Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Aprel 2015

Modern insan tənha bir varlıqdır

Modernist yaradıcı insan xarici aləmə arxa çevirmişdir
İsna İnformasiya Agentliyi İran şairlər məclisinin toplantısından yazır. Bu məclisdə Mürtəza Kaxi Amerikada çalışan professor Riza Qənnadanı təqdim edərək deyib: “Qədimdə deyərdilər ki, təqdim edən şəxs (müərrif) təqdim edilən şəxsdən məhşur olmalıdır. Amma bu dəfə belə deyil. Əgər mən ustad Qənnadanın təqdimatını öhdəmə götürmüşəmsə, bunun səbəbi onun xaricdə yaşamasıdır. Olsun ki məclisdəkilərdən bəziləri onu tanımaq imkanı əldə etməyib. Doktor Qənnadan Bircənd əhlidir. O Məşhəddə Firdovsi Universitetində təhsil alıb. Onun təhsil aldığı dövrdə doktor Yusifi kimi alimlər orada tədris edib. Sonra Britaniyaya gedib, magistr və doktorluq dərəcəsi alıb. Mən İranda olduğum müddətdə ondan modernizm və modernləşmə barədə danışmasını istədim. O Amerikada bu mövzuda tədrislə məşğuldur və İranda olması bizim üçün qənimətdir.”

Sonra Said Baqiri Doktor Riza Qənnadanı dəvət etdi ki, tribunaya çıxsın. Alim öz söhbətinə modernizmin araşdırılmasında müqəddimə ilə başladı: Mövzumuz modernizmdir. Biz Qərb ədəbiyyatından danışarkən iki mövzunu bir-birindən ayırmalıyıq. Bunlardan biri yaradıcılıq, digəri tənqiddir. Bu gün tənqid sahəsi ədəbiyyat nəzəriyyə kimi tanınır. İki mövzu arasında əlaqələr inkarolunmazdır. Amma onları ayrı-ayrılıqda araşdırmalıyıq. Birinci mövzudan danışarkan impressionizim, postimpressionizim kimi cərəyanların əhatə dairəsi müəyyənləşdirilməlidir. Müasir tənqid ənənəçilik, yeni ənənəçilik, hermeneftika kimi mövzular üzərində dayanır. Mən modernizm haqqında birinci mövzudan başlayıram... İncəsənət sahəsində təcrübələr, xüsusilə postmodernizm dövründə bu sahədə baş verənlər müxtəlif cəmiyyətlərin məqsədə çatmaq üçün incəsənətdən istifadə etməsiinə, bu sahədə məharətlərin artmasına səbəb olur. Biz bu məqsədlə hazırda modernizmdən danışırıq... Farsdillilər üçün ən mühüm nöqtə budur ki, modernizmin modernləşmə olmadığını bilsinlər. Bir çox mətnlərdə biz bu iki məfhumun eyni şəkildə qəbul edildiyini görürük. Modernizm Qərb tarixinin bir hissəsidir. O, Dekartdan başlayır və Avropanı orta əsrlərdəki durumdan çıxararaq davam edir. Yenilikçilik ədəbiyyat və incəsənətdə modernizm adını alıb. Amma məsələ çox da sadə deyil. Modernizm əslində modernləşməyə qarşıdır. Yəni modernizm modernləşmənin mənfi cəhətlərinə reaksiyadır... Biz modernizmdən əvvəlki müəlliflərin, o cümlədən Dante, Molyerin və başqalarının əsərlərinə baxdıqda görürük ki, bu cərəyan 19-cu əsrin oratalarında ortaya çıxmışdır. Ərəstunun verdiyi tərifə əsasən insan ictimai varlıq sayılır. Klassik ədəbiyyat bu prinsip üzərində qurulub. Bu cərəyan düzgün dəyərləndirmədə mənfi yük daşıyır və ağrılıdır. Modernistlərin təsəvvürünə görə modern insan tənha bir varlıqdır. Onu bünövrədən tənha sayırlar. Haydigerin modern insan haqqında sözü budur ki, insan varlığın dərinliyinə atılmışdır. Modern incəsənətin mahiyyəti bundan ibarətdir. İnsan bu fəzada metafiziki baxımdan yerləşir. Modernistlər həm də buna görə tənqid olunur ki, nəzərdə tutulan tənhalıq tarixi durumdan yaranmışdır... Əgər filosof və ya şair özünə qapılsa xarici aləmə etinasız olar. Necə ki, Əflatun xarici aləmə etinasız idi. Mütaliə etdikdə görürük ki, tarixi bir problem fəlsəfi bir problemə çevrilib. Modernizmə də belə tənqidi yanaşmaq olar... Klassik şer təqlidçiliyə əsaslanıb. Şairin ilham mənbəsi xarici aləmdir. Burada həm tarixi aləm, həm də təbiət nəzərdə tutulur. Klassik ədəbiyyatda mövzu nə qədər dolaşıq olsa da ondakı elementlər oxucuya tanışdır. Modernizm qarşıya məqsəd olaraq qoyur ki, yaranış təqlidin yerini tutmalıdır. Gördüklərimiz nə təbiətdə var, nə də tarixdə. Çünki modernist yaradıcı insan xarici aləmə arxa çevirmiş, özünə qapılmışdır... Ədəbiyyat, şer, rəsm və musiqidə dəyərli görünən modern əsərlər kifayət qədərdir. Elyotun “Zireh əyaləti” əsəri Britanyada ən təsirli poetik əsərlərdən sayılır. Bu əsərin Qərb poeziyasına təsiri böyük olub. Əsər insanın qurtuluşa doğru cəhdlərindən danışır. Amma bu təlaşlar elə bir mühitdə baş verir ki, ətrafdakı ünsürlər həmin təlaşlara münasib deyil. Yəni qurtulmaq istəyən insana hər şey mane olur...

Doktor Qənnadanın çıxışından sonra məclisdəkilər ona suallarını ünvanladılar. Eləcə də Əhməd Riza Əhmədi şer tərcüməsində böhran, ədəbi tənqidin şerə mənfi təsirindən söz açdı.

Vilayet.nur-az.com


1405 بازدید
در حال ارسال اطلاعات...