Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Mart 2015

Gözdəymə rəvayətlərdə

Həsəd, paxıllıq şeytani bir xislətdir. İnsanda həsəd yaranmasının bir səbəbi onun imanının zəifliyidir.
Gözdəyməyə qarşı nə edim? (7)

Bir tərəfdən oğlanlarının çoxluğu, onların boy-buxunu, digər tərəfdən gözəllikləri diqqəti cəlb edirdi. Ayrı-ayrı qapılardan daxil olmaq göstərişində bir ehtiyat hiss olunur. Həzrəti Yaqub bu yolla övladlarını gözdəymədən qorumaq isdəyir. Bəzi təfsirçilər iddia edirlər ki, burada gözdəymə yox, onların qətli və ya həbsə alınması təhlükəsi nəzərdə tutulur. Amma əksər təfsirçilər burada həzrəti Yaqubun gözdəymədən ehtiyatlandığını deyirlər. Nəticə budur ki, gözdəymənin qarşısını almaq yollarından biri şəraitə uyğun rəftar etmək, diqqəti cəlb etməməkdir.
... Gözdəymə ilə bağlı araşdırılan ayələrdən biri “Fələq” surəsinin 5-ci ayəsidir. Ayədə buyurulur ki, ey peyğəmbər, de ki, həsəd aparanların şərrindən Allaha sığınıram, o zaman ki, onlar həsəd apararlar.
Bəzi təfsirçilər ayədə gözdəymənin nəzərdə tutulduğunu bildirirlər. Çünki həsəd aparan insan başqalarının əlində olan nemətin məhvini istəyirlər.
Həsəd, paxıllıq şeytani bir xislətdir. İnsanda həsəd yaranmasının bir səbəbi onun imanının zəifliyidir. Dində həsəd bəla sayılır. Rəvayətlərdən aydın olur ki, həsəd gözdəymədən fərqlənir. Bir çox insanlar həsəd aparsalar da, xain olsalar da onların gözündə mənfi təsir yoxdur. Amma səni sevən bir insanın həmin sevginin nəticəsində gözü zərər vura bilər. 

Gözdəymə rəvayətlərdə

Gözdəymə haqqında rəvayətlər çoxdur. Bu rəvayətlərdə gözdəymənin təsirlərindən danışılır. “Biharul-Ənvar”, digər rəvayət kitablarında gözdəymə haqqında rəvayətlər kifayət qədərdir. Həm sünni, həm də şiyə mənbələrində bu mövzuda rəvayətlər var. Həzrəti Peyğəmbər (ə) buyurur: “Həqiqətən gözdəymə doğrudur...” (Musnədi-Əhməd, c.1, s. 274) Həzrəti Əli (ə) “Nəhcül-bəlağə”də gözdəymənin həqiqət olduğunu buyurur. (“Nəhcül-bəlağə”, hikmət 400)
Peyğəmbərin belə buyurduğu rəvayət olunur: “Mənim ümmətimdən ölənlərin ölüm səbəbi qəza-qədərdən sonra gözdəymədir. (“Əl-Durrul Mənsur”, c. 6, s. 258)
Həzrət Peyğəmbər (ə) buyurur: “Gözdəymə həqiqətdir, kişini qəbirə, dəvəni qazana salar.” (“Biharul-Ənvar”, c. 63, səh. 26) Bir gün həzrət peyğəmbər Bəqi qəbiristanlığının yanından keçirdi. Həzrət buyurdu: “And olsun Allaha qəbiristənlıq əhlinin çoxu gözdəymədən dünyasını dəyişib.” (Təfsiri Minhəcus-Sadiqin”, c. 6, Səh. 391) Həzrətdən belə rəvayət olunur: “Gözdəymə təsirlidir.” (“Səhihi-Termezi”, Kitabul-Tibb bab 19)
Həzrət peyğəmbər buyurur: “Gözdəymə həqiqətdir, hətta dağların zirvəsini uçurar.” (“Musnədi-Əhməd”, c. 1, səh. 274)
Həzrət Əli (ə) buyurur: “Gözdəymə həqiqətdir, təbiətin əsrarəngiz güclərindən istifadə olunması doğrudur.” (“Nəhcül-Bəlağə”, hikmət 400) Nəticə bu olur ki, gözdəyməni təsdiqləyən rəvayətlər istər şiə, istər sünnə əhlinin mötəbər mənbələrində yer alıb. “Nəhcül-Bəlağə”, “Müsnədi-Əhməd”, “Səhihe-Buxari”, “Məkarimul-Əxlaq”, “Əl-Mustədrək” kimi mötəbər kitablarda gözdəymə hadisəsi təsdiqlənir. Bütün bu rəvayətlər mövzunu araşdırmaq istəyənlər üçün dəyərli mənbədir. Hadisənin həqiqəti sübuta yetdikdən sonra onu ciddi araşdırmağa dəyər. Bəli, gözdəymə xürafat deyil. İslam gözdəyməni təsdiqləyir. (Molla Sədra “Əl-Məbdə vəl Məad” kitabında yazır ki, bəzən insan ruhu kənara təsir qüvvəsinə malik ola bilər. Gözdəymə bu qəbildəndir.” (c. 1, s. 607) Bəzi hadisələr həqiqətdir, sadəcə insanlar bu həqiqətə xürafat qatıb. Mövzunu araşdıranların əsas işi həqiqəti xürafatdan ayırmaqdır.

