Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Mart 2015

Ərəbistanın Yəmənə hücumu məğlubiyyətə məhkumdur

Livan Hizbullahının baş katibi məntəqədəki son hadisələrə münasibət açıqladı...
Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullah regiondakı son hadisələrə, xüsusilə Ərəbistanın Yəmənə qarşı başladığı hərbi əməliyyatlara münasibət bildirib. Cümə günü axşam baş tutmuş çıxışında Hizbullah baş katibi Ərəbistanın hərbi əməliyyatlarını təcavüzkarlıq kimi dəyərləndirib. Seyid Həsən Nəsrullah deyib ki, bu mövzuda iki nöqtəni qeyd etməklə kifayətlənirəm. Bildirib ki, Livan və məntəqədə baş verən hadisələrlə bağlı münasibət bildirmək bizim haqqımızdır.

598 İnformasiya Agentliyi Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullahın açıqlamalarını xülasə şəkildə təqdim edir. Seyid Həsən Nəsrullah Livanın daxili məsələlərinə də toxunub. O, Livanın sabiq baş naziri, hazırda ƏL-Müstəqbəl cərəyanının rəhbəri Səd Əl-Həririni yada salaraq deyib: Biz ölkədə sabitliyi qorumaq üçün ƏL-Müstəqbəllə danışıqlar yolunu seçdik... Biz bəzilərinin istəyinin əksinə olaraq bu danışıqları davam etdirəcəyik...
Hizbullah baş katibi deyib:

...Ərəbistan Yəmənə qarşı tufan əməliyyatına başlayıb. Fələstin xalqı yaddan çıxarılıb.

...Fələstin xalqı uzun illərdir fəryad çəkərək kömək istəyir. Livan xalqı 1982-ci ildə Fələstin xalqının fəryadına səs verdi. Fələstin xalqı indi də Ərəb ölkələrindən kömək istəyir. Amma onlar heç bir iş görməyib. İndi Yəmənə qarşı bu cəsarət haradandır?!

...Bu günə qədər məntəqədə baş verən hadisələr Ərəbistanın münasibət bildirməyə sövq etməyib. Bəs bu gün nə baş verib ki, Yəmənə qarşı əməliyyatlar başlayıb? Dünyada ən güclü orduya malik olan İsrailin təhlükəsi sizi nigaran etmir? Bu onu göstərir ki, İsrail Ərəbistan və müttəfiqlərinin nəzərində heç vaxt düşmən sayılmayıb. Yəmənə qarşı Tufan əməliyyatına ehtiyac varmış.

...Siz Yəmənin bugünkü vəziyyətinə görə narahatsınız? Əgər məqsədiniz Mənsur Hadini postuna qaytarmaqdısa, nə üçün Fələstin torpaqlarını qaytarmaq üçün hərəkət etmirsiniz?

...Biz Ərəbistan və müttəfiqlərinin başladığı Sərt Tufan əməliyyatına qarşı böyük bir şücaətə şahidik. Bir daha xatırladıram ki, bu günə qədər işğal olunmuş Fələstinin müdafiəsində belə əməliyyatların keçirilməməsi sual doğurur. Fələstin xalqı uzun illərdir kömək istəyir. Livan neçə illər öncə onun köməyinə gedib. Amma fələstinlilər bu gün də kömək üçün fəryad çəkir. Fələstinlilər sünnə əhlindəndir. Ərəb başçılarını səsini çıxarmağa çağırırlar.

...Fələstinə münasibətdə susanların Yəmənə qarşı cəsarətə gəlməsinin sirri nədir? Bu barədə düşünmək laızmdır.

...Ərəbistan üç bəhanə ilə Yəmənə qarşı əməliyyata başlayıb. Birinci bəhanə budur ki, qanuni saydıqları prezidenti hakimiyyətə qaytarmaq istəyirlər. Tutaq ki, prezident qanunidir. Məgər bu Yəmənə qarşı müharibəyə başlamağa əsas ola bilər?! Nə üçün Tunisdə Bin Əliyə xatir bu işi görmədiniz?! Misir inqilabına düşmən münasibətdə olan Səudiyə Ərəbistanı Hüsni Mübarək hakimiyyətdən uzaqlaşdırılanda bugünkü addımı atmadı. Bəs nə üçün Yəmənə münasibətdə belə qətiyyətli mövqe tutulub? Demək, bu bəhanə yalandır, böyük bir yalan! Məsələ prezidentin öz postuna qaytarılması deyil.

...İkinci bəhanə budur ki, Yəməndə yaranmış vəziyyət guya Ərəbistan və Fars körfəzinin ərəb ölkələrinin təhlükəsizliyinə qarşıdır. Bu da əsas vermir ki, Yəməndə qan axıdılsın. Bu İslam yox, Corc Buşun üsuludur. Hamı bilir ki, Yəmənin daxili problemi terrorçuluq, iqtisadi böhran, inkişafın olmamasıdır. Yəmən on illərdir bu vəziyyətdədir. Bu gün bu xalq nə iş görüb ki, Ərəbistan və Fars körfəzi ölkələri üçün təhlükə yaransın?! Bizdə məlumat var ki, Yəməndə Ənsarullahdan olan qardaşlarımız Səudiyyə Ərəbistanı, Qətər və Fars körfəzinin Ərəb ölkələri ilə əlaqə saxlayıblar. Onlar Ərəbistan kralının dəfn mərasimində iştirak ediblər. Kral öləndən sonra əlaqələr kəsilib. Ənsarullah müharibə elan etməyib. O danışıqlar yolunu tutub. Bu günə qədər heç bir amansız addım atmayıb. Üçüncü bəhanə budur ki, İran Yəməni işğal edib. Ən əsassız bəhanə də elə budur. Guyə İran Yəməni nəzarətə götürüb və İranın Yəmənə müdaxiləsinin qarşısı alınmalıdır. Bu ən böyük yalandır. Bu iddiaları üçün dəlilləri varmı?! İşğalçının nişanələri var?! Məgər İranın Yəməndə ordusu var?! İran Yəməndə hərbi bazamı yaradıb?! Doğrudanmı İran Yəməni işğal edib?

