Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Mart 2015

Müqəddəs Qumun imtiyazları

Cənab Rəhbər: Qum “Qubbətul-İslam” - İslam mərkəzi, din və ruhaniyyət mərkəzidir!
Cənab Rəhbər Ayətullah Xamenei Əhli-beyt (ə) şəhəri kimi tanınan Müqəddəs Qum şəhəri haqqında münasibət açıqlayarkən buyurur: Bu əziz şəhərdə çoxsaylı müsbət nöqtələr arasında üç nöqtə diqqəti çəkir. Əvvəla, həzrət Fatimeyi-Məsumənin (ə) dəfn olunduğu pak hərəm. Onun məzarından şölənənən nur bütün dünyaya, xüsusilə İslam dünyasına yayılıb. İkincisi, bu şəhərin elm, fiqh, hədis bayraqdarı olmasıdır. 1200 il öncə bünövrəsi qoyulmuş elm hövzəsi bu günə qədər söz sahibi olub, İslam dünyasına tövhəsini verib. Bu şəhərdə böyük alimlər, fəqihlər, filosoflar, mühəddislər, dəyərli müəlliflər tərbiyə olunub. Bu şəhərə elm və iman ardınca gələnlər xanım Məsumənin (s) hərəmi sayəsinə sığınıblar. Üçüncüsü, bu şəhərin mömin, şücaətli, agah, dövrü tanıyan insanlara malik olmasıdır. İslam hərəkatı ilk addımlarını atanda bu şəhər ona ləbbəyk söylədi. Onlar İmama dostluq əli uzatdılar. Xatırlayıram ki, mübarizənin ilk günlərində Məscidi-Əzəmdə Qum əhalisi İmamın dərs keçdiyi yerə toplanmışdı. Gələnlər arasında bütün zümrədən insanlar vardı. Qum əhalisi elan edirdi ki, biz sizi himayə etmişik və edirik. Bəli, Qum əhalisi ilk gündən İmamı tənha qoymadı. Xain və muzdur qələmlər İmamı təhqir edəndə şəhər ayağa qalxdı, gənclər, qadınlar etiraz səsini ucaltdı. Gənclər küçələrə axışdı, təzyiqə məruz qaldı, döyüldü, şəhadətə çatdı. Amma Qum əhalisi heç zaman təslim olmadı. Qumun ardınca İran xalqı ayağa qalxdı. Qum əhalisinin etirazları başqa şəhərlərdə də qığılcıma çevrildi. Qum bütün ölkəyə mübarizə yolunu göstərirdi. Xalq Qumdan ibrət götürərək başa düşdü ki, biganəliyə son qoymaq, ayağa qalxmaq lazımdır. Öncə Qumda, sonra bütün İranda püskürən vulkan dünyanı silkələdi, istibdad məngənəsində sıxılan xalq Allahın yardımı ilə zəncirləri qırıb azad oldu. Sonrakı vəzifə İslam cümhuriyyətini qorumaq idi. Bu işdə də Qum xalqı ön sırada dayandı. Qum gəncləri, Bəsic (könüllülər), onların ata-anaları canlarını ovuclarına alıb meydanlara çıxdılar. Onlar məmləkətin azadlığı yolunda böyük rol oynadılar. Mən qumlularla birgə olmağıma şadam...
Müqəddəs Qum şəhərinin mühüm imtiyazı Əhli-beyt (ə) çiçəyi həzrət Fatimeyi-Məsumənin (s) bu şəhərdə dəfn olunması və onun məzarı üzərində hərəm ucaldılmasıdır. Qumun imtiyazları arasında İmam Musa ibn Cəfərin (ə) əziz qızının bu şəhərdə dəfn olunması önəm daşıyır. Təbii ki, başqa imtiyazlar da dəyərlidir. Müqəddəs Qum şəhərində başqa imam övladları, yüzlərlə dünya şöhrətli din alimi, övliyar və şəxsiyyətlər dəfn olunub.
...Cənab Rəhbər müqəddəs Qum şəhərini o qədər əhəmiyyətli sayır ki, onu “Qübbətul-İslam” adlandırır: Bütün Qum əhalisinə Qübbətul-İslamın müxtəlif zümrələrinə salam göndərirəm. Bir bina ucaltmaq üçün əvvəlcə onun möhkəm sütunlarını qaldırmalısan. Bina nə qədər uca olsa onun sütunları bir o qədər möhkəm olmalıdır. Biz İran xaqlqının hicri-şəmsi 1356-cı ildə başlayan mübarizəsinə, bu mübarizənin uğurlu sonluğuna şahid olmuşuq. İnqilabdan sonra da bu mübarizə davam edib. Əgər onu möhkəm bir binaya bənzətsək deməliyik ki, bu binanın stunları müqəddəs Qum şəhərində ucaldılıb. Siz Qum əhli qanlı qiyam ismarcınızı bütün ölkəyə, dünyaya yaydınız. Qum İslam üçün ilahi bir azuqə oldu. Qum elm hövzəsi böyük şəxsiyyət Ayətullah-üzma Mərhum Hairi tərəfindən bir mərkəz olaraq yaradıldı. Bu hadisədən təqribən qırx il sonra Qumda İslam hərəkatı vucuda gəldi. O böyük insanın layiqli şagirdlərindən olan İmam Xomeyni Qumda mübarizə bayrağı ucaltdı.
Tarixə baxsanız görərsiniz ki, Qum elm hövzəsinin qısa müddətdə böyük bərəkətləri olub. Görün hövzə yaranandan sonra İslam məmləkət və dünyada necə şöhrət qazanıb. Şəriət qanunlarının artıq keçmişdə qaldığına əmin olanlar İslam oyanışı şüarlarından diksinərək yanıldıqlarını dərk ediblər.
Hövzənin bu şəhərdə mərkəzləşməsini qəlbən qəbul edən, bu işə yardım göstərən, öz evlərini mədrəsəyə çevirən, tələbələri öz övladı kimi ağuşuna alan, inqilab zamanı döyüşçülərə arxa duran, inqilabın pik nöqtəsində qurbanlar verən Qum xalqı olub. Bunu unutmaq olmaz, və unutmaq mümkün deyil. Mən sözləri ona görə demirəm ki, qumlularla söhbət edirəm. Həqiqət budur ki, bu aydın xətt inqilab tarixində həmişəlik qalmalıdır.
Bu gerçəkdən alacağımız dərs odur ki, Qum xalqı bu pak ağacı yurdunda qəbul etdiyi kimi onun müdafiəsində dayanıb, böyük cihad yolunda meydanda olub və bu gün də meydandadır. İnqilabın qələbəsindən sonra istər siyasi mübarizədə, istər səkkiz illik təcavüzkar müharibədə Qum xalqı ön sırada olub. Gələcəkdə də bu mövqedə dayanacağına şübhə etmirik. Qum həmişə coşqun dəniz kimi qalmalı, bütün müxalif cərəyanları özündə batırmalıdır. O hərəkətdə olan sel kimi öz bərəkətini dünyaya çatdırmalıdır. Qum inqilab və İslam mərkəzidir. Bu şəhərdə ölkə və xalqı müxtəlif sahələrdə doğru yola hidayət edəcək elm hövzəsi və böyük alimlər var. Siz Qum gəncləri qumlu ata-analar, siz hizbullah xalq İslam dəyərlərinə olan eşqi hifz etməlisiniz.
...Başqa bir məqamda Cənab Rəhbər Qumu din mərkəzi kimi tanıtdırır, Qum əhlini “Əssabiqunəl-əvvəlun” adlandırır: Qum “Qubbətul-İslam” İslam mərkəzi, din və ruhaniyyət mərkəzi, inqilabımızın mərkəzidir. İnqilab zamanı, müharibə zamanı, təxribatçı qruplarla mübarizə zamanı Qum böyük qərərgah olub. Mübarək Qum hövzəsi gerçəkdən pak söz, pak ağac mislindədir. Həm şəhər, həm insanlar, həm gənclər, həm hizbullah qüvvələri, həm möminlər çox əzəmətlidir. Dorudan da Qum İslam dünyasında, məmləkətimizin şəhərləri arasında mühüm bir mərkəzdir. Doğurdan da “əssabiqunəl-əvvəlun” olan sizlərlə, Qum əhli ilə bu barədə danışmalıyıq.
...Həzrət Məsumə (s) hərəminin müdiriyyət hökmü
Bismillahir-Rəhmanir-Rəhim
Cənab Höccətülislam-vəlmüslimin Məsudi Xomeynini Həzrət Fatimeyi Məsumənin (s) müqəddəs hərəminə, hərəmə aid mərkəz və məntəqələrə işlər müdiri təyin edirəm. Ümid edirəm ki, bu nurani hərəmə, elm hövzəsinin mehvəri olan mərkəzə xidmət tövfiqi böyük nemətdir. Böyük diqqət və ciddiliklə hərəm və onun ətrafında təhlükəsizlik istiqamətində addımlar atılmalıdır, təmir və yenidənqurma işləri aparılmalıdır. Zəvvarlara xidmət Əhli-beyt (ə) maarifinin yayılması, məhrumlara yardım göstərilməlidir. Cənab Höcctülislam vəlmüslimin Mövlaiyə böyük xidmətlərinə görə təşəkkür edib, Allahdan tövfiq diləyirəm.
Seyid Əli Xamenei
28.04.71
...Qum şəhərində olan üç xüsusiyyət heç bir şəhərdə yoxdur. Bir xüsusiyyət budur ki, bu şəhər Əhli-beytə (ə) ardıcıllıqda tarixi keçmişə malikdir. Onun Əhli-beytə (ə) bağlılıq tarixi 1200 ildən çoxdur. Mən ikinci belə şəhər tanımıram. Kufə və Mədinə kimi şəhərlər Qumdan öncə Əhli-beyt (ə) şəhəri olsa da düşmənlər həmin şəhərlərdən bu imtiyazı alıblar. Amma Qum şəhəri Əhli-Beytə (ə) bağlandığı gündən bu imtiyazı qoruyub, İslam dünyasında Əhli-beyt (ə) şəhəri kimi tanınıb. Elə buna görə də tarix boyu dünyanın müxtəlif yerlərindən elm ardınca Quma üz tutublar.
Məhşur hədisçilərdən çoxunun şagirdi, o cümlədən Yunis ibn Əbdür-Rəhman, İbrahim ibn Haşim Kufədən Quma köçüblər. Onlardan qabaq da Qumda hədisçilər olub. Onlar hövzəni yaradan yox, onun nuruna toplaşanlardır. Əgər bundan da qabağa getsək, hicri 2-ci əsrin sonlarında İmam Riza (ə) İrana üz tutanda Qum şəhəri Əhli-beyt (ə) tərəfdarı kimi tanınırdı. Siz Qum əhli 1200 ildən çoxdur ki, bu yoldasınız. Əhli-beytə (ə) belə köklü bağlılıq bu şəhərin imtiyazıdır. Siz Əhli-beyt (ə) vilayəti yolu ilə 12 əsrdir gedirsiniz. Bu şəhərə hakimlik etmiş Ali-Səfa kimi əmrlər də belə olub. Bu şəhərdəki alimlər də tarix boyu İslam dünyasını İmamət və vilayət qoxusu ilə ətrləndirib. Bu şəhərin ikinci xüsusiyyəti şiə tarixində ən böyük hövzənin burada yerləşməsidir. Ayətullah Hairinin dövründə mərkəz kimi fəaliyyətə başlayan, Ayətullah-üzma Bürucerdinin dövründə əzəməti artan, mərhum İmamın dövründə dünya şöhrəti qazanan Qum müstəsna xüsusiyyətə malikdir.
Qeyd etdiyimiz kimi, şəhərin üçüncü xüsusiyyəti onun inqilabi şəhər olmasıdır. Bu şəhər iki dəfə ölkəni silkələyəcək gücdə səsini qaldırıb. Bir dəfə hicri-şəmsi 1341-ci ildə Məscidi-Əzəmin eyvanında tanınmağı sevməyən bir müdərris və ruhani öz haqq sözü ilə Qum üçün tarix yazdı. Həmin il Qum əhli bu haqq söz səbəbindən böyük təzyiqlərə məruz qaldı, şah rejiminin muzdurları Hərəmdə, Feyziyyədə, İrəm xiyabanında ruhanilərin başından əmmaməni götürdü. Belə ruhanini müdafiə edən insan da hücuma məruz qalırdı. İkinci dəfə hicri-şəmsi 1356-cı ildə siz qumlular rejim muzdurlarına qarşı ayağa qalxıb Çahar-Mərdan xiyabanında, Hərəm meydanında, İrəm və Səfaiyyə xiyabanlarında şəhidlər verdiniz. İlk şəhid ata-analar da Qumdan oldu. Onlar elm hövzəsinin keşiyində dayanmışdılar.
...1200-ildir Qum şəhəri Əhli-beyt (ə) maarifi ocağı kimi fəaliyyət göstərir. Əhli-beytə (ə) müxalif şəxslər hakimiyyətdə olanda Qum əhli öz mövqeyini dəyişməyib, çətinliklərə dözüb. 70 ildir Qum İslam dünyasının ideoloji mərkəzi kimi fəaliyyət göstərir. Ayətullah hairi hicri-qəməri 1340-cı ildə Quma gələndən sonra Qumda təhsil sahəsində mərkəzləşmə getdi, hövzə yaradıldı. Ayətullah Bürucerdinin dövründə fəaliyyətlər genişləndi və dərinləşdi. İmam Xomeyni kimi şəxsiyyətin bu mərkəzdə yetişməsi hövzənin misilsiz xidmətlərindəndir. Qum hər zaman dövrün ehtiyaclarına cavab verib.
...Zalım şah dövründə bu rejimə qarşı çıxış edən şəxsi himayə etmək böyük fədakarlıq istəyirdi. İmam tək başına çirkaba batmış rejimi ifşa edəndə məhz Qum əhli İmamın müdafiəsinə qalxmağa cürət etdi. 19 dey hadisələri heç zaman unudulmayacaq. Həmin gün bu şəhər ilahi ideallar yolunda qurbanlarını verdi. Qum əhli sonrakı illərdə də ağır imtahanlardan üzü ağ çıxıb, öz sədaqətini sübuta yetirib.
...Əzəmətli İslam hərəkatının qərərgahı bu şəhərdədir. Buna görə də Qum dünyanın diqqət mərkəzindədir. İslam və inqilabı sevənlər Qumu da sevir. Zalımlar və şər insanlar Qumu düşmən sayır, bu müqəddəs ocağın məhvi üçün əlindən gələni əsirgəmir.
...Cənab Rəhbər xalqın rəhbərliklə birliyini inqilabın müvəffəqiyyət rəmzi sayır. Ayətullah Xamenei Qum əhalisinin inqilabın qələbəsinə qədər və ondan sonra İmamın yanında olmasını yüksək dəyərləndirərək buyurur: 17 dey tarixi bir gündür. Xalq həmin gün öz qanı ilə İslamın müdafiəsinə qalxdı. Biz həmin günü əziz tuturuq. Həmin günün şəhidlərinə, həmin gün zərər çəkənlərə Allahdan savab diləyirik. Mübarizə tarixi boyu Qumun çöhrəsi bütün millət üçün aydın olub. İnşaallah bu çöhrə inqilab davam etdikcə əvvəlki şəkilində qalacaq. Siz əziz xalq, əziz gənclər, elm hövzəsi bu mübarizənin dayaqlarısınız. Baş vermiş qəhrəmanlıqlar heç zaman unudulmayacaq. Biz göstərilən qəhrəmanlıqlara görə kimlərisə tərif etmək istəmirik. Əlbəttə ki, tərifin yeri var. Amma bundan da mühüm olan başqa nöqtə var. Əsas nöqt