Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Mart 2015

"Yeni Musavat" bu hallara düşəcək qəzetmiydi?

Öncədən deyim ki, uzun müddət sonra internet saytlarına daxil olarkən "Yeni Musavat" qəzetinin saytına daxil oldum. Düzünü deyim ki, uzun müddət idi ki, müxalifət mətbuatı sayılan "Azadlıq" və "Yeni Musavat" qəzetlərinin rəsmi saytına baş vurmurdum. Yəni bu saytlar işdən-gücdən ayrılanda nəzər yetirmək üçün daxil olduğum saytlar sırasında deyil. Səbəb isə çox sadədir: Qabaqlar saytlar iki hissəyə bölünür: dini və dünyəvi. Yəni sırf dini məqalə dərc edən və dini məarifləndirmə ilə məşğul olan saytlar və qeyri-dini saytlar. Dini saytlardan dini xəbər və məqalələr oxuduqdan sonra ehtiyac hiss olunurdu ki, dünyavi saytlara nəzər yetirib qeyri-dini nəsə oxuyasan. Amma son zamanlar elə dini saytlarların özündə də dünyəvi xəbərlərə, dünya və ölkə gündəmini zəbt edən hadisələrə rast gəlmək olur. Yəni "Azadlıq" və "Yeni Musavat" saytlarını oxumasam da olar. Üstəlik, facebook sosial şəbəkəsində paylaşılan rəngarəng məqalə və xəbərləri də rahatlıqla oxumaq olur. (Əslində adı çəkilən qəzetlər heç nəşr olunmasa da olar, çünki rəsmi inter səhifələri mövcuddur. Amma interneti olmayan və istifadəsinə bələd olmayan insanlar köşklərdən çox tirajla satılan bu qəzetləri alıb oxusunlar deyə, qəzetin nəşri dayanmır)

"Yeni Musavat" qəzetində maraqla oxuduğum bir iki yazar var ki, onların məqalələri elə dini saytlarda da dərc olunur. Elə bu məqaləni qələmə almağımın səbəblərindən biri də Azər Rəşidoğlunun maraqla oxuduğum "Quş buraxan parlament" yazısını oxumağım oldu. Sonra digər məqalələrinə nəzər yetirmək üçün məqalələrinin ardıcıl dərc edildiyi "Yeni Musavat" qəzetinin rəsmi internet səhifəsinə daxil oldum. Daha sonra Həmid Herisçinin Əli Əkbərə verdiyi cavabdan bəhs edən bir məqaləni oxudum. (Açığını deyim ki, Həmid Herisçinin bəzi məqalələri də uzun-uzadı olmasına baxmayaraq maraqlı və dərdə dəyən məqalələrdir) Yazımın mövzusu da elə bundan ibarətdir. Bilərəkdən elə Həmid və Əli Əkbərin yazdığı kimi bu məqaləmin girişini dəxlisiz, özünü isə uzun - uzadı elədim.

Həmid Herisçi kifayət qədər tanınmış şəxsdir. Televiziya adamıdır. Özü yazır, hazırlayır, zəhmət çekib gedir orda-burda çəkir, düzür-qoşur və efirə verir. Onu ilk dəfə bir intellektual verilişdə müğənni Faiq Ağayevə intellekt yarışında məğlub olanda görmüşəm. Və o andan tanımağa başlamışam. Yazılarında bəzi sataşmalar, bilmədiyi məsələlərdən yazmalar da mövcuddur.

Əli Əkbərə gəldikdə isə bu adamı ilk dəfə efirdə söyüşlü bir kitabın müzakirəsi gedən vaxtı görmüşəm. Zənnimcə həmin kitab da onun idi. Postmodern adı ilə söyüş-təhqir, ateizmə münasib fikirlərlə gündəmə gələnlər siyahisində adı daha çox hallanır.

