Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Mart 2015

General Qasim Süleymani lazım olan vaxtadək İraqda qalacaq!

General Qasim Süleymaninin terrorist qruplarla mübarizədə və İŞİD-in Bağdada girişinin qarşısının alınmasında rolu böyükdür
İraqın “Bədr!” diviziyasının komandiri Hadi əl-Amiri bildirib ki, İranın “Qüds” briqadasının komandiri Qasim Süleymani lazım olan müddətədək ölkəni tərk etməyəcək. Halbuki bu məlumat Qasim Süleymaninin nəzarəti altında Səlahəddin vilayətinin mərkəzi Tikritin azadlığı uğrunda dövlət qoşunları, din və məzhəbindən asılı olmayaraq könüllü xalq qüvvələrinin birgə yürüşündən üç həftə sonra yayılıb.
İndiyədək Tikrit tamamilə ordunun ixtiyarına keçsə də, şəhər minalandığından, hələlik, daxilə girişin sürəti ləngiyir.

Amiri deyib ki, hal-hazırda Qasim Süleymaninin hərbi müşavirələrinə ehtiyac var və burada lazım olan vaxtadək qalacaq. Həqiqətdə onun terrorist qruplarla mübarizədə və İŞİD-in Bağdada girişinin qarşısının alınmasında rolu böyükdür.

Hadi əl-Amiri onu da qeyd edib ki, daxildə bəziləri hələ də, İraqın İŞİD-lə mübarizədə koalisiyanın hərbi hava qüvvələrinə ehtiyacı olduğunu düşünsə də, doğrusu, bizim onlara heç bir ehtiyacımız yoxdur.

Nur-az.com


1361 بازدید