Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Dekabr 2013

Səma səbri

Bir gün İmam Həsən (ə) atla gedərkən Şamdan olan bir nəfər İmamı (ə) görüb dalbadal ona nalayiq sözlər deyir. İmam (ə) heç nə demir ki, şamlı nalayiq sözləri deməkdən çəkinsin.

İmam Həsən (ə) üzünü şamlı kişiyə tərəf tutub təbəssümlə salam verib buyurdu: Ey ağa, güman edirəm ki, qəribəsən və nəsə yanlışlıq olub. Əgər məndən səndən razı olmağımı istəsən razılıq verərəm, bir sual soruşsan cavab verərəm, ac olsan, yemək verərəm, geyimin olmasa, geyindirərəm və əgər ehtiyaclı olsan, ehtiyacsız edərəm.

Əgər qovulmusansa, sənə sığınacaq verərəm, əgər hacətin varsa, hacətini yerinə yetirərəm. Öz yükünü bizim evə yığ və qonağımız ol. Gedəndə sənin üçün yaxşı olar. Çünki bizim evimiz genişdir və yaxşı imkanatları var.

Şamlı kişi bu sözləri İmamdan (ə) eşidəndən sonra ağlayır və deyir: Şəhadət verirəm ki, sən Allahın yer üzündəki xəlifəsisən. Allah-Taala da yaxşı bilir ki, Öz xilafət və risalətini harda qərar verir.

Sizinlə görüşənə qədər sən və atan bizim ən qatı düşmənimiz olmusunuz. İndi isə siz mənim üçün ən sevimli insansınız. Beləliklə öz yükünü İmamın (ə) evində boşaldır. Mədinədə nə qədər qalırsa İmamın qonağı olur. O gündən Əhli-beyt (ə) aşiqi olur.

Nur-az.com
Dilimizə çevirdi: R. Hüseynov


1921 بازدید
در حال ارسال اطلاعات...