Həmid Herisçi öz cavab məqaləsində Əli Əkbərə "Mən əclafam" adlı şeir yazdırmasından və Əli Əkbəri məhşurlaşdırmasından yazıb. Herisçinin də Əli Əkbərin də məqalələrini oxudum, hətta Əli Əkbərin məqaləsinin mövzusu mütaliə çərçivəmin "razmerinə" uyğun gəlməsə də sonadək oxudum. Yazdığım bu məqaləni sonadək oxuyub qurtarandan sonra kimsə mənə sual verə bilər? Əgər müəlliflərin yazısından gileyin varsa, niyə sonadək oxumusan? Cavab: İstədim biləm ki, Əli Əkbər axırda nə demək istəyir. Və digər tərəfdən mənə görə mənasız olan bir yazının mənasız sonluqla bitməsi insanın bu yazıya olan fikrini daha da qüvvətləndirir. Əslində mənasız olan yazıdan daha çox mövqeydir. Axı deyən lazımdır ki, qardaş, sənin Həmidlə aranda məsələ varsa, bunu elə dostlarınla birlikdə elə məqalədə yazdığın kimi bir kababxanada (araqsız) kabab yeyə-yeyə müzakirə etmək daha uyğun olmazdımı? Sənin dostundan olan gileyini ifadə etdiyin məqaləni kimsə məcburdur oxumağa? Heç bu da məqalə mövzusudur? Məşhədi İbad demişkən, heç hənanın yeridir? (Niyə sırf Əli Əkbərədir sözüm? Çünki Hemid Herisçinin yazısı cavab yazısıdır.) Elə Həmid Herisçini də bir mənada qınamaq lazımdır. Gedin probleminizi aranızda həll edin. Axı sizin probleminiz məqalə yazmaq, qəzetdə dərc etmək üçün deyil. Budurmu sizin əqalə, köşə anlayışınız?Sonra kitablarınızın alınmamasından gileylənirsiniz. Axı belə yazıları oxumaq kimin nəyinə lazımdır? (Kimsə düşünməsin ki, bir neçə dəfə ekranda görünən ƏLi Əkbər haqda yazmaqla reklam olunmaq istəyirəm. Belə düşünənlər onda gərək ƏLi Əkbərin Həmid haqda yazmasını da belə yozsun.)

Bir dəfə yaxınlardan biri öz əzizinin məclisinə yaxşı, savadlı, imanlı bir molla gətirmək istədiyini mənə dedi. Əzizi isə Əli Əkbər kimi vuran bir kişi idi. Mənə təəccüblü gəldi ki, kişinin sağlığında bu cür savadlı mollalar gətirib onun hidayəti üçün çalışmadıqdan sonra, ölümündən sonra buna nə ehtyac var? Hər hansı molla olsa, gəlib "Fatihə verəcək", Yasin oxuyub çıxıb gedəcəkdir. Amma, bundan da qəribəsi Həmid Herisçinin etdiyidir. Əslində günah Herisçidə daha çoxdur. Çünki məqaləsində də yazdığı kimi çox böyük səhv edib mərhum anasının yas məclisində Əli Əkbəri kürsüyə, tribunaya, yəni molla stoluna dəvət edib. Herisçi kimi düşünənlər çoxdur, yas məclisinə sadəcə ənənəyə və ürfə (mentalitet) xatir molla çağırarlar. Dediklərini, oxuduqlarına etibar etmədikləri molla. Üstəlik Əli Əkbəri "mollalığa" dəvət etməklə mollaya etiqadsız olduqlarını təsdiqləyərlər (istəmədən də olsa). (Əslində bu iki insan dəyərlərə əsla sadiq deyil. Çünki öz sahələrində (yazıçılıq, televiziya) mollaların heç bir işə yaramadıqlarına etiqad etdikləri kimi, gərək anlayardılar ki, molla stoluna Əli Əkbərin əyləşməsi hətta mərhumun özünə ehtiramsızlıqdır, nəinki dinə.) Sən özünə hörmət etməsən, Əli Əkbərdən də hörmət görməyəcəksən!

Əli Əkbərin yazıs