Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Mart 2015

Kamil ağılın əlamətləri - Həzrət Əlinin (ə) sözlərində

"Allah yanında olan zillət başqasının yanında olan izzətdən onun üçün daha sevimli olsun..."
Hişam ibn Həkəm İmam Musa ibn Cəfərdən (ə) geniş bir hədisdə rəvayət edir: İmam mənə belə buyurdu: “Ey Hişam! Əmirəlmöminin (ə) buyumuşdur: Allah-təala ağıldan uca heç bir şey ilə ibadət və pərəstiş olunmayıb və hər kimdə bu xüsusiyyətlər olmasa, onun ağlı tam və kamil olmaz: Onun küfr etməsindən və pisliyindən amanda olasan, onun düz və yaxşı yolda sabit olmasına ümidin ola, malının artığını hədiyyə edib bağışlasın, artıq söz danışmasın, dünyadan apardığı bəhrə yediyi qida olsun, ömrü boyu elmdən doymasın, Allah yanında olan zillət başqasının yanında olan izzətdən onun üçün daha sevimli olsun, təvazökarlıq onun üçün şöhrətdən üstün olsu