Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Mart 2015

Dünyapərəstlikdən pəhriz

Məgər bu dünyada büdrəyənlər, süquta uğrayanlar, yolunu azanlar dünyaya aldanmadılarmı?!
Əmirəlmöminin həzrət Əli (ə) öz vəsiyyətinə təqvaya dəvətlə başlayır: «Sizi Allah qarşısında təqvaya çağırıram.» Təqva çağırışı İslamın mühüm göstərişlərindəndir. Allah-təalanın, peyğəmbər və məsum imamların tövsiyələrində təqva çağırışı öndə dayanır. Bu mövzuda böyük alimlər qədərincə danışıblar. Buna görə də uyğun cümlənin şərhi ilə kifayətlənirik. Növbəti cümlədə həzrət buyurur: «Dünya ardınızca qaçsa da onun ardınca getməyin.» Maraqlıdır! Həzrət vəsiyyətinin əvvəlində öncə İmam Həsən və İmam Hüseynə müraciət edir, daha sonra bütün övladlarına, yaxınlarına və bu vəsiyyəti oxumaq imkanına malik olacaq insanlara üz tutur. İmam Həsən və İmam Hüseyn