Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Mart 2015

Xalq yorulmuş olsa...

Dünya imperializminə qarşı tənha dayanmış xalq barədə
İslam İnqilabı tarixindən sətirlər

...İmam Xomeyni (r) tarixdə İran xalqının rolu barədə buyurur: “Mən cürətlə deyə bilərəm ki, tarix boyu belə bir vəziyyət heç bir yerdə olmayıb. İran 35 milyondan artıq bir cəmiyyətlə dünya ilə müqayisədə çox kiçik bir azlıq ikən dəyişərək İslam nizamı qurdu, hamı İslamın reallaşması barədə düşünür.”

...Mərhum İmam Xomeyni (r) inqilabın qələbəsindən 3 il sonra, şəmsi 1360-cı il, isfənd ayının 20-də Mazandaran ustanının imam-cüməsi və bir qrup məsulu ilə görüşündə İran xalqını tarixin ən üstün xalqı adlandırmışdı. Vaxtın prezidenti Ayətullah Xamenei İmam Xomeyni (r) ilə görüşüb söhbətləşmişdi.
Ayətullah Xamenei: “İmama ərz etdim ki, üç şərt irəli sürüb möhkəm dayandıq. Bu şərtlər İran xalqının hüquqlarının təzmini olacaq... Bu gün də ölkənin əksər nöqtələrində inqilabi düşüncə və hərəkat var. Amma bunun dərin bir hərəkat olmasını istəyirik. İnqilabi düşüncə əsasında İmamın (r) yolu ilə hərəkət üçün bu düşüncəni dərinləşdirməliyik.”

...Ayətullah Xamenei məsullar, konsullar, İran İslam Cümhuriyyətinin siyasi xadimləri ilə görüşdə buyurub: “Sizin işinizin böyük əhəmiyyəti var. Çünki xaricdə siyasi hərəkat bir ölkənin siyasətinin tən yarısını təşkil edir.”

...İran İslam Respublikasının Xarici İşlər Nazirliyi bir bəyanat yayaraq Fransa hökumətinin Yaxın Şərq, xüsusi ilə Fələstin problemi və İran inqilabına münasibətini məhkum etmişdir.

...Düşmənin piyada korpuslarından biri İran İslam Cümhuriyyəti ordusunun şücaətli döyüşçülərinə doğru hərəkət zamanı Zəhab məntəqəsində məhv edilmişdir.

...Suriya xarici işlər naziri Əbdül Həlim Xuddam bildirib ki, Tehrana dostluq səfərinə gəlmək fikrindədir.

...Baş nazir: İrana qəbul etdirilmiş müharibə dövründə dünya ilə iqtisadi münasibətlər pozulmuşdu. Sevindirici bir şey var ki, üçüncü dünya ölkələri ilə ticarət mübadilələrimiz xeyli artıb.
Mazandaranın imam-cüməsi və məsulları ilə görüşdə İran xalqının mübarizə səhnəsindəki qəhrəmanlıqlarını yada salan İmam Xomeyni (r) buyurmuşdur: Dövlət hansı problemlə üzləşirsə xalq bu problemin həllində öndə gedir. Düşünməyin ki, haradasa cəmiyyətin reaksiyası belədir.

...İmam Xomeyni (r) buyurur: “Bu gün düşünürəm ki, Allah-Taala ölkəmizin bu duruma gəlməsində yardımçı olub. Dünyanın harasındasa bütün xalqın, bütün cəbhələrin, xüsusi ilə zülmə düçar olmuşların bu şəkildə səhnədə olması müşahidə edilməyib. Əgər xalq yardımçı olmasaydı hökumət qurmaq mümkün olmazdı.”

...Ayətullah Xamenei: “Bir xalqa o zaman hansısa şərtləri qəbul etdirmək olar ki, həmin xalq müharibədən yorulmuş olsun.”

