Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Dekabr 2013

Namazda...

Niyyət deyildikdən sonra balaca oğlan uşağı qaça-qaça gəlib mənim yanımda dayanıb, əllərini qulağına aparıb namaza qoşuldu. Bir neçə dəqiqədən sonra uşaq namazda oynamağa başladı. Gah əllərini üzünə tərəf aparır, gah səs salır, gah da gözlərini yumub açırdı. Mən aşağı baxırdım, amma istər-istəməz onun hərəkətlərini görürdüm. İndiyə kimi ayrı bir uşağı namaz üstə oynayan görməmişdim. Buna namaz demək olmazdı.

Dedim ki, yəqin burada bir hikmət var. Əgər bu uşaq özünə nəzarət edə bilmirsə, bir çoxlarımız namazda sakit dayanırıq, əlimizi, gözümüzü və ayağımızı o tərəfə bu tərəfə hərəkət etdirmirik. Amma fikrimiz oynayır. Namazda zehnimiz hərəkət etməyə başlayır. Banka getmək, göyərti almaq, instituta getmək, necə dərs oxumaq, qabaqkı, sonrakı işlərimiz, televizor və ya balaca oğlan uşağı mənim kənarımda namaza durdu. İndi özümə gülməliyəm, ya oğlana?

Ey Allah, dadıma çat. Əgər namazım asimana çatıb desə: “Məni xarab etdin, Allah səni xarab etsin.” Sonra o namazı sifətimə vurub deyərlər: Bu namaz sənin heç öz dərdinə də dəyməz və üzünü qara edər. Gərək ağlayam, ya Allah bura kimi olanları bağışla, qalanına da Özün mənə kömək ol ki “Allah eşidir” həmişə zehnimizdə və ürəyimizdə olmalıdır..
İnsan öz namazında da dövrəsinə zəncir çəkməlidir ki, Allahdan qeyrisi oraya daxil olmasın. Yəni fikrini Allahdan qeyrisinə yönəltməyəsən. /Ayətullah Behcətdən (r)/

Nur-az.com
Dilimizə çevirdi: R. Hüseynov


1779 بازدید
در حال ارسال اطلاعات...