Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Mart 2015

Quran Fatimə (s) ismətinin sənədi

«Xudaya, bunlar mənim Əhli-beytimdir. Onlar haqqında vədə vermisən. Onlardan çirkinliyi uzaq et, onları paklandır»
Qurani-məcid qadınlar arasında Fatiməni məsum bilir. Fatimə (s) ömür boyu günah etməyən bir şəxsdir. O, əsrlər boyu bütün insanlara, xüsusilə qadınlara nümunə olmuşdur. Allah-təala mübarək «Təthir» ayəsi ilə bəşəriyyətin əlinə Əhli-beytin ismətini təsdiq edən sənəd vermişdir: «Siz ey [peyğəmbərin] ev əhli! Allah sizdən çirkinliyi yox etmək, sizi paklamaq istəyir». («Əhzab» surəsi, ayə 33.) Allah hər növ çirkinliyi Peyğəmbər (s) ailəsindən dəf etmək iradəsindədir.
Şərif ayə Əhli-beyti bütün nöqsanlardan pak bilir. Bu ailə inayət, yardımla çirkinlikdən uzaqdır. İsmət yolu hamı üçün açıq olsa da, sübhan və agah olan Allah Əhli-beytin qəti şəkildə ismət əhli old