...Vaxtın prezidenti Ayətullah Seyid Əli Xamenei inqilab rəhbəri İmam Xomeyni (r) ilə görüşərək İslam Konfransı Təşkilatının İrana gəlmiş nümayəndəsi ilə müzakirələr barədə məlumat verib.
Görüş başa çatandan sonra İslam Respublikası İnformasiya Agentliyi ilə söhbətləşən prezident deyib: “İmperializmin nəzarətində olan informasiya vasitələri çalışırlar ki, dünyada ictimai fikri İrana qarşı yönəltsinlər. Biz elan edirik ki, bu iddialar yalandır. Vəziyyət tam əksinədir. Müharibəyə İraq başlayıb, onun təcavüzkarlığına aid aydın dəlillər var. Bu təcavüzkarlıq hələ də davam edir. İraq hərbi qüvvələri bizim torpaqlardadır. Amma İran sülhsevərdir. Müharibəni biz başlamamışıq. Bizim ilk sözümüz düşmən ordusunun qeyd-şərtsiz İran torpaqlarından çıxmasıdır.”
Ayətullah Xamenei sözünün davamında deyib: “Biz hələ dilə gətirməmişik ki, İraqın nəzarətində olan torpaqların bir hissəsi bizə məxsusdur. Çünki müharibəyə maraqlı deyilik. Amma bu o demək deyil ki, biz müharibədən yorulmuşuq. İran xalqının hüquqlarını sona qədər həyata keçirənədək müharibəni davam etdirəcəyik. İnanırıq ki, bizim döyüşçülərimiz xalqın hüquqlarının təzminində ən üstün qüvvədir... Əgər şərtlərimiz qəbul olunsa, hüquqlarımız yerinə yetirilsə, biz müharibəni davam etdirmək istəmirik və hər zaman sülhü müharibədən üstün tuturuq.”
Ayətullah Xamenei sözünə belə davam edib: “İmam Xomeyni (r) həzrətləri bizim mövqeyimizdən razıdır. Mövqelərimizi təsdiqləyərək razılığını bildirib. Biz İmama dedik ki, düşmən qarşısında şərtimiz var və bu şərtlər arxasında möhkəm dayanmışıq. Şərtlər ödənsə İran xalqının hüquqları təmin ediləcək. Əvvəla təcavüzkar düşmən qeyd-şərtsiz İran torpaqlarını tərk etməlidir. İkincisi, İrana dəymiş zərər müqabilində xəsarət ödənməlidir. Üçüncüsü təcavüzkar Bağdad hökuməti cəzalandırılmalıdır.”
Müharibənin başa çatması üçün İrana səfərə gələn heyətlər barədə prezident buyurub: “İran bu səfərlərə müxalif deyil. Biz əvvəlcədən demişik ki, sülhün bərqərar olunması məqsədi ilə gələn istənilən heyət və fərdi qəbul edirik. Amma kimsənin qarşısında zorakılığa dözməyəcək, bunu qəbul etməyəcəyik. O xalqa şərtləri zorla qəbul etdirmək olar ki, o müharibədən yorulub, zəifləyib. Biz müharibənin başlanğıcından bu günə qədər nəinki zəifləməmişik, hətta daha da güclənmişik. Xalq hiss edir ki, öz haqlarını geri almasa təcavüzkara meydan vermiş olacaq. Belə bir şəraitdə müstəqillik və azadlığın təmini mümkün deyil.”
Ayətullah Xamenei İrana gəlmiş nümayəndə heyətinin təklifləri ilə bağlı deyib: “Bu nümayəndə heyətləri atəşkəs təklif edir. Elə bir atəşkəs ki, bu atəşkəsdən sonra İraq ordusunun torpaqlarımızdan çıxacağı gözlənilmir. Ya da bu iş təxirlə görüləcək. Biz belə atəşkəsi qəbul etmirik. Biz İslam Konfransı Təşkilatının nümayəndəsinə bildirdik ki, düşmən ordusunun torpaqlarımızdan çıxmasından öncə atəşkəs məqbul deyil. İsraillə müharibədə ərəblər atəşkəs və müzakirəni qəbul etdilər, müzakirələr bu gün də davam edir. Gördüyünüz kimi nə Sina səhrası, nə Colan yüksəklikləri azad edilib.”

