Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Mart 2015

Ayətullah Behcətdən qısa əxlaqi tövsiyələr

Daim Qurana baxmaq, davamlı olaraq Qurana baxmaq göz ağrısının dərmanıdır
Kafirlərlə eyni formada olmaq, onlara qatışmaq kafirlərin müsəlmanlar üzərində hökmranlıq etmələrini, qələbə çalmalarını asanlaşdırır. (“Behcətin hüzurunda”, 1,32)

Əgər laqeyid olsaq, iman əhlinin düçar olduğu çətinliklərin, bəlaların aradan qalxması üçün dua etməsək, həmin bəlalar bizə də yaxınlaşacaq. (Həmin mənbə 1.97)

İmamlarımız bizi nur içində qərq olmuş görmək üçün dualar ixtiyarımızda qoyublar. (Həmin mənbə 1,189)
Ailə mühitinin qaynar, səfalı və səmimi olmağını istəsək, səbirli, istiqamətli olmalı, güzəşt etməli və mehriban davranmalıyıq. Belə etsək ailə mühiti isti və nurani olar.(Həmin mənbə, 1, 300)

Biz gərək səhvlər və xətalarımız üçün bəhanə qapısını öz üzümüzə bağlayaq, hər bir səhvimiz üçün istiğfar edək və əgər səhvləri düzəltmək mümkün olsa, onları düzəldək. (Həmin mənbə)

Allah eləməsin ki, haram insan üçün gözəl görsənsin. Bu bir növ qəlb xəstəliyidir ki, insan ona düçar olur. Ehtiyacını ödəmək üçün halal yollar olmasına baxmayaraq özünü harama düçar edir! (Həmin mənbə, 1, 298)

Yemək, içmək zamanı haramdan çəkinməsək vay halımıza! Çünki elmin, imanın, yaxud küfrün mənbəsi, mənşəsi həmin qidalardır! (Həmin mənbə, 1, 237)

Əgər dua baxımından bir yerə çatmaq istəyirsinizsə, həmişə belə deyin: Allaha təsliməm, hər nə istəsə onu etsin, öz bəndəlik vəzifəmizə əməl etmək fikrindəyik. (Həmin mənbə, 1, 341)

Heç şübhəsiz əgər insan uyğun məsələyə riayət edə bilsə bu ona kifayət edər və bütün çətin riyazətlərdən (nəfslə mübarizə üçün məşəqqətli əməllər) ala biləcəyi nəticəni alar. Məsələ bundan ibarətdir: İnsan özünü Allahın hüzurunda görsün, bütün hallarda Allahın ondan xəbərdar olduğunu bilsin və Allahın hər yerdə olduğunu, onun bütün işlərinə və hallarına nəzər saldığını unutmasın. (Həmin mənbə, 1,354)

Bütün dünyanı idarə etmək üçün insanın ağıllı, mömin və dinə bağlı oıması kifayət edər. Dindarlıq və ağıl yer kürəsini idarə etmək üçün kifayət edər. (Həmin mənbə, 2, 43)

“Qəlbimi öz eşqinin divanəsi et, öz eşqinlə doldur” ifadəsi xudbinliyi inkar edir və bu insanın pərvanə olması, nura çatması və nura çevrilməsidir. Allahdan istəyək ki, Onun cəzb etməsi ilə özümüzü unudaq, özümüzdən ayrılaq, özsüz olaq ki, özümüzü əzəməti qarşısında itirək. (Həmin mənbə, 2, 121) 

Doğru danışmaq doğru yuxular görmək və ruhun səfalı olması üçün çox təsirlidir. (Həmin mənbə, 2,158)
Kamillik, Allahla görüş, "liqaullah" qapısı açıqdır. Bəndəlik yolu ilə əldə olunan bu məqamlardan məhrum olmaq heyf deyilmi?! (Həmin mənbə, 2,190)

Şübhəli yeməklər yemək, həmçinin haramdan çəkinməyən şəxsin yeməyini yemək şəri baxımdan icazəli olsa belə, insanı xəstəliyə düçar edir, ibadətdən məhrum edir və yaxud tövfiqlərin kəsilməsinə səbəb olur. (Həmin mənbə, 2,246)

Allahı unutmağımıza səbəb olan amilləri özümüz yaradırıq. Mühasibə (nəfsi hesaba çəkmək) və müraqibə (davranışlara, rəftarlara, niyyətlərə nəzarət etmək) nəticəsində işdəki nöqsan aşar olur. (Həmin mənbə, 2,364) 

Mənəviyyatdan və İlahi idrakdan bəhrələnmiş şəxsin iksirə nə ehtiyacı?! Allahı tanımaqdan daha üstün nə iksir ola bilər?! (Həmin mənbə, 2,359)

İnsan Quran və sünnəyə bağlanmadan hər hansı bir yola qədəm qoysa günbəgün tənəzzül edəcək. (Həmin mənbə, 2, 361)

İnsan hər gün müəyyənləşdirməlidir ki, haqq əhlidir, yoxsa batil, haqqa ardıcıllıq edir? yoxsa batilə? (Həmin mənbə, 2,362) 

Allah etsin ki, öz halımıza uyğun işi müəyyənləşdirək, onda sabit qədəm olaq, hər gün yeni fikrə düşməyək və hər an bir rəngə boyanmayaq! (Həmin mənbə, 2,395)

Öz fikrimizdə olaq, özümüzü islah edək. Özümüzə vaxt ayırmasaq, özümüzü islah etməsək, başqalarını islah edə bilmərik. (Həmin mənbə, 2,427)

