Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Aprel 2015

İslam gözdəymədən qorunmaq üçün nə təklif edir?

Şübhəsiz ki, hər birimiz ətrafdakı insanlarla ünsiyyətdə olanda, cəmiyyətə çıxanda göz dalğalarının təsirinə məruz qalırıq
Gözdəyməyə qarşı nə edim? (9)


İkinci pəncərə


İslam gözdəymədən qorunmaq üçün nə təklif edir?

Gözdəymədən qorunmaq üçün nurani ilahi kəlamlarda və Əhli-beyt (ə) buyuruqlarında müəyyən tövsiyələr yer alıb. Şübhəsiz ki, hər birimiz ətrafdakı insanlarla ünsiyyətdə olanda, cəmiyyətə çıxanda göz dalğalarının təsirinə məruz qalırıq. Biz buna qarşı tədbir görəndə də əminliklə görməliyik. Gözdəyməyə qarşı dinin verdiyi tapşırıqları üç qrupa bölmək olar:
1.Gözdəyməyə qarşı oxunan zikr və dualar; “Çəhar qul” deyilən dua buna misal göstərilə bilər;
2.Yazılı şəkildə insanın öz üstündə gəzdirdiyi zikr və dualar;
3.İnsanın öz əməl və rəftarlarında riayət etməli olduğu qaydalar. Buna misal olaraq insanın özünü göstərməsi, diqqəti cəlb etməsi misal çəkilə bilər.

Gözdəyməyə qarşı nə oxumalıyıq:

1.İlk yerdə istiazə gəlir. İstiazə Allaha pənah aparmaq, Allaha sığınmaqdır. “Nəhl” surəsinin 99-cu ayəsində buyurulur: “O yalnız Onu rəhbər seçənlər üzərində hakimiyyətə malikdir.” (İnnəhu ləysə ləhu sultanun ələlləzinə amənu və əla Rəbbihim yətəvəkkəlun.) Allaha sığınmaq təkcə Quran ayələri oxumaqla xülasələşmir. Bu bir qədər geniş məsələdir. İnsanın yaranışında məqsəd onun təkamülü, kamilləşməsidir. Bu yolda insanın əsas düşmənlərindən biri İblisdir. İblis and içib ki, Allahın şərəfli yaranmış qərar verdiyi insanı bədbəxt etsin. O bu yolda cinlərdən və insanlardan istifadə edir. Bu işdə insanın əmmarə nəfsi onun əsas düşmənlərindəndir. İnsan şeytanın hücumları qarşısında zəif və aciz qalır. İnsanın bu hücumlar qarşısında möhkəm sığınacağa ehtiyacı var. İnsan bu hücumlardan qaçaraq daim deyir: “Əynəl məfərr” yəni sığınacaq yeri haradadır? Sığınacaq axtaran insana ilahi bir pıçıltı gəlir: “Allaha doğru qaçın, çünki mən Allah tərəfindən xəbərdarlıq edən, aydınladan biriyəm.” (Fə firru iləllahi indi ləkum minhu nəzirun mubin; Zariyat surəsi, ayə 50) Nəticə alırıq ki, istiazə dedikdə istənilən bir şəraitdə qorxu və təhlükəyə qalib gəlmək üçün Allaha sığınmaq nəzərdə tutulur: “Əuzu billahi minəşşeytanil-ləinil rəcim.” İstiazə şeytanın caynağından qaçıb Allaha sığınmaqdır. Təbii ki, burada şeytanın öz hücumu nəzərdə tutulmur. Gizli və aşkar qüvvələrin təsiri şeytanın hücumlarındandır. İnsan yalnız Allaha sığınmaqla xilas ola bilər. Bütün işlərdən əvvəl və sonra bu zikri oxumaq təsirlidir. Evdən çıxarkən, Quran oxumağa başlayarkən, kitab mütaliəsindən öncə, kompyuter arxasına keçərkən, saytlara baxarkən bu zikri oxumaq təsirlidir. Bu zikr dağıdıcı qüvvələr qarşısında bir sipərdir. Bu zikr eyni zamanda insan qəlbini vəsvəsələrdən, şəkk-şübhələrdən qoruyur. Bacardığımız qədər bu cümləni zikr etməliyik.

2.Bismillahir-Rəhmanir-Rəhim deməyin təsiri

Bismillahir-Rəhmanir-Rəhim cümləsi haqqında çox yazılıb. Doktor Nəqipur Quran ayələri barədə düşünmək mövzusunda yazdığı kitabda maraqlı nöqtələrə toxunur. Kitabda belə bir hədis yada salınır: “Günah qapılarını “istiazə” ilə bağlayın, Rəhmət qapılarını Allahın adını zikr etməklə açın.” (“Mizanul-Hikmə”, c. 8)
İstiazədə dağıdıcı qüvvəni zərərsizləşdirmək gücü var. İstiazə şeytanın hücum vasitələrini məhv edir. Bismillahda isə quruculuq var. Nəfsin tərbiyyəsində, imanı gücləndirməkdə, səbr və ehsanda Bismillah deməyin təsiri böyükdür.
Hər bir işdən qabaq Bismillah demək ilahi rəhmətin nazil olmasına, bağlı qapıların açılmasına səbəb olur. Bismillahın çox zikr olunması insan həyatına ilahi ətir verir. Bismillahı çox oxuyan insan salamat qalır, şərdən uzaq olur.
İmam Baqir (ə) buyurur: “Səmadan enən bütün kitablar Bismillahla başlayır. Bismillah dedinsə özündə qorxuya yer vermə. Bismillah dediyin zaman səni yerlə göy arasında qoruyarlar.” (Şeyx Səduq, Xisal, c. 8, səh. 172) Həzrət peyğəmbər haqqında yazırlar: Həzrət peyğəmbər mənzilə daxil olanda və Qüreyş onun ətrafına toplananda uca səslə Bismillah deyərdi. Həzrətin Bismillah sözündən sonra Qüreyş tələsik dağlışardı.
Müqəddəs Bismillah zikri Nuh peyğəmbərin gəmisini təhlükəli tufan zamanı qorudu. Həzrət Nuh gəminin üzərinə öz əli ilə Bismillah yazmışdı. Demək, Bismillah zikri insanı yerin və göyün bəlalarından qoruyur. Heç zaman Bismillahı yaddan çıxarmayın. Yatdığınız zaman, yuxudan oyandığınız zaman, mütaliə zamanı, evə daxil olanda, evdən çxanda, yeməyə başlayanda, hamama gedəndə, bir sözlə, bütün işlərdən qabaq Bismillah demək adətiniz olsun. Şeyx Abbas Qummi Məfatehdə tövsiyə edir ki, evin qapısına Bismillah yazılsın.
Həqiqətən Bismillahir-Rəhmanir-Rəhim zikri Allah tərəfindən insanın salamatlığı üçün bir zəmanətdir. Bismillah deyin və özünüzü mənfi enerjilərin hücumu qarşısında Allahın pənahında hiss edin.
İstiazə və Bismillah zərərli dalğaların əhatəsində insanı qoruyan və ona yol açan iki mühüm vasitədir.


1769 بازدید
در حال ارسال اطلاعات...