Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Dekabr 2013

İman və eşq

İman

Nəmrud qızı ilə oturub həzrət İbrahimin (ə) yanmasına baxırdılar. Nəmrudun qızı ayağa qalxıb ayaq üstə dayandı ki, hadisəni yaxşı görə bilsin. Həzrət İbrahimin (ə) odun arasında durduğunu, amma alovun ortasında gülüstan açıldığını görür.

Nəmrudun qızı deyir: Ey İbrahim, bu nə haldır ki, alov səni yandırmır?

Həzrət İbrahim (ə) buyurur: “O dil ki, Allahı zikr etmiş ola, o ürək ki, Allahın mərifəti ilə dolu ola alovun ona təsiri olmaz.”

Nəmrudun qızı deyir: Mən də orada sənin yanında olmaq istəyirəm.

Həzrət İbrahim (ə) buyurdu: “La ilahə illəllah İbrahim xəlilullah” de alovun içinə daxil ol.”

Nəmrudun qızı o sözləri dedikdən sonra odun içinə girir. Sonra həzrət İbrahimin (ə) yanına gedir. Orada iman gətirir və atasının yanına salamat qayıdır.

Nəmrud bu hadisənin gördükdən sonra təəccüb edir. Bununla belə ölkəsinin qorxusundan qızını düşdüyü bu halına görə nəsihət edir. Amma Nəmrudun nəsihətləri qızına təsir etmir.

Nəmrud əmr edir ki, qızını yandırıcı günəşin altında çarmıxa çəksinlər.

Allah-Taala Cəbrailə buyurur: “Bəndəmi xilas et.”

Cəbrail Nəmrudun qızını o çətinlikdən xilas edir və həzrət İbrahimin (ə) yanına aparır.

Rəziyə bütün çətinliklərə baxmayaraq, həzrət İbrahimin (ə) yanında o qədər qalır ki, o həzrət onu övladlarından biri ilə evləndirir. Allah-Taala da onlara nübuvvət silsiləsindən olan peyğəmbər övladlar əta edir.



Eşq nədir?

Bir çoxları öz həddində bu kəlmə ilə tanışdır.

Eşq elə bir kələmədir ki, bir çoxları onu bir mövzuya və ya bir nəfərə bəslədiyini deyir. Amma eyni zamanda eşqin həqiqi məna və məfhumunu dərk etməyib.

Həqiqətdə, eşq nədir?

Yaxud da, görəsən bizim ona ehtiyacımız var, ya yox? Eşqə ehtiyacımız var, ya bizə başağrısıdır? Yaxşıdır, yoxsa pis?

Bu kəlmənin şərhi müxtəlif insanların tərz-təfəkkürünə görə fərqlidir. Bu kəlmənin həqiqi mənası o zaman aydın olacaq ki, baxaq görək eşqdən dəm vuran varlıq nədir?

Bəli, biz insanlarıq ki, eşqdən dəm vururuq.

Görəsən insan kimdir ki, Allah-Taala bütün əzəməti ilə onu qiymətləndirir?

Əgər məzhəbi bir insandan soruşsan, cavabı bu olacaq: Eşq, yalnız Hüseyn.

Əgər yeniyetmə və ya cavandan soruşsan cavab verər: Eşq, yalnız dost…

Tanınmış və ya institut tələbələri: Eşq, yalnız seminar, məqalə, təhqiqat və qiymət.

Varlı insan: Eşq, yalnız pul və mal-dövlət.

Siyasətçilər: Eşq, yalnız güc eşqi.

İdmançı, aktyor və ruhanilər və s.

Görəsən eşqin mənası insanların təfəkkür və təbiətində bu qədər problem yaradıb?

Ya da ki, bu ilahi hədiyyə sabit deyil?!


Nur-az.com
Dilimizə çevirdi: R. Hüseynov


1780 بازدید
در حال ارسال اطلاعات...