Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Aprel 2015

“Sizi əmin edirik ki...”

Balkan gəncləri Cənab Rəhbər Ayətullah Xameneiyə məktub ünvanladı
Fars News Agency bir qrup Balkan gəncinin Cənab Rəhbərin Avropa və Şimali Amerika gənclərinə müraciətinə məktubla cavab verdiyini yazır. İran İslam Respublikasının Bosniyadakı Mədəniyyət Mərkəzi bu məktubun mətnini yayıb.

Məktubun mətni:

Cənab Ayətullah Xamenei! Salam!
Dünyada neoliberalizmin birtərəfli hakimiyyəti yoxsul təbəqə ilə varlılar arasında uçurumu dərinləşdirdi. Dünənin imperialist və istismarçı siyasətçilərinin əmrinə tabe olan informasiya nəhəngləri gənclərin beyin və qəlbini istila etməkdədir. Belə bir dünyada özünəinam yaratmaq, zaman və zəmanəyə uyğun baxışa malik olmaq üçün ən gözəl yol ilahi dinlər, xüsusilə İslam dinidir. İslam dini bu gün iki tərəfdən amansız hücum və təzyiqlərə məruz qalıb. Bir tərəfdən islamafobiya fitnəkarlığı, difgər tərəfdən ifratçılıq və təkfirçilik fitnəkarlığı!
Belə bir şəraitdə aydın məsələdir ki, dini rəhbərlərin millətləri oyatmaq, siyasilərin əxlaqi vicdanını hərəkətə gətirmək üçün müxtəlif yollarla, xüsusilə müraciət və açıq məktublarla mənəvi diplomatiya fəaliyyətləri böyük və təsirli rol oynaya bilər. Sizin Avropa və Şimali Amerika gənclərinə müraciətiniz məhz bu istiqamətdə atılmış addım kimi qəbul edilir. Sizin məktubunuz ağrı və dərdlərin, problem və ehtiyacların səmimi əks-sədasıdır.
Bildiyimiz qədər, ilahi dinlər, o cümlədən əsil Məhəmməd, rəhmət İslamı insanları insan haqları və insanlıq kəramətlərini hifz etməyə çağırır - biz buna inanırıq. İlahi peyğəmbərlərin tarixin zorluları və müstəbidləri ilə mübarizəsi hər zaman xalq arasında nifrət və qorxu yaratmaqdan uzaq olub. İslam düşünməyə, gözəl şəkildə mübahisəyə dəvət edir, azadlıq, ədalət və təhlüksizlik müjdəsi verir. Buna görə də gözəl bilirik ki, bəşəriyyətin düşmənlərinin əlində alət olan ifratçı müsəlmannümaların İslam və əsil dini təlimlərlə heç bir əlqəsi yoxdur...
Biz inanırıq ki, bu qrupların ifratçı və təkfirçi meylləri İslamdan ağılsız və mərifətsiz nəticələr çıxarılmasının məhsuludur. Biz belə mürtəce və təhlükəli cərəyanlara nəinki etirazımızı bildiririk, hətta çalışırıq ki, ilk dini mənbələri, yəni Quran və Peyğəmbər sünnəsi, yolunu mütaliə etməklə İslamı daha düzgün tanıyaq. Çünki dərindən inanırıq ki, zəngin və əsil İslam mədəniyyətinin tanıtdırılması təkfirçi və ifratçı cərəyanın qarşını almaq, onunla mübarizədə ən üstün yoldur.
Əlbəttə, biz gənclər öz hökumət və dini qurumlarımızdan israrla istəyirik ki, İslam və dini düşüncəli şəkildə, elmi əsaslarla öyərnmək üçün yolu tam açsınlar. Yol verməsinlər ki, radikallıq İslam təhsil müəssisələrinə, universitetlərə və mənzillərə nüfuz etsin. Biz bu əqidədəyik ki, insani və əxlaqi dəyərlərə ehtiram göstərməklə İslam və qərbin mütərəqqi və mədəni şəkildə yaxınlığı mümkündür. Belə bir sülhməramlı yaxınlıq olmadan dünyada sülh və təhlükəsəzikdən danışmağa dəyməz. Biz dövlət və qeyri-dövlət təşkilatlarından istəyirik ki, düşüncə, sevgi, bərabərlik, insan kəramətləri, fərdi və ictimai hüquqların çiçəklənməsi üçün fəza və meydan açsınlar.
Sonda sizi əmin edirik ki, tələsik mühakimələr və mənfi təbliğ seli qarşısında dayanıb, bu din haqqında vasitəsiz, birbaşa məlumat əldə edəcək, İslamı əsas və ilk mənbələrdən tanıyacaq və tanıtdıracağıq. Bu yolda gizli və aşkardakı bulaşıq əllərin mövhumi çöhrələr yaratmaqla bizimlə gerçək arasında sədd çəkməsinə, tərəfsiz mühakimə imkanını bizdən almasına yol verməyəcəyik.

Bir qrup Balkan gənci, 2015-ci il, mart

Vilayet.nur-az.com


1187 بازدید
در حال ارسال اطلاعات...