qanuni azadlıqları heç kimdən almağa ixtiyarları yoxdur. Bu, dövlət tərəfindən lütfkarlıq da deyil. Dövlət azadlığı verməyə borcludur.
“Azadlıq alınır” nə deməkdir? Yəni cəmiyyətdə hər bir ayıq və şüurlu insan öz azadlıq haqqı və hüdudları ilə tanış olmalı, onları tələb etməlidir. “Azadlıq öyrənilir” nə deməkdir? Yəni azadlığın mədəniyyəti və qayda-qanunları var. Onları öyrənmək lazımdır. Azadlıq mədəniyyəti və qaydaları olmadan bu böyük nemət heç kəs və heç bir cəmiyyət üçün lazımi həddə mövcud olmaz. Əgər cəmiyyətdə insanlar azadlıqdan istifadə qaydasını bilməsələr, heç şübhəsiz, fəal, çalışqan və öncül bir cəmiyyət üçün zəruri olan azadlığı əldən verəcəklər. İslam nöqteyi-nəzərindən bu, bir cəmiyyət üçün faciə deməkdir. Azadlığın əldən çıxması faciədir.

Ayətullah Xamenei

Vilayet.nur-az.com


1336 بازدید
در حال ارسال اطلاعات...