...İslam Təbliğat Təşkilatının Ali Şurasının katibi Ayətullah Cənnəti, qaim-məqam və məsullarla birlikdə prezident Ayətullah Xamenei ilə görüşüb, söhbətləşib. Ayətullah Xamenei bu görüşdə buyurub: “Ölkə daxilində təbliğatda məqsəd inqilabi təfəkkürü cəmiyyətə hakim etməkdir. İnqilabi düşüncə bu gün də ölkənin əksər nöqtələrində var. Amma biz bunun dərinləşməsini istəyirik. Biz inqilabi düşüncə fikrində olmalı, İmamın xəttinin davamı üçün cəmiyyətdə bu fikri dərinləşdirməliyik.”

Dövrün prezidenti cəmiyyətdə incəsənətin rolu və İmamın xəttinin dərinləşməsində əhəmiyyətinə işarə ilə buyurub ki, incəsənət müxtəlif düşüncələri zehnlərdə dərinləşdirə bilər. Ayətullah Xamenei eyni zamanda İslam Təbliğat Təşkilatından öz fəaliyyətlərinin genişləndirilməsini istəyib. Ayətullah Xamenei buyurub: “Bizim cəmiyyətimiz müxtəlif dil və ifadələrə ehtiyaclı zümrələrdən təşkil olunub. Buna görə də təbliğat işində münasib üsullardan və məzmunlardan istifadə olunmalıdır... Bu gün dünyada təbliğat işi bir yalanın qəbul etdirilməsi prosesinə çevrilib. Amma bizim izlədiyimiz təbliğat dünyadakı təbliğatdan fərqlənir. Təbliğatda məqsədimiz həqiqəti düşüncələrə çatdırmaqdır. Həqiqət olduqca yüksək bir dəyərdir.”
Dövrün xarici işlər naziri doktor Əli Əkbər Vilayəti məsullar, konsulluq başçıları, İslam Respublikasının siyasi xadimləri ilə birlikdə Ayətullah Xameneinin görüşündə olub. Ayətullah Xamenei bu görüşdə buyurub: “Sizin işinizin xüsusi əhəmiyyəti var. Çünki xaricdə hərəkat bir ölkənin siyasətinin yarısına bərabərdir. Bunun ölkəyə idarəçilikdə böyük təsiri var. Bir ölkə üçün təhlükəli amillər arasında pis xarici rabitələr təsirlidir. Şahlıq dövründə bu rabitələr yanlış qurulub... Yeniliyə meyilli cəmiyyət gözəl şəkildə idarə olunmalıdır. Müasir dünya ilə rabitələri düzgün qurmaq lazımdır. Siz ölkə xaricində bu əlaqələri qurmaqla məşğulsunuz və bu dəyərli işdir.

