Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Mart 2015

İmam Xomeyni (r) Həzrət Zəhra (s.ə) haqqında

"Həzrət Fatimə (s.ə) atasından sonra 75 gün yaşadı. Hüzn və sıxıntı ona qələbə çalmışdı"
Mən Həzrət Zəhra (s.ə) haqqında söz danışmaqda acizəm. Yalnız "Kafi" kitabında mötəbər sənədlə nəql edilmiş bir hədislə kifayətlənirəm; İmam Sadiq (ə) buyurub: "Həzrət Fatimə (s.ə) atasından sonra 75 gün yaşadı. Hüzn və sıxıntı ona qələbə çalmışdı. Cəbrail Əmin mələk onun hüzuruna gəlir və ona başsağlığı verirdi. Gələcək hadisələrdən xəbər verirdi".(1) Hədisin zahirindən məlum olur ki, bu 75 gündə arada "muravidə" olmuşdur. Yəni, Cəbrailin get-gəli çox olmuşdur. Fikrimcə, böyük peyğəmbərlərdən ilk təbəqəsindən başqası üçün belə bir hadisə qeydə alınmayıb ki, 75 gün ərzində Cəbrail Əmin get-gəl etsin, gələcəyin xəbərlərini, onun övladlarının başına gələcək hadisələri xəbər versin. İmam Əli (ə) də bunları yazırdı. Necə ki, Allah Rəsuluna gələn vəhylərin katibi idi.
Cəbrailin yerə enişi sadə məsələ deyil. Belə təsəvvür edilməsin ki, Cəbrail hər şəxsə nazil olur və ya nazil olmağa imkanı var. Bu məsələnin Cəbrailin nazil olacağı şəxsin ruhunun qüdrətilə ən əzəmətli ruh sayılan Cəbrailin məqamı ilə də bağlılığı var. İstər biz qəbul edək ki, Cəbrailin nazil olması bu İlahi övliyanın əzəmətli ruhunun qüdrətilədir yaxud da peyğəmbərin vasitəsilə. Belə ki, o Cəbraili endirir, onu aşağı mərtəbəyə gətirir. Yaxud da deməliyik ki, Allah-taala onu onu məmur edir və ona deyir ki, get və bu məsələləri de. Hətta, imamlar haqqında da görməmişəm ki, Cəbrail belə ardıcıl şəkildə onlara nazil olsun. Belə ki, bu 75 gün ərzində Cəbrail ardıcıl olaraq Həzrət Zəhraya (s.ə) nazil olurdu və gələcək məsələlərdən xəbər verirdi.
Mən bu şərafət və fəziləti Həzrət Zəhra (s.ə) üçün zikr edilmiş bütün fəzilətlərdən üstün sayıram. Belə ki, bu məsələ ancaq peyğəmbərlər (ə), özü də peyğəmbərlərin üstün məqama malik olanları üçün və onlarla bir dərəcədə olan bəzi İlahi övliyalardan başqa bir şəxs üçün baş verməyib.


("Usul əl-kafi", c.2, s.355; çıxış: 11.12.1364 hicri-şəmsi)

Nur-az.com


1679 بازدید
در حال ارسال اطلاعات...