Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Mart 2015

Qunutda dünyasını dəyişən Ayətullah

Molla Möhsin Feyz Kaşaninin nəvələrindən olan Mirzə Məhəmməd Feyz Qummi Hicri Qəməri 1293-cü ildə müqəddəs Qum şəhərində dünyaya gəlib. O Qum elm hövzəsi və Tehranda müqəddimə dərslərini başa vurduqdan sonra Təhsilinin davamı üçün müqəddəs məkanlara üz tutub. Əllamə Seyid Məhəmməd Kazim Yəzdi Təbatəbai, Axund Molla Kazim Xorasani, Ağa Şeyx Fətullah İsfəhani, Seyid Məhəmməd Təqi Şirazinin elmindən bəhrələnib. Sonra Quma qayıdıb, hövzədə tədrislə məşğul olub. Feyziyyə mədrəsəsinin əsaslı təmirini həyata keçirib. Mirzə Məhəmməd Feyz Qummi Ayətullah Şeyx Əbdül-Kərim Hairi Yəzdinin dəvəti ilə Quma gələn alimlərdəndir. O bu dəvətlə Ərakdan Quma mühacirət edir. Alim Qum elm hövzəsinin təsisində mühüm rol oynayıb. Hövzə yaradıldıqdan sonra Ayətullah Hairi ilə birlikdə çalışıb. Bu Rəbbani alim Hicri-Şəmsi 1329-cu il İsfənd ayının 13-də 77 yaşında namaz halında dünyasını dəyişib. O qunutda “ilahi aminna bi fəzlik” duasını oxuduğu zaman ruhu ərşi-əlaya qalxıb. Alim Həzrət Məsumənin (s) civarında qızıl eyvanda dəfn olunub. Mirza Məhəmməd Feyz Qumminin dəyərli əsərləri qalıb. Kitabul-Feyz, Urvətul-Vusqa kitabına haşiyə, Mənasikil-Həcc, Vəsilətun-nicat kitabına haşiyə, mərhum Seyid Bəhrul-Ulumun Mənzuməsinə şərh, Zəxirətul-İbad və başqa əsərlər bu qəbildəndir.
Bir şəxs Ayətullah Feyzə saat bağışladı. Ayətullah sonradan saatı köməkçisinə verib dedi: “Bu saatı bazara apar qiymətini öyrən”. Soruşdular ki, hədiyyə verilmiş saatın qiymətini nə üçün öyrənirsiniz? Ayətullah buyurdu: “Mən onun dəyərini bilməliyəm ki, onu bağışlayana necə təşəkkür edəcəyimi bilim.
Ayətullah Feyzin olduğu məclislərdən birinə daxil olan alim boş yerlərdən birində əyləşdi. Ayətullah Feyz halsız olmasına baxmayaraq o alim daxil olarkən ayağa qalxıb ona ehtiram göstərdi. Yaxınlığında oturan bir şəxs ondan soruşdu ki, sizin halınız yaxşı deyil, məclisə daxil olan şəxs də sizi görmürdü, nə üçün özünüzü zəhmətə salıb ayağa qalxdınız? Ayətullah Feyz buyurur: “O da görməsə xalq görürdü. Mən öz əxlaqi vəzifəmə əməl etməliyəm.” Qumun İmam məscidində adətən günorta namazını həm Ayətullah Feyz, həm də Ayətullah Üzma Mirzə Əbulqasim Kəbir Qummi camaatla qılırdı. Onlardan hansı tez gəlsəydi öndə dayanardı. Gec gələn alim camahatla birlikdə iktida edərdi. Bu münasibət hər iki alimin böyük təvazö və təqva sahibi olduğunu göstərir.
Ayətullah Feyz ictimai işlərə böyük əhəmiyyət verirdi. Alimlərlə, iş sahibləri ilə xoş münasibətdə idi. Ayətullah Seyid Kaşani həbsdən və sürgündən azad olunduğu zaman öz yaxınları ilə onun görüşünə getdi. Ayətullah Kaşanini yolda qarşılayıb böyük hörmətlə Quma qədər müşayiət etdi.
