Şrift ölçüsü:
A+
A
A-
Kr
31 Mart 2015

İraqın Tikrit şəhəri azad edilib! - Fotolar

Bu əməliyyatda İŞİD-in 40 terrorist üzvü məhv edilib ki, onların hamısı ərəb ölkələrinin vətəndaşları olub
Nur-az.com farsnews.com-a istinadən:

Bu gün ayın 31-i İraqın baş naziri Heydər əl-İbadi televiziyadan bütün xalqa Tikrit şəhərinin tamamilə azad edildiyi haqda məlumat verib. Artıq bu gün yenidən Tikrit Şəhər İcra Hakimiyyəti binasının üzərindən İraqın bayrağı dalğalanmağa başlayıb. Əl-Aləm xəbər portalı bildirib ki, bu əməliyyatda İŞİD-in 40 terrorist üzvü məhv edilib ki, onların hamısı ərəb ölkələrinin vətəndaşları olub.

Son məlumatlara əsasən, İraqın dövlət qoşunları və könüllülərdən ibarət xalq qüvvələri ötən gündən başlayaraq özünün üçüncü əməliyyat mərhələsinə keçib və demək olar, terrorist ünsürlər şəhərin mühüm nöqtələrindən tamamilə təmizlənilib. Baş nazir əl-İbadi onu da qeyd edib ki, Tikritdən sonra birləşmiş qoşunlar əl-Ənbar və Mosul şəhərlərinin azadlığı istiqamətində əməliyyatlara başlayacaqlar. Halbuki Amerikanın başçılığı altındakı koalisiyanın hava qoşunlarının ara-sıra həyata keçirdiyi bombardman əməliyyatlarında indiyədək müsbət bir nəticə müşahidə olunmayıb.

Fotolar  abna24.com-a aiddir

عکس سلفی یک خبرنگار پس از آزادسازی شهر تکریت