Elm bu barədə nə deyir? 

Göz fiziki baxımdan çox mürəkkəb quruluşa malikdir. Göz üzərində elmi araşdırmalar nəinki gözdəymənin təsirini rədd etmir, hətta bəzi gözlərdə xüsusi maqnit qüvvəsinin olduğu bildirilir. Gözdə olan metafiziki qüvvə elm əhlinin diqqətini cəlb edib. Hazırda böyük elmi mərkəzlərdə tanınmış alimlər insan ruhunun malik olduğu enerjilər üzərində araşdırma aparır. Onlar inanırlar ki, insanda elə bir enerji var ki, nəinki bir əşyanı yerindən tərpədir, hətta lazer şüası kimi məhv etməyə qadirdir. Gözün dağıdıcı qüvvəsi insanın daxili enerjisindən asılıdır. Bu təsirlər xarici və daxili amillərlə bağlı güclənib zəifləyə bilər. Hipnotizm, telepatya kimi sahələr insan ruhunun gücündən danışır. Gözdəymə insan ruhunun malik olduğu enerjinin kiçik bir hissəsidir.
Maqnit enerjisində güc və dalğa uzunluğu meyarları var. Bu enerji və dalğa uzunluğunu artırmaq mümkündür. İnsan ruhunun belə imkanları var. Nəinki insanda, hətta heyvanda belə istedadlar mövcuddur. Onlar öz gözlərindən şüa buraxırlar. (“Təfsiri-Nümunə”, “Əl-Mizan”, “Nəsim”...)
Gözdəymə oradan başlayır ki, ətrafda nəsə insanın diqqətini cəlb edir, onun ruhunu təsirləndirir. Bu zaman ruhun həmin əşyaya mənfi enerji verməsi mümkündür. Ruhşünas, insanşünas alimlər insanda metafizik qüvvənin olduğunu təsdiqləyirlər. İnsanda bu günə qədər sonadək araşdırılmamış xüsusiyyətlər var. Bu xüsusiyyətlərdən biri onun əsnəməsidir. Biri qarşınızda əsnədiyi zaman sizdə ondan təsirlənmə olurmu? Diqqət yetirmisinizmi ki, bir şəxs əsnəyəndə onun yaxınlığındakı insanlardan da əsnəyənlər olur. Ətrafdakı insanların şadlığı, qəm-qüssəsi insan ruhuna təsir göstərir. İnsanın gözü, qulağı, bədən üzvləri sadəcə vasitədir. Enerji mənbəsi isə ruhdur.
Nəticə olaraq deyə bilərik ki, gözdəyməni inkar edənlər bütün hadisələri ağıl əsasında izah etməyə çalışanlardır. Amma onlar unudublar ki, insan ağılı metafizik hadisələrin izahında acizdir. Onlar kifayət qədər dəlil tapmadıqlarından həmin hadisəni inkar edirlər. Hansıki özləri də şahiddirlər ki, gözdəymə hadisəsi var.


1406 بازدید
در حال ارسال اطلاعات...