...İran İslam Respublikasının XİN bəyanat yayaraq Fransanın sosialist dövlətinin, Yaxın Şərq, Fələstin problemi və İran inqilabına münasibətdə yanlış mövqeyini pisləyib. Bəyanatda deyilir: “Fransa sosialist dövləti Miteranın başçılığı ilə sadəlövh dünya birliyində belə bir fikir yaradır ki, uzun illər imperializmin kənarında olmuş Fransa artıq dünya məzlumlarının mənafelərini müdafiə etmək yolunu tutub... Amma Miteranın rəhbərliyi dövündə təcrübədə gördüyümüz budur ki, Fransanın sosialist hökumətinin siyasətləri yenə də dünya imperializminə xidmət edir, və istismar siyasətinin müdafiəsindən başqa bir işlə məşğul deyil.”
Bəyanatın davamında Fransa başçısı Miteranın xaricə ilk səfəri olan Amerika səfərinə işarə ilə deyilir: “Prezident olaraq Miteranın Amerikaya səfəri Amerika prezidenti Ronald Reyqanla həmkarlıq, iki ölkə arasında həmfikirliyin təsdiqidir. Bu səfər göstərdi ki, nəinki Fransa öz beynəlxaq siyasətində dəyişiklik aparmayıb, hətta dünya imperializmi ilə rabitələrini daha da genişləndirib.”
İran XİN Miteranın işğal olunmuş Fələstin ərazilərinə səfərinə işarə ilə bildirir: “Başa düşülən budur ki, zülmə düçar olmuş xalqın hüquqlarından söhbət gedəndə sosialistlər, kapitalistlər, kommunistlər və sionistlər həmfikir olur. Zahirən fərqlənən bu güclər bir şeytani mayaya malikdir.”
Bəyanatda Fransanın İranla əlaqələri ilə bağlı deyilir: “Fransanın İran inqilabına qarşı münasibəti başqa super güclərin münasibətindən fərqlənməyib. Xüsusi ilə Miteranın sosialist dövləti hakimiyyətə gələndən sonra İrana qarşı ədalətsiz münasibət bir qədər də güclənib. Artıq Fransa İran İslam İnqilabının düşmənlərinin yuvasına çevrilib. Fransa dövləti inqilab düşmənlərinə hərtərəfli yardım edir. XİN öz bəyanatında vurğulayır: “Miteran dövlətinin tutduğu mövqe bu dövlətin Amerika və sionizmlə sıx bağlılığı ilə əlaqəli ola bilər. Onların Yaxın Şərq siyasəti eynidir. Əks təqdirdə Fransa öz ərazisini İran İslam İnqilabının düşmənlərinə qərargaha çevirməzdi.”

...Baxtəranda qərargah rəisinin müavini Bədreyi deyir: “Düşmənin piyada qoşunlarından Zəhab məntəqəsində İran İslam Cümhuriyyəti ordusuna hücum etmək istəyən bataliyon məhv edildi. BƏƏS rejiminin 6 əskəri əsir götürüldü. Düşmənə ağır xəsarət vuruldu.”
Suriya xarici işlər naziri Əbdül Həmid Xuddam İrana dostluq səfərinə gəlmək istədiyini deyir. XİN-nin beynəlxalq əlaqələr şöbəsinin rəis müavini Hüseyn Kazimpur Ərdəbili deyir: “Suriya xarici işlər nazirinin İrana səfərində regional məsələlər müzakirə olunacaq, qarşılıqlı rabitələr və həmkarlığın gücləndirilməsi istiqamətində addımlar atılacaq.”
Baş nazir deyir: “Şərq və Qərb yox, 3-cü dünya ölkələri ilə rabitələrin genişlənməsi sevindiricidir.”
İran İslam Cümhuriyyətinin xaricdə çalışan işçiləri baş nazirlə görüşüb. Bu görüşdə xarici işlər naziri Əli Əkbər Vilayəti də iştirak edib. Xarici işlər naziri deyib: “Siz İran İslam İnqilabının elçiləri kimisiniz. Əgər inqilab zamanı axıdılmış qanlara diqqətsiz olsanız öz missiyanızı yerinə yetirə bilməzsiniz.”
Cənab Vilayəti sözünün davamında deyib: “İran İslam İnqilabı haqqında nə qədər danışsaq, onun bütün cəhətlərini müzakirə etsək, görəcəyik ki, onun simvolu şəhadət olub. Cəmiyyətimizdə şəhadətin dəyərini yaddan çıxaran və ya dərk etməyən şəxs bu inqilabı dərk etməyib.” Baş nazir iqtisadi sanksiyalar mövzusuna toxunaraq deyib: “İraqın təcavüzü dövründə dünya ölkələri ilə iqtisadi əlaqələrimizdə nizamsızlıq yaranıb. Qərblə iqtisadi müqavilələrimiz azalsa da Şərqlə mübadilələrin artması əvəzində 3-cü dünya ölkələri ilə əlaqələr güclənib. Bu sevindiricidir.”

Vilayet.nur-az.com


1425 بازدید
در حال ارسال اطلاعات...