...Əsas problem Səud rejiminin düşüncə tərzindədir. Onlar məntəqə xalqlarının müstəqilliyini rəsmən tanımaq istəmirlər.

...Məntəqə xalqlarından biri səsini qaldıranda Ərəbistanın mənafelərinə qarşı dayananda, Ərəbistan reaksiya göstərir. Misirdə, Tunisdə, Liviyada etirazlar baş qaldıranda Ərəbistan buna qarşı oldu. Belə düşüncə tərzinin nəticələrini bu gün müşahidə edirik.

...Regionun qapılarını İranın üzünə açan Səudiyyə Ərəbistanının xarici siyasətidir. Problem sizdədir, İranda deyil. Problem sizin şəraiti dərk etməməyinizdədir. 1982-ci ildə İsrail Livanı işğal edəndə Suriyadan başqa heç bir ərəb ölkəsi buna qarşı çıxmadı. Livanlıların haqqı var ki, onları himayə edəni himayə etsin. Suriya, İran dünyanın o başından gəlib Livana arxa durdular. Öz təcrübələrini bölüşdülər, hərbi kömək göstərdilər.

...Sonda biz Livandakı qələbini digər ərəb ölkələrinə ötürmək istədik. Amma onlar elə düşündülər ki, bu İranın, başqa bir məzhəbin köməyidir. İran heç vaxt Livanı işğal etməyib. Heç vaxt öz iradəsini Livana qəbul etdirməyə səy göstərməyib.

...Ərəblər, Səudiyyə ərəbistanı, Fars körfəzi ölkələri Fələstin xalqını tək qoydular. Fələstin İsrailin qarşısında tənha qaldı. Fələstinlilər qətlə yetirildilər, ev-eşiklərindən didərgin düşdülər. Guyə Amerika problemin siyasi həll yolunu axtarırdı. Amma bu ilğımdan başqa bir şey deyildi.

...Siz böyük sərmayələrə sahib ikən nə üçün Fələstin xalqı aclıq çəkməli, yoxsul vəziyyətdə qalmalıdır?! Əgər silah vermək istəmirsinizsə sizin silahınızı, döyüşçülərinizi, Tufan əməliyyatlarınızı istəmirik. Bu İrandır ki, bütün sanksiyalara baxmayaraq fələstinlilərin harayına gəlir.

...Ərəbistanlıların sabiq kəşfiyyat rəisi Bəndər ibn Sultan İŞİD-ə maddi yardım göstərirdi. Sonra bu qüvvəni başına buraxdı ki, sizə problem yaratsın. Ərəbistan İraqda Səddam Hüseyni İrana qarşı müharibəyə təşviq etdi. Hər iki ölkəni məhvə sürüklədi. Sonra Corc Buş İraqın işğalına təşviq olundu. Siz Səudilər Amerikanın İraqa hücumunda vardınız. İraq xalqı müqavimət göstərib Səddamın şərindən azad olandan sonra terrorçuları, təkfirçiləri bu xalqın canına saldınız. Mən İraq xalqından istəyirəm ki, bütün dünyaya desinlər: İraqa təkfirçiləri, intihar maşınlarını gətirənlər kürd, ərəb, şiə, sünni arasında fərq qoymurlar. Siz Səudilərin son cinayəti İŞİD-in təchizatı, onların Suriya üzərinə göndərilməsi oldu. Suriyada Bəşar Əsədə, İraqda Nuri Malikiyə qarşı iş gördünüz.

...Hər bir azad insan regionda baş verən hadisələrə münasibət bildirməlidir. Biz də Livanda Yəmənlə bağlı mövqe tutmuşuq və ümid edirik ki, Yəmənin vəziyyəti Livandakı vəziyyətə təsir göstərməyəcək.

...Hamı bilir ki, bizim Rəfiq Həriri ilə bağlı mühakiməyə münasibətimiz nədir. Biz məhkəmənin qərarına münasibətdə möhkəm dayanmışıq. Amma bu məhkəmədə nə baş verdiyini bilmirik. Biz beynəlxalq məhkəmədən gələn səslərə əhəmiyyət vermirik. Əl-Müstəqbəl cərəyanı ilə müzakirələri davam etdiririk. Son həftələrdə prezident seçkilərinə münasibətdə pozuculuqda ittiham olunmuşuq. Şübhısiz ki, prezident seçkiləri zəruridir. Mən son dövrdə bizim və İranın prezident seçkilərinə münasibətimizlə bağlı böhtanlara əhəmiyyət vermirəm. Mən deyirəm ki, İran bu mövzuya müdaxilə etməyib. Fransa İranla təmas qurub, İranı Livandakı hadisələrə qatıb. Bu İranın prezident seçkilərinə pozucu münasibəti demək deyil.

...Prezident seçkilərində pozucu mövqe Ərəbistan və onun xarici işlər naziri Səud Əl-Feysələ məx