Ayətullah Hairinin Quma gəldiyi ilk günlərdə Ayətullah Feyz onu evinə qonaq apardı. Cənab Hairiyə hörmət əlaməti olaraq Qum alimlərini, vaizlərinidə dəvət etdi. Həmin məclisdə Ayətullah Feyzin yaxınlarından olan Ayətullah Şeyx Məhəmməd Reza Savəci Ayətullah Hairiyə müraciətlə dedi: “Quma gəlməkdə məqsədiniz nədir?” Cənab Hairi cavab verdi: Siz Quma nə məqsədlə gəlmisiniz? Cənab Savəci cavab verdi ki, mən ziyarət üçün gəlmişəm. Ayətullah Hairi də bu məqsədlə gəldiyini söylədi.
Cənab Savəci deyir: Bu Qumlular İmam Rizanın zamanındakı qumlulardır? Dibər Xuzayi (Əhli-beyt şairi) İmam Rzadan (ə) libas hədiyyə almışdı. O Quma gələndə Qumlular böyük israrla həmin libası yüksək qiymətə almaq istədilər. Amma Xüzayi libası satmadı. Amma Qumun özündən diyən adamları Xüzayi Qum darvazasından çıxanda libası zorla ondan aldılar. Vəziyyətin belə olduğunu görən Xüzayi libasın bir hissəsini min dinara satmağa razılıq verdi. Qalan hissəni özü üçün saxladı. Cənab Hayiri bu sözləri eşidib soruşur: “Dibəldəki imamın libasının mənə nə aidiyyati var?” Cənab Savəci deyir: “Sizdə də imam elmi var.” Əgər qumlular Dibəldən İmamın libasını aldılarsa, sizdə də imamın elmi var, nə qiymətə olsa bu elmi alıb saxlayacaqlar.
Ayətullah Feyzin evində gedən bu söhbət zahirən bir zarafat olsa da söhbətin arxasında bir ciddilik də vardı. Cənab Savəci bu sözlərlə Ayətullah Hairiyə demək istəyirdi ki, bu qumlular həmin qumluların nəslindəndir, Peyğəmbər ailəsi (s) və alimlərə məhəbbətləri var, sizi himayə edərlər, buna görə də Qumda qalın.
Bu müzakirələri nəql edən şəxs Qumda Əhli-beyt (ə) və alimlərə olan sevgini göstərmək istəyir. Hər halda Qum əhlinin məhəbbəti bais oldu ki, Ayətullah Hairi Qumda qaldı və elm hövzəsini təsis etdi.
Ayətullah Feyz Mirza Şirazinin dərsləri ilə bağlı deyir: “Mən mərhum Mirzayi Şirazinin Samirrada dərslərində daha çox əxlaq əldə etmək üçün iştirak edirdim. Ayətullah Hairi Quma gələndən sonar Ayətullah Feyz Balasər məscidində və Xanım Məsumənin (s) hərəmində imam-camaatlığı onun ixtiyarına verir. Bir ay sonra Ayətullah Hairi Ayətullah Feyzin namazını yerində saxlamaq üçün Ətiq səhnəsinə keçir. Cənab Feyzdən istəyir ki, əvvəlki yerlərdə imamlıq etsin. Ayətullah Feyz deyir ki, mən sizə hörmət olaraq hərəmdə camaat namazı qılmaram.
Ayətullah Feyz şəmsi 1329-cu ildə dünyasını dəyişib. Onun dəfnində 80000 insanın iştirak etdiyi söylənilir. Ayətullah Bürucerdi Xanım Məsumənin (s) hərəmində ona cənazə namazı qılıb. Sonradan alimin cəsədi Qızıl Eyvanın qarşısında, hərəmdə dəfn olunub.

Vilayet.nur-az.com


1566 بازدید