Gərək hər bir şəxs gün ərzində öz vaxtının bir hissəsini dini elmləri öyrənməyə sərf etsin. Hətta bir saat olsa belə. (“Feyzi əz vəraye sükut”, 156)

Bəlalar, imtahanlar yəqinə çatmağımız üçündür. (“ Nöqtehaye-nab”, 275)

Allahın onu gördüyünü və eşitdiyini bilən şəxs günah edə bilməz. Bütün azğınlıqlarımızın səbəbi budu ki, Allahın nəzarət etdiyini və şahid olduğunu bilmirik. (Həmin mənbə)

Gərək hədislərə vaxt ayıraq və onları mütaliə edək. Çünki şəfa bunlardadır. (Həmin mənbə, 91)

Hər gün “Vəsailüş-şiə” kitabının “Cihadun-nəfs” bölməsindən bir rəvayət mütaliə edin. Çox aşkar görünən məsələlərində düşünün. Daha sonra bir il ərzində dəyişdiyinizi görəcəksiniz! (Həmin mənbə, 143)

Bəziləri elə güman edirlər ki, biz günahdan çəkinməyi arxada qoymuşuq. Bundan xəbərsizdirlər ki, günah böyük günahlarla məhdudlaşmır. Əksinə davamlı olaraq kiçik günahları yerinə yetirmək də kəbirə, böyük günahlardandır. (“Be suye-məhbub”, 34)

Unutmayaq ki, heç bir zikr əməldə zikrdən üstün deyil. Ən böyük əməli zikr isə əqidə və əməldə günahı tərk etməkdir. (Həmin mənbə, 40 )

Unutmayaq ki, əlacımız bütün mərhələlərdə nəfsimizi islah etmək, düzəltməkdir. Buna hər zaman ehtiyaclı olacağıq və bunsuz işimiz tamamlanmayacaq. (Həmin mənbə, 104)

Allah bilir ki, insanın hansısa bir ölmüş şəxsə hədiyyə etdiyi bir salavatda hansı mənəviyyat, hansı surət və hansı həqiqət var?! (Həmin mənbə, 114) 

İnsan daim zikr halında olmalıdır. Daim zikr halında olan şəxs daim özünü Allahın yanında görür və hər an Allahla danışır. (“Bərgi əz dəftəre aftab”, 144)

Əgər günah zamanı nəfsimizin qarşısını almasaq, bu Allah ayələrini inkar edib, ələ salmağımızla nəticələnəcək, yaxud işimiz o yerə çatacaq ki, Allahın rəhmətindən naümid olacağıq! (“Dər məhzəre behcət”, 1, 193)

İbadətlər zamanı bizdən dağ yarmaq istənilməyib. Ən çətini gecə namazıdır ki, əslində yuxu vaxtının dəyişilməsi ilə həyata keçir. Yuxusuzluq tələb etmir. Əksinə yarım saat tez yat, yarım saat tez dur və gecə namazını qıl! (Həmin mənbə, 2, 170)

Həzrət Yusifin (ə) əhvalatında belə deyilir: “Uxruc ələyhinnə”, onlar üçün xaric ol. Yalnız bir görüş idi və Həzrəti Yusifin gözəlliyini gördükdən sonra əllərini kəsdilər, öz ixtiyarlarını əldən verdilər! Odur ki, necə ola bilər ki, daha güclü kəşfə malik şühud, müşahidə əhli mütləq gözəlliyi və kamilliyi müşahidə etdikdən sonra Ondan başqa hər bir şeyə arxa çevirməsinlər?! (Həmin mənbə, 2, 176) 

İnsanlar olub ki, günah yaxud səhv etdikdə, yaxud pak olmayan bir yemək yedikdə, dərhal anlayırdılar və deyirdilər: Qaraldıq, hicab yarandı. (Həmin mənbə, 2, 426)

Günahdan çəkinmək insan üçün heç zaman mələkə (insanda kök atmış xüsusiyyət, insanın qeyri-ixtiyari olaraq gördüyü, adət etdiyi, öyrəşdiyi iş) olmur. Günahdan çəkinmək üçün insan daim nəfsinə nəzarət etməli, Allahı unutmamalı, bütün hallarda, bütün zaman və məkanlarda, insanların arasında və təklikdə Allahı xatırlamalıdır. (“Be suye məhbub”, 23)

Əməl ilə tövsiyə, moizə sözlə moizədən və tövsiyədən daha üstün və daha təsirlidir! (Həmin mənbə, 33)

Alladan istəyirik ki, İslamın və imanın dəyərli bayram günlərində bayramlıq olaraq bizə günahdan çəkinməkdə sabitqədəm olmağımız üçün tövfiq versin. Bu dünya və axirət səadətinin açarıdır! (Həmin mənbə, 35)

Hər kəs bildiyinə əməl etsə, Allah bilmədiklərini ona öyrədər! (Həmin mənbə, 46) 

Gecə namazı tövfiqlərin, müvəffəqiyyətlərin açarıdır. (Həmin mənbə, 79)

Biz gərək əqidə və əməllərimizdə, istər şəxsi, istər ictimai əməllərimizdə, ibadətlərimizdə bir an olsun belə Allahın razılığını qazanmaq fikrini unutmayaq. Bu məsələyə tam ciddi yanaşmalıyıq, əgər ciddi yanaşmasaq həmin an ziyan etmiş ola