Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Mart 2015

İsrail əsas düşməndir!

Rusiyadan, Şərqi Avropadan, ABŞ-dan, müsəlman ölkələrindən və bizim öz İranımızdan bir neçə milyon yəhudini aparıb bir yerdə yerləşdiriblər və adını xalq qoyublar
Əlbəttə, düşmən yalnız ABŞ deyil, İsrail də əsas düşməndir. Bunun da xüsusi səbəbləri var. Mənim dəfələrlə dediyim kimi, İsrail qondarma bir varlıq, yalançı bir xalqdır. Rusiyadan, Şərqi Avropadan, ABŞ-dan, müsəlman ölkələrindən və bizim öz İranımızdan bir neçə milyon yəhudini aparıb bir yerdə yerləşdiriblər və adını xalq qoyublar. Onlar xalq deyillər, hər biri bir xalqdandırlar. Əgər Allahın köməyi ilə sionizm dövləti dağılsa, - o gün şübhəsiz, qarşıdadır, zamanını isə deyə bilmərəm - o zaman siz gənclər bu gün İsraildə olan bu əhalinin əksəriyyətinin öz bölgələrinə dönəcəklərini mütləq görəcəksiniz. Biz isə görə də bilərik, görməyə də. İsrail barədə də məsələ daha aydındır. Baxın, mənim əzizlərim! Fələstinlilərin oyanış hərəkatı və işğalçı dövlətlə mübarizə bu gün elə bir həddə çatıb ki, onu bu asanlıqla məğlub etmək olmaz. Ərəfat kimi bir şəxsə bağlı məsələ deyil ki, gedib onu ya yorsunlar, ya alsınlar. Xeyr, Fələstin hərəkatı xalqın və mömin gənclərin əlinə keçmişdir. Livanın cənubunda məğlubiyyət, sonra Kemp-Devid-2 sülh müzakirələrinin məğlubiyyəti, fələstinli və livanlı gənclərin güclü və imanlı fəaliyyətinin İsrail üzərində qələbələri gələcəkdə də davam edəcək. Antisionist hərəkat qarmağı Orta Şərqin bu köpək balığının ağzına ilişdi və indi bir iş görə bilmirlər. Bu qarmaq balığın ağzının içərisinə düşdükdə, balıq necə hərəkət etsə, qarmaq ona daha artıq ilişəcək. Nə iş görsələr, vurulacaqlar: mülayimlik göstərsələr, bir cür vurulacaqlar; sərtlik və şiddət göstərsələr, bir cür; sülh müzakirələrini izləsələr, bir cür vurulacaqlar, saxlayıb dondursalar, başqa cür. Qarmaq ilişmişdir. Onlar təhlükə altında, İslam Respublikası isə möhkəmdir.

Ayətullah Xamenei

Vilayet.nur-az.com


1056 بازدید