Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Mart 2015

Gözdəyməyə qarşı nə edim? (8)

Araşdırmalar göstərir ki, itlər insanın gözünə baxmaqla onun fikirini oxuyur
Gözdəyməyə qarşı nə edim? (8)


Heyvanların gözündə enerji nümunələri

Tısbağanı misal göstərə bilərik. Bu heyvan üzərində araşdırma aparan alimlər təsdiqləyirlər ki, tısbağa yumurta qoyduqdan sonra ona baxmaqla, bir növ gözünü yumurtaya zilləməklə onu mayalayır, inkişaf etdirir. Sonda yenə də yumurtaya baxmaqla onu çartladır və bala tısbağa yumurtadan çıxır. 

Balıqlarda necə göz təsiri varmı?

Taylandda maraqlı bir balıq növü var. Bu balıqların cütləşməsi və toxum qoyması yalnız baxışladır.
Araşdırmalar göstərir ki, itlər insanın gözünə baxmaqla onun fikirini oxuyur. Təsadüfi deyil ki, itlər adətən ondan qorxmayan insana hücum etmir.
Bayquşun da baxışında əsrarəngiz təsir var. Tədqiqatlar göstərir ki, bayquşun görmə gücü insandan 82 dəfə güclüdür. Bayquş adətən qarşısında olan heyvanı ovlayır. O gözlərini heyvana zilləməklə bir növ onu sehirləyir və həmin heyvan hərəkət edə bilmir. Qədim dövrdən bu günə qədər hindli mürtəzlar öz əsrarəngiz güclərini nümayiş etdiriblər. Bu gün də Hindistana turist səfərinə gedənlər buna şahid olur. Mürtəzlar göz qüvvəsi ilə qatarı dayandırır, insanlara təsir göstərirlər. Onlar gözləri ilə hərəkət edən nəqliyyat vasitəsinə təsir etmək qabiliyyətinə malikdirlər.
Elə qədim dövrlərdə də gözü ilə dəmir əşyanı, məsələn qaşığı əyənlər olub. Gözü ilə elektrik lampasını yandırıb söndürənlər var. Bu mövzuda nümunələr kifayət qədərdir.

Müəllifin gördükləri, oxuduqları və eşitdikləri

İctimai həyatda rastlaşdığımız bəzi hadisələrə insanlar fərqli ad qoyur. Eyni hadisələri bəziləri şans, iqbal, bəxt, uğur nişanəsi, gözdəymə adlandırırlar. Psixoloqların yanında oturub gələn xəstələri dinləsək çox maraqlı hadisələrlə rastlaşarıq.
Biri deyir ki, bir evə qonaq getmişdim. Elə yenicə oturmuşdum ki, evin çilçırağı (lüster) gözlənilməz şəkildə çartladı. Hansıki mən çilçıraqa maraqla baxmamışdım. Başqa biri danışır ki, qohumun uşağı oynadığı zaman mən ona baxan kimi yerə yıxıldı. Yerə yıxılandan sonra burnu qanadı. Mən bu uşağı çox sevirəm. Baş vermiş hadisə məni üzdü.
Üçüncü bir şəxs deyir ki, sevdiyim uşaqlara baxdığım zaman hökmən bir hadisə baş verir. Ya yıxılırlar ya da nəsə bir hadisə olur.
Müraciət edənlərdən biri bu gün çoxlarının rastlaşdığı bir haldan danışır. Deyir ki, mənim özümə gözüm dəyir. Elə ki, zehnimdən keçir ki, uzun müddətdir həkimə getmirəm dərhal xəstələnirəm. Düşünürəm ki, xeyli vaxtdır həyat yoldaşımla yaxşı keçinirik. Elə həmin gün evdə bir hadisə baş verir. Bir xəstə deyir ki, ailə üzvlərimiz çox səmimi idi, ailədə mehribançılıq hökm sürürdü. Bizimlə yeni tanış olub evimizə get-gəl edən insanlar çox xoşbəxt ailə olduğumuzu deyirdilər. Çox çəkmədi ki, ailədə münasibətlər pozuldu. Başqa biri deyir ki, həyat yoldaşımın işi çox yaxşı idi. Bundan çoxları xəbər tutmuşdu və deyirdilər ki, filankəsin işi yaxşıdır. Bir müddət sonra heç bir obyektiv səbəb olmadan onun işləri pozuldu. Bir şəxs deyir ki, dostumun evinə getmişdim. Qəfəsdə gözəl bir quş var idi. Mən sadəcə dedim ki, çox gözəl bir quşdur. Elə orada olduğum zaman quş öldü.

Bu barədə nə yazırlar?

Gözdəymə ilə bağlı mütəxəssislərin və sadə insanların təcrübələri barədə yazılar çoxdur. Oxuyuruq ki, Azərbaycan kəndlərindən birində bir kişi var imiş. Bu kişi evdən çıxdığı zaman nəyə baxırmışsa həmin şey aşırmış, yerə deyirmiş. Bu insanın fövqəladə ruhi gücü var imiş. Kənd camaatı ondan xahiş edibmiş ki, bayıra çıxanda yalnız yerə baxsın.
Başqa bir məqalədə yazılır ki, bir şəxs inəyin üstündə yük aparırmış. Onunla yolda rastlaşan şəxs çox gözəl inəkdir deyir. İnək yerindəcə çabalayıb ölür. Oxşar bir hadisədə heyvana baxan insan onu tərifləyir və bu heyvan yerə yıxılır. Baxan şəxs deyir ki, onun gözündə öldürücü bir qüvvə var sadəcə heyvanın belində olan çubuq növü bu baxışı bir qədər zərərsizləşdirib. Aydın olur ki, bəzi əşyalar dalğanın qarşısını alır. Təsadüfi deyil ki, insanlar bəzən gözdəymənin qarşısnı almaq üçün maşına və ya evin qapısına etiqad bəslədikləri bir əşya və ya bitki taxırlar. Məhşur əhvalatdır ki, Vərzqan kəndlərindən birində camaat quyu qazdığı zaman bir daşa çatır. Heç vəchlə daşı qıra bilmirlər. Bu zaman bir şəxs quyunun başına yaxınlaşıb diqqətlə daşa baxmağa başlayır və deyir ki, necə də böyük daşdır. Elə həmin an daş çartlayır. Biri nəql edir ki, qonşuda elektirik məmulatları satan bir şəxs var idi. Dükanı belə əşyalarla dolu idi. Bir gün dedi ki, dükana daxil olan şəxs dedi nə çox çilçiraq var. Göydə olan çilçıraqlar möcüzəli şəkildə qırılıb yerə töküldü.
Bəzi təfsirlərdə “və in yəkadulləzinə kəfəru” ayəsi ilə bağlı deyirlər: Həsədçil, paxıl bir şəxs iki üç gün olardı yemək yemirdi. Qapıya çıxıb yoldan keçən qoyunlara baxır və deyir: “Mən bu günə qədər belə kök qoyunlar görməmişəm. Qoyunlar oradan aralanmamış yerə yıxılırlar. Kafirlər bu şəxsi dəvət edirlər ki, o peyğəmbərə baxsın və onun baxışı ilə peyğəmbərə zərər dəysin. (Bu əhvalat əksər şiə və sünni mənbələrində nəql olunmuşdur.)
Hər birimiz oxşar hadisələrlə rastlaşmışıq. Bəzən özümüz belə hadisələri təcrübədən keçirmişik. Bu hadisələri danışmaqda məqsəd insanları həyəcanlandırmaq deyil. Bu bir həqiqətdir və gözün təsirinin qarşısını almaq üçün təklif olunmuş yollar var. Biz bütün bu hadisələri danışırıq və yollar göstəririk ki, insanlar gözün zərərli təsirlərindən qoruna bilsinlər. Gözün təsirini təsdiqləyən əhvalatlar çoxdur və biz hələlik yada saldığımız əhvalatlarla kifayətlənirik.


1311 بازدید
در حال ارسال اطلاعات...