Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Aprel 2015

ABŞ ilə təkfirçi qrupların rabitələri

Amerika məqsədə çatmaq üçün təkfirçilər arasında ulduzlar yaradır
Amerika məntəqədə onun mənafeləri üçün təhlükə yaradan təkfirçilərin fəaliyyətini məhdudlaşdırdı. Artıq Amerikanın nüfuzundan dolayı təkfirçi qruplar siyasi proseslərdə iştirak edə bilmir. Amerika onlara yalnız öz mənafelərinə uyğun olanda tribuna verir. Fars İnformasiya Agentliyi mövzu ilə bağlı ekspert rəylərinə nəzər salır. Qərbin təkfirçi qrupların fəaliyyətlərinə ikili baxışı çoxlarında tərəddüd və sual yaradır. Əfqanıstana təcavüzdən Ərəbistan yarmadasında təkfirçilərlə müharibəyə qədər, bundan sonra Əfqanıstanda təkfirçilərlə aparılan əməliyyatlar, İraq müharibəsindən 2011-ci ildə Suriyaya qarşı hərbi əməliyyatlara qədər müəyyən suallar gündəmdədir. Bu gün isə müəmmalı İŞİD mövzusu suallar yaradır.
Mövzu ilə bağlı tərəddüdlərin və fərqli baxışların kökü bəzən mövzuya kompleks yanaşılmamasından qaynaqlanır. Hazırda təkfirçi qrupların Qərbin mənafelərinə xidməti onların Qərbə muzdurluq etməsi ilə bağlı iddialar ortaya qoyub. Əslində bu bir həqiqətdir. Amma Qərbin təkfirçilərə nəzarəti birbaşa yox, dolayı bir nəzarətdir. Bu qruplar ideoloji baxımdan yoxsuldurlar. Digər tərəfdən onlar anti-Amerika ruhiyyəsinin hakim olduğu bir coğrafiyada mövqe tutduqlarından Amerikanın nəzarəti altında olmaları güclü versiyadır. Bütün bu mövzuları anlamaq üçün 1979-cu ildən başlayaraq prosesləri nəzərdən keçirmək kifayət edir. Təkfirçilərə qarşı şübhələri gücləndirən başqa bir amil onların ABŞ və Qərbə bağlılıq ittihamları qarşısında qətiyyətsiz reaksiya göstərməsidir.
Bu günə qədərki təcrübələr bizi Qərb və Amerika tərəfindən xüsusi müdiriyyət metodunun sorağına aparır. Bu müdiriyyət üç istiqamətə malikdir: Təşkilatlandırma, əsaslandırma və nəzarət. Təbii ki, hər üç istiqamət Amerikanın öz fəaliyyətlərinə don geyindirməsi üçündür. Bu üç yöndən eyni zamanda istifadə olunmaya da bilər.
ABŞ və müttəfiqləri əvvəlcə nəzərdə tutulmuş coğrafiyada təkfirçilərin onların mənafelərinə uyğun fəaliyyətlərinə imkan olub-olmamasını araşdırırlar. Sonra təkfirçilərin fəaliyyətlərini öz strateji marağlarına yönəldirlər. Bu siyasətlər müxtəlif vasitələrlə həyata keçirilir. Zaman və şərait nəzərə alınır. Beş əsas vasitəni qeyd edə bilərik.
1.Gərginlik, siyasi böhran, cəmiyyətin parçalanması yolu ilə mövcud hökuməti zəiflədərək təkfirçilərin fəaliyyətləri üçün zəminə yaratmaq. 2011-ci ildə Suriya, 2014-cü ildə Mosulda bunun şahidi olduq.
2.Yer, hava və sudan yollar açılması, yerləşdiriləcək qüvvələrin lazımi vəsiqələrlə təmin edilməsi, nəqliyyat vasitələrinin verilməsi, nəzərdə tutulmuş koordinatda mərkəzləşmək üçün lazım olan şəraitlərin yaradılması. 1979-cu ildə Əfqanıstan müharibəsində, Misir, Pakistan və Yəmən ərazisindən bu məqsədlə istifadə olundu. 2011-ci ildə Suriya müharibəsində Türkiyə və İordaniya bu məqsədə xidmət etdi.
3. Maliyyə yardımları və silah-sursatla təlimat. Təkfirçilərə yardım aparan təyyarələrə hava yolu açılır. Bu köməklər müəyyən təşkilatlar və ya şəxslər tərəfindən göndərilə bilər. Təbii ki, proses nəzarət altındadır. Bəzən Amerika özü birbaşa silah-sursatla təchizat əməliyyatı keçirir. Kubanidə İŞİD bölmələrinə Amerika beş dəfə belə yardım kompaniyası həyata keçirdi. Sonradan bildirildi ki, bu sadəcə bir səhv olub.
4.Təkfirçilərin müxtəlif ölkələrdən nəzərdə tutulmuş məntəqəyə transferi.
5. Təkfirçiliyi təbliğ edənlərin lazım olan məntəqələrə çatdırılması. Güclü informasiya vasitələrində bu təbliğatçılara şərait yaradılması.
İkinci istiqamət təkfirçi qrupların əməliyyatlarını və onların dəstəklənməsini əsaslandırmaqdır. Bu iş informasiya vasitələri və meydanda təkfirçilərin strateji üstünlüyünü göstərməyə bir cəhddən ibarətdir. Amerika bu işi öz müttəfiqlərinin köməyi ilə, 9 vasitə ilə həyata keçirir.
1.Düşmənin müəyyən olunması: Amerika məqsədə çatmaq üçün təkfirçilər arasında bir növ ulduzlar yaradır. İnformasiya vasitələrinin köməyi ilə ayrı-ayrı təkfirçilər şəxsiyyət olaraq tanıtdırılır. Təbii ki, bu şəxslərin Amerikanın mənafesinə işləməsi əsas şərtdir. İran müharibəsindən əvvəl Koulin Pauel tərəfindən Əl-Zərqavinin ulduz kimi tanıtdırılması buna misal ola bilər. O zaman Pauel dedi ki, bizim düşmənimiz Zərqavidir. Bununla dünyanın diqqətini Zərqaviyə yönəltdi, onu dünyaya tanıtdırdı. Nəticədə Zərqavi meydanı ələ ala bildi, İraqın əksər ərazilərində daxili müharibə başladı. Bir neçə ay öncə İsrail Ən-Nüsrə terror birləşməsinə diqqəti yönəldərək hərbi təhlükə bəhanəsi altında bəzi komandanları Coolan yüksəkliklərinə göndərdi.
2.Qırmızı xətti keçən komandirlərin aradan götürülməsi: Amerika və Qərbin milli mənafelərinə qