Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Mart 2015

Həzrət Əli (ə) müharibə istəmirdi!

Təlhə və Zübeyrin Həzrət Əlidən (ə) tələblərindən biri də bu idi ki, hər işdə bizimlə məsləhətləş. İkinci tələbləri beytül-maldan başqalarından fərqli pay almaq istəyi idi
İslam tarixində üzücü səhifələrdən olan Cəməl savaşı ilə bağlı hələ də suallar aktualdır. Həzrət Əli (ə) bu müharibəni istəyirdimi? Həzrət Əli (ə) Cəməl müharibəsinin baş verməsini istəmirdi. Buna görə də Bəsrəyə daxil olandan sonra üç gün gözlədi, qiyamçılara məktub yazıb onları öz iddialarından əl çəkməyə çağırdı. Hicri-qəməri 36-cı il Cəmadiul-əvvəl ayının 10-u Bəsrədə müharibə baş verdi. Bu müharibədə nifaq özünü göstərirdi. Cəməl savaşı haqqın batildən seçildiyi bir savaş idi. Müharibə Həzrət Əli (ə) hakimiyyətə gələndən cəmi bir neçə ay sonra başladı. Əhdi pozmuş Təlhə və Zübeyrin başçılığı altında müsəlmanlar arasında ilk daxili müharibə baş verdi. Müharibənin baş vermə səbəblərini müəyyənləşdirmək üçün onu nəzərdən keçirmək lazım gəlir.
Təlhə Bəni-Təmim qəbiləsindən idi, birinci xəlifənin əmisi oğlu idi. Zübeyr isə Peyğəmbərin (s) zövcəsi Ayişənin bacısının əri idi. O həm də həzrət Əlinin (ə) bibisi oğlu idi. Həzrət Əli (ə) hakimiyyətə gələndən sonra ilahi ədaləti ortaya qoyduğu zaman, beytül-maldan hamıya bərabər pay ayıranda bu iş bəzilərini narazı saldı. Səhl ibn Hənif adlı şəxs Həzrətin (ə) yanına gəlib dedi: “Ey Əmirəlmöminin (ə), ötən gün azad etdiyim, bu gün azad olmuş qulumun payı mənim payımla eynidir.” Həzrət Əli (ə) onların hərəsinə üç dinar verdi. Bu hadisənin ardınca Təlhə, Zübeyr, Abdullah ibn Ömər, Səid ibn As, Mərvan ibn Həkəm və Qüreyşdən bir neçə nəfər beytül-maldan öz payını almaqdan imtina etdi. Onlar həzrət Əliyə (ə) qarşı gizli müxalifətə başladılar.
Təlhə və Zübeyrin Həzrət Əlidən (ə) tələblərindən biri də bu idi ki, hər işdə bizimlə məsləhətləş. İkinci tələbləri beytül-maldan başqalarından fərqli pay almaq istəyi idi. Həzrət Əli (ə) onların cavabında buyurdu: “Nə qədər ki, Allahın kitabında bir mövzu ilə bağlı hökm var məsləhətə ehtiyac yoxdur. Əgər kitab və sünnədə bir sualın cavabı olmasa sizinlə məsləhətləşərəm. Beytül-malın bərabər bölünməsi isə başqa məsələdir. Biz şahidik ki, Peyğəmbər (s) özü belə addım atıb. Allahın kitabında da belə göstəriş verilib.”
Sonra Təlhə və Zübeyr xəbərdarlığı sona çatdırmaq üçün həzrət Əlinin (ə) yanına gəlib ondan Bəsrə və Kufə hakimliyini istədilər. Həzrət Əli (ə) buyurdu: “Bu barədə fikirləşməliyəm.” Çünki həzrət Əli (ə) bu iki şəxsin ədalətlə hakimlik edəcəyinə əmin deyildi. Həzrətin (ə) qərar çxarmadığını görən Təlhə və Zübeyr ümrə məqsədi ilə Məkkəyə getmək üçün icazə istədilər. Həzrət (s) buyurdu: “Sizin ümrə məqsədiniz yoxdur.” Onlar and içdilər ki, məqsədləri ümrə yerinə yetirməkdir. And içdilər ki, əhdi pozmayacaqlar və Həzrətlə (ə) beyəti yenilədilər.
Təlhə və Zübeyr Mədinədən xaric olandan sonra kiminlə rastlaşdılarsa Həzrət Əliyə (ə) beyətdən imtina etdiklərini söylədilər. Dedilər ki, onlar məcbur qalıb beyət ediblər. Həzrət Əli (ə) onların bu sözlərini eşidib buyurdu: “And olsun Allaha, onların məqsədi ümrə deyildi. Onlar əhdi pozmaq fikirində idilər. Bundan sonra məni görməyəcəklər. Yalnız mənə qarşı çıxacaq qoşunda özlərini ölümə verəcəklər.”
Qiyamçılar Bəsrədə qismən hakimiyyətə sahib olduqdan sonra 50 nəfəri qətlə yetirib, beytül-malı dağıtdılar. Bəsrə hakimi Osman ibn Hənifi həbs etdilər, hakimin başını, qaşlarını qırxdılar, onu şəhərdən çıxardılar. Həzrət Əli (ə) Osmanı bu vəziyyətdə görüb ağladı. Həzrət (ə) heç bir halda bu müharibəni arzulamırdı. Buna görə də Bəsrəyə daxil olandan sonra qiyamçıları öz fikirindən daşındırmaq üçün üç gün gözlədi. Amma heç bir müsbət cavab almadı. Nəhayət Həzrət Əlinin (ə) qoşunu bu müharibədə qalib gəldi, Təlhə və Zübeyr eləcə də Kəb ibn Sur kimi sərkərdələr qətlə yetirildi.
Həzrət Əli (ə) Nəhcül-Bəlağənin 172-ci xütbəsində Cəməl savaşı haqqında buyurur: “Şəhərdən çıxdılar, Peyğəmbər (ə) hərimini özləri ilə o tərəf bu tərəfə çəkdilər. Sanki satılmaq üçün bir kəniz gəzdirirdilər.” Həzrətin (ə) sözlərindən aydın olur ki, Təlhə və Zübeyr Peyğəmbərin (s) zövcəsinin mövqeyindən istifadə etməyə çalışıb. Onu öz siyasi və dünyəvi məqsədlərinə çatmaq üçün vasitə ediblər.
Cəməl savaşının səbəbləri olaraq Əmirəlmömininin (ə) bəzi buyuruqlarını yada salaq:
Təlhə və Zübeyrin vəzifə istəyi: Həzrət Əli (ə) Nəhcül-bəlağənin 148-ci xütbəsində buyurur: “Təlhə və Zübeyr hər biri ümid edir ki, hakimiyyətə sahib olacaqlar.”
Əhdi pozmaq: Həzrət Əli (ə) müharibəyə hazırlıq bəyanatında hər iki şəxsi əhdi pozmaqda ittiham etdi.
Qədim kin-küdurət: Bunu inkar etmək olmaz ki, Təlhə və Zübeyrin qədimdən həzrət Əliyə (ə) qarşı kin-küdurəti vardı. Peyğəmbərin Əlini (ə) özünə qardaş adlandırması, onun ilk xəlifədən üstünlüyü, Peyğəmbər (s) məscidinə Əlinin (ə) qapısının açıq saxlanılması, Xeybər savaşında bayrağın Əliyə (ə) verilməsi Təlhə və Zübeyrdə qıcıq yaradırdı.
Təlhə və Zübeyr ümid edir ki, həzrət Əli (ə) hakimiyyətdən onlara pay verəcək. Amma bu istəklərinin heç biri həyata keçmədi. Bu iki şəxsin riyakarlığı müxalifətlərinin başqa bir səbəbi idi. Həzrət Əli (ə) öz buyuruqlarında buna işarə edir. Cəməl səhabələrinin Bəsrədə beytül-mala hücum etməsi, günahsız insanları öldürməsi onların İslam cəmiyyətində sabitliyi pozmaq istədiyini göstərir. Bu müharibəni qızışdırmaqda Təlhə və Zübeyrin başqa məqsədləri də var idi. Həzrət Əli (ə) Nəhcül-Bəlağənin 137-ci xütbəsində buyurur: “Onlar öz axıtdıqları qanın intiqamını almaq istəyirdi. Təlhə özü müharibəyə başladı və bir məqsədi Osmanın qətlinə görə ittihamdan yayınması idi.

Vilayet.nur-az.com


1659 بازدید
در حال ارسال اطلاعات...