Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Dekabr 2013

Sərt danışığın övlada təsiri

Ailə mühiti kiçik bir məmləkət kimidir. Bu mühiti isti saxlamaq lazımdır. Qurani-Kərim nəzərincə ailəyə müdiriyyət kişinin (ər, ata) üzərinə düşür. Kişi elə rəftar etməlidir ki, həm ailədə sözü keçərli olsun, həm də ailə izvləri onu sevsin.

Ailə üzvləri, xüsusilə həyat yoldaşı özbaşınalığa yol verməməlidir. Qadın ərə itaət etməli və bu işi ikrahla görməməlidir. Əgər qadın məsuliyyətli olmasa və qorxu üzündən ərinə itaət etsə ailə üzvlərinin sevgisini qazana bilməz. Belə olsa, kişi evdən çıxan kimi qadın istədiyini edəcək. Təbii ki, qadının ərinə itaəti bir qul itaəti deyil və qanunlarla tənzimlənir. Qadın ailəyə qayğıda, ev işlərində həvəslə çalışsa bunun müsbət nəticəsi olar.

Komandanla əsgər, ərlə arvad, ata ilə oğlu arasında münasibət elə olmalıdır ki, hər biri öz vəfisəni könüllə yerinə yetirsin. Yalnız bu şərtlər ödəndikdə iş və ailə mühitində uğur qazanılır, bir növ məmləkət xoşbəxtliyə doğru hərəkət edir. Kişi unutmamalıdır ki ailə üzvlərinin qəlbinə hakim olmadan vücuduna hakim olmaq mümkünsüzdür. Onun işi rəislik yox, atalıqdır. Rəisliklə atalıq arasında mərhəmət baxımından fərq var. Ata heç vaxt ailə üzvlərinə münasibətdə mərhəmətsiz ola bilməz. Nisa surəsinin 34-cü ayəsində buyurulur: "Kişilər qadınlar üzərində ixtiyar sahibidirlər (onların hamisidirlər). Bu, Allahın onlardan birini digərinə üstün etməsi və (kişilərin) öz mallarından (qadınlar üçün) sərf etməsinə görədir. Əməlisaleh qadınlar (ərlərinə) itaət edib Allahın himayəsi sayəsində gizli şeyləri (ərlərinin sirlərini, mal-dövlətini, namus və şərəfini) qoruyub saxlayırlar. (Ey kişilər!) Özbaşınalıq etmələrindən qorxduğunuz qadınlara nəsihət edin, (yola gəlməzsə) onlardan yatağınızı ayırın və vurun! Sizə itaət etdikdə isə daha onlara (əziyyət vermək üçün) başqa yol axtarmayın. Əlbəttə, Allah ucadır, böyükdür!"

Ləyaqətli və itaətkar qadınlar ərləri olmayanda da onların hüquqlarını möhtərəm sayır və bununla da Allahın əmrini yerinə yetirirlər. Qadının özünü pak saxlaması, evdə və bayırda iffətli olması ilahi göstərişdir. Qadın paklığını, iffətini qorumasa, xəyanət etmişdir. Çünki qadının paklığı kişinin haqqıdır. Özünü yad kişilərə xoş göstərən qadınlar xəyanətkardır. İffətsizlik təkcə günah deyil. Hicaba diqqətsizlik göstərmək, naməhrəmin diqqətini cəlb etmək də iffətsizlik nümunəsidir. Demək, qadın öz iffətinin keşikçisi olmalıdır. İffət qadına məxsus olsa da kişinin haqqı sayılır. Qadınlar əslində ərlərinin əmanətçisidirlər. Onlar iffət əmanətini qorumaq üçün çalışmalıdırlar.

Qadın iffətli olmaqla yanaşı təvazökar olmalı, ərinə təkəbbür göstərməməlidir. Əsgər komandan qarşısında itaətkar olduğu kimi qadın da əri qarşısında itaətkar olmalıdır. Qadın diliuzunluq etsə, asilik göstərsə ailə mühiti soyuyar, ailədə zor göstərilməsinə şərait yaranar. Kişinin zorakılığı pis olduğu kimi qadının itaətsizliyi də pisdir. Demək iki nöqtəyə diqqət yetirməliyik: Pis rəftar və övladın tərbiyəsi.

Əgər kişi ailədə qaba rəftar etsə, sərtlik göstərsə müstəbid, zorakı sayılır. Belə insan İslam hökmləri ilə dünyada məhkum olunduğu kimi axirət əzabından da pay alır. Kobud insanı ağır qəbir əzabı gözləyir.

Bərzəx və qiyamət hesabı dünya hesabından əlavədir. Axirət sorğusu o qədər ağır və böyükdür ki, onun bir dəqiqəsi dünyanın min ili qədər uzanır. Cəhənnəm əhlinin bir dəqiqə qəbirdə qalması dünyada min il əzab çəkməsi həddindədir.

Rəvayətə görə, həzrət İsa (ə) Allahın izni ilə ölmüş bir gənci diriltdi. Onun ölmündən çox keçəməmişdi. Dirilmiş gənc bir anda qocaldı, qəm-qüssəyə qərq oldu. Ondan soruşdular ki, neçə vaxtdır ölmüsən? Cavabı bu oldu ki on min ildən çoxdur. Hansı ki onun ölümündən bir neçə saat ötmüşdü. Gəncdən bərzəx aləmi haqda soruşdular. Belə cavab verdi: "Qəbirin üstünü örtdəndən sonra ilahi məmurlar sorğu üçün gəldilər. Cavab verə bilməyəndə vurduqları qamçı qəbrimi odla doldurdu, neçə min ildir bu

odda yanıram. Digər bir rəvayətdə nəql olunur ki, həzrət Məsih (ə) dünyasını dəyişmiş qoca kişini neçə illər sonra həyata qaytardı. Onun qəbri itmişdi. Kişi həyata qayıdanda çox şad idi. Ondan soruşdular ki, neçə vaxtdır ölmüsən? Cavab verdi ki, bir neçə andır, çox keçməyib. Bərzəx aləmi haqqında soruşulanda dedi: "Qəbrimin üstünü örtəndən sonra qarşımda yaşıl, gül-çiçəkli bir bağça açıldı. Məni huruleyn qarşıladı."

Unutmayaq ki mövzumuz söyüş və təhqir yox, kobud rəftardır. Bizim dediklərimiz söyüşçüllüyün yox, sərt rəftarın aqibəti haqqında idi.

Söyüş çirkin bir işdir. Müsəlman hətta düşmənini söyməməlidir. Həzrət Əli (ə) Siffeyn döyüşündə öz səhabələrinin düşmənləri təhqir etdiyini görüb buyurdu: "Mən kiminsə təhqir olunmasını istəmirəm." (Nəhcül-bəlağə)

Müsəlman öz düşməninə də dua etməli, Allahdan onun hidayətini, düz yola qayıdışını istəməlidir. Rəvayətdə nəql olunur ki, İmam Sadiq (ə) yaxınlarından biri ilə yol gedirdi və onlardan bir qədər arxada xidmətçiləri gəlirdi. İmamın (ə) yaxını xidmətçini bir neçə dəfə səslədi, amma xidmətçidən xəbər gəlmədi. O hirsənib "ey haramzadə" dedi. İmam (ə) onun bu sözünü eşidib narahat halda və məzəmmətlə soruşdu: "Nə dedin?" Səhabə cavab verdi: "Ey Peyğəmbər oğlu, bu xidmətçinin ata-anası müsəlman olmayıb, Hindistan əhlidir." Həzrət buyurdu: "Mənim onun ata-anası ilə işim yoxdur. Səndən soruşuram ki, nə üçün söyürsən?" Bu hadisədən sonra İmam həmin səhabəni özündən uzaqlaşdırdı və ömrünün sonunadək bu şəxsi İmamın yanında görən olmadı.

Nəql olunur ki, yəhudilər Peyğəmbərə (s) əziyyət vermək üçün onu növbə ilə söyməyi qərara aldılar. Onlar həzrətə (s) "ölüm olsun sənə", deyir, həzrətin (s) qəlbini sıxmağa çalışırdılar. Həzrətsə onların cavabında yalnız "ələykum" buyururdu.

Yəhudilərin bu kobudluğu Aişəni qəzəbləndirmişdi. O həmin adamlara üz tutub qəzəblə dedi: "Ölüm olsun sizə, donuz və meymun balaları!" Bu sözünə görə Peyğəmbər Aişəni qınadı və buyurdu: "Əgər söyüş canlansa dünyada ondan çirkin sifətlisi olmaz."

Rəvayətlərdən belə qənaətə gəlirik ki, müsəlman ədəbli olmalı, dilini kobud və söyüşdən qorumalıdır. Ailə mühitində bunun xüsusi əhəmiyyəti var. Əgər bir müsəlman özünü İslamçı sayıb söyüş söysə adı Peyğəmbərin dəftərindən silinər və onun ümməti sırasından çıxar. Qadın pis olsa belə ərinin onu təhqir etməyə ixtiyarı yoxdur. Əgər qadın sizin haqqınızı tapdalayıbsa onu təhqir etməklə yalnız əzab qazanacaqsınız.

Bu mövzuda mühüm nöqtələrdən biri də kobud rəftarın övladlara təsiridir. Valideynin sərt sözləri övlada birbaşa təsir göstərir. Unutmayaq ki, ailədə baş verən bütün hadisələr övladın zehninə həkk olunur. Ata-ananın əksər rəftarları övladın tərbiyəsində iz buraxır. Tövsiyə olunur ki, ərlə arvad arasında mübahisəli vəziyyət yarananda müvəqqəti də olsa uşaqlar həmin fəzadan uzaqlaşdırılsın. Doğrudan da, bu rəftar bəyəniləsidir. Ailədə soyuqluğa şaid olan övladın tərbiyəsində problemlər yaranır.

Ayətullah Hüseyn Məzahiri
Nur-az.com


1756 بازدید
در حال ارسال اطلاعات...