Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Mart 2015

Quran Fatimə (s) ismətinin sənədi

«Xudaya, bunlar mənim Əhli-beytimdir. Onlar haqqında vədə vermisən. Onlardan çirkinliyi uzaq et, onları paklandır»
Qurani-məcid qadınlar arasında Fatiməni məsum bilir. Fatimə (s) ömür boyu günah etməyən bir şəxsdir. O, əsrlər boyu bütün insanlara, xüsusilə qadınlara nümunə olmuşdur. Allah-təala mübarək «Təthir» ayəsi ilə bəşəriyyətin əlinə Əhli-beytin ismətini təsdiq edən sənəd vermişdir: «Siz ey [peyğəmbərin] ev əhli! Allah sizdən çirkinliyi yox etmək, sizi paklamaq istəyir». («Əhzab» surəsi, ayə 33.) Allah hər növ çirkinliyi Peyğəmbər (s) ailəsindən dəf etmək iradəsindədir.
Şərif ayə Əhli-beyti bütün nöqsanlardan pak bilir. Bu ailə inayət, yardımla çirkinlikdən uzaqdır. İsmət yolu hamı üçün açıq olsa da, sübhan və agah olan Allah Əhli-beytin qəti şəkildə ismət əhli olduğunu imzalayır. Bu fəzilət ev əhli və səhabələrdən kimsəyə aid deyildir. Çünki nəql edilmiş şiə və sünni rəvayətlərinə görə hətta xalq arasında Əhli-beytdən hesab edilənlər də bu məqamda deyillər. Ayə əli, Fatimə və onların övladlarına şamil edilir. Xalq arasında Peyğəmbər (s) ailəsi hesab olunan zövcələr də rəvayətlərə əsasən ayədə nəzərdə tutulmayıb. Bir neçə rəvayəti yada salırıq.

Rəvayətlər və Fatimənin (s) isməti

İmam Baqir (ə) buyurur: «Peyğəmbər, əli, Fatimə, Həsən və Hüseyn (s) haqqında təthir ayəsi Ümmü-Sələmənin evində nazil oldu». Ayə nazil olanda həzrət Peyğəmbər (s) əli, Fatimə, Həsən və Hüseyni bir örtük altına alıb buyurdu: «Xudaya, bunlar mənim Əhli-beytimdir. Onlar haqqında vədə vermisən. Onlardan çirkinliyi uzaq et, onları paklandır».
O vaxt Ümmül-sələmə ərz etdi ki, ya Rəsuləllah, mən də onlarlayam? Həzrət buyurdu: «Sənə müjdə verirəm ki, xeyr və səadətdəsən». Diqqət edin, ürfən el gözündə Əhli-beytdən olan qadın əslində onlardan deyil. Aydın olur ki, bu xüsusi məqama hər kəsdə ləyaqət yoxdur.
Bəzi rəvayətlərdə nəql olunub: Ümmi-sələmə onlara qatılmaq istəyəndə həzrət Peyğəmbər (s) onda bu ləyaqətin olmadığını anlatdı. Demək, bu ayədə yalnız xüsusi adamlar nəzərdə tutulurlar: əli, Fatimə, Həsən, Hüseyn və onların doqquz övladı (s).

Sünni əhlindən bir-neçə rəvayət:
Süyutidən iki yönümdə müxtəlif rəvayətlər nəql olunub. Bir qurup rəvayətə görə bu ayə beş nəfərə aiddir və peyğəmbərin zövcələrinə də şamil olunmur. Rəvayətlərə görə həzrət Peyğəmbər (s) onlara qatılmaq istəyən Ümmül-sələməyə icazə verməmişdir. O da nəql edir ki, paklanma-təthir Əhli-beyt ismətinə aiddir.
Maraqlı budur ki, həzrət Peyğəmbər (s) bu məsələyə o qədər əhəmiyyət verməmişdir ki, bu ayə nazil olduqdan sonra altı ay ardıcıl sübhlər Fatimənin evinə gəlmiş, ayəni oxuyub, geri qayıtmışdır.

Nur-az.com


1279 بازدید
در حال ارسال اطلاعات...