Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Mart 2015

Allahın qüdrəti bütün qüdrətlərin fövqündədir!

Möhsin Rizayinin Ənsarullah rəhbəri Əbdülməlik Əl-Hüsiyə məktubu
Bismillahir-Rəhmanir-Rəhim

Uzinə lilləzinə yuqatəlunə biənnəhum zulimu və innəllahə əla nəsrihim ləqədir (Zülmə məruz qaldıqlarına görə vuruşanlara izin verilmişdir. Həqiqətən, Allah onlara kömək etməyə qadirdir / Həcc, 39)

Qardaşım Əbdülməlik Əl-Hüsi! Yəmənin dəyərli (böyük) rəhbəri!

İftixarlı Yəmən xalqının qəhrəmancasına müqaviməti və İslamın siz həqiqi övladlarının böyük şeytan və qəsbkar İsraildən hücum icazəsi alıb ölkənizə basqın etmiş mühüm təcavüzkarlar üzərində qələbəsi münasibətilə sizi təbrik edirəm. Xalqın şərəf və ləyaqəti, hüquqlarının müdafiəsi cəbhəsində fədakarlıqlar kənarında müqavimət diplomatiyası bəyənilən iş, müdafiənin tərkib hissəsi olsa da, bu gün cahil təcəvüzkarları ağıla gətirmək üçün müqavimət qeyrət silahından, Yəmənin dəyərli gənclərinin şəhadəttələbliyindən keçir. Döyüş meydanında müqavimət sayəsində diplomatiya mizləri fəallaşacaq. Mümkündür ki, hava hücumları ilə güc göstərdikdən sonra sizi müzakirələrə dəvət etmək, Yəməni parçalamaq, Şimali Yəmən və Cənubi Yəmənə bölmək istəyindədirlər. Əlbəttə ki, siz öz şəraitinizi hamıdan yaxşı bilirsiniz. Amma sabahkı diplomatik müvəffəqiyyətləriniz bu gün döyüş meydanındakı müqavimətinizdən aslıdır.

İslam döyüşçüləri!

Ərəbistan dövlət rəsmilərinin Yəmənə hücumla bağlı arqumentləri o qədər mənasız, puç və yalandır ki, bir tərəfini pərdələsələr belə başqa bir tərəfi rüsvayedicidir. Kim qəbul edər ki, istefa vermiş, ölkədən qaçmış prezidentin məktubu bir ölkəyə hərbi təcavüz üçün əsas olsun və minlərlə günahsız insan qana bələnsin?! Hətta , o təcavüzkarlardan Yəmən xalqının qətliamını istəsə belə! Onlar gözəl bilirlər ki, günahsız insanları öldürmək Allah hüzurunda və dünya ictimaiyyətinin nəzərində bağışlanmaz günahdır. Şübhəsiz, vicdanlarına cavabları olmayacaq və nəhayət deyəcəklər ki, söylənilənlər bir bəhanə idi. O zaman qeyri-qanuni addımlara görə təcavüzkarların zəiflik və qorxusu, Ərəbistan başçılarının zorakılıq ruhiyyəsi daha artıq aşkarlanacaq. Şübhəsiz, həmin məntiqsizlik, qeyri-insani və qeyri-islami hərəkətlər Allahın yardımı ilə təcavüzkarların məğlubiyyəti və sizin qələbənizlə başa çatacaq. Ən böyük günah sayılan təcavüz zəiflik və qorxu ilə yanaşıdır. Onların ərsəyə gətirdiyi İŞİD güc nümayiş etdirmək üçün əl-qolu bağlı əsirlərin başını kəsir. Bu bağışlanmayan günah İslam ya sabitlik adı altında icra ediləndə daha böyük günaha çevrilir.

Əziz və inqilabçı qardaşım, Yəmənin dəyərli rəhbəri!

Tarix göstərib ki, gələcək, haqq cəbhəsinə məxsusdur. Bu gün müqavimət cəbhəsi Yəmən, Suriya, İraq, Livan, Fələstin və Bəhreyndə İsrail və Ərəbistanın təcavüzkar cəbhəsi qarşısında səf çəkib. Müqavimət və təcavüz dünyanın siyasi ədəbiyyatını öz təsiri altına alıb. Şübhəsiz, siz Allah-Taaladan istəməklə və öz qələbəniz sayəsində təkcə dünyanın siyasi ədəbiyyatını yox, həm də Yaxın Şərqdə millətlərin yolunu və taleyini təyin edə bilərsiniz. Yaxın Şərq regionu yeni ictimai və islami bir nizama doğru hərəkətdədir. Təcavüzkarlar sizə ona görə hücum ediblər ki, xalqların öz müqəddəratını təyin etməsinə mane olmaq istəyirlər. Onlar xalqların müstəqillik və azadlıq əldə etməsini istəmirlər. Sizin günahınız budur ki, Yəməni yəmənlilərin idarə etməsini istəyirsiniz. Suriya, Livan, İraq, Fələstin, Bəhreyndə də millətlərin həmin sözü eşidilməkdədir. Düşmənlər məntəqə xalqlarının yüz ildən artıq soraqladığı bu haqlı istəyə biganə qala bilərmi? Şübhəsiz, müqavimət cəbhəsinin azadlıq, istiqlal, dini demokratiya kimi dəyərlərini xalqların qəlbində məhv edə bilməyəcəklər.

Ey Yəmənin Aşura övladları!

Bu gün İslam dünyası gerçək oyanış yaşayır. Sionist və təəssübkeş bir istək - cahil tayfalara və məzhəblərə parçalama istəyi İslam hərəkatına mane ola bilməyəcək. Hamı bilir ki, İranın Yəməndə bir nəfər də hərbçisi olmayıb. Düşmənlər bu təbliğatla çalışır ki, İran hətta müsəlman yaralılara tibbi yardım da göstərməsin. Onlar İranın xəstəxana çarpayılarından da qorxurlar. Bu əzəmətin sirrini tapmaq lazımdır. Onlar da demokratiya, istiqlal, azadlıq yolunda mübarizə aparsalar qətiyyətli olarlar. Əgər təcavüzü davam etdirsələr, hər gün dünyada, xalqların gözündə daha zəif və daha hörmətsiz olacaqlar. Şərm Əl-Şeyx sammiti (Müştərək ərəb qüvvələrinin yaradılması üzərində təmərküzləşən Ərəb Liqası dövlət başçılarının illik sammiti, Misirin Şərm əl-Şeyx şəhərində baş tutub, iclasa Misir prezidenti Əbdülfəttah Əl-Sisi rəhbərlik edib, Yəmənin istefa vermiş prezidenti Əbd Rəbbə Mənsur Hadi bu iclasda iştirak edib) ərəb krallarının İlahi qüdrətə qarşı çıxışı idi. Tezliklə başa düşəcəklər ki, Allahın qüdrəti bütün qüdrətlərin fövqündədir. Şübhə yoxdur ki, müqavimət cəbhəsi təcavüzkarlara qalib gələcək. Dünya insan haqlarına, ölkələrin ərazisinə təcavüzə qarşı müqavimətə təşnədir. Əmin olun ki, təkcə İslam dünyası yox, bütün dünyada ciddi və çoxsaylı tərəfdarlarınız olacaq. Təcavüzkarların xeyrinədir ki, tezliklə hücümü dayandırıb sizinlə danışıqlara başlasınlar. İslam ölkələrində problemlərin yeganə həll yolu qardaşcasına müzakirələr, danışıqlardır. Suriya, İraq, Yəmən hadisələri ilə əsas cəbhəni – Qüdsü işğal etmiş rejimlə mübarizə cəbhəsini dəyişmək istəyirlər. Amma İslam döyüşçüləri Səddamı yerində oturtduğu kimi, İsraillə mübarizədən əl çəkmədiyi kimi, bu gün Yəməndəki və digər məntəqələrdəki qardaşlarımız bu mühüm məsələyə diqqət ayırmalıdır.

Qardaşınız Möhsin Rizayi

İslam İniqlabı keşikçisi

Vilayet.nur-az.com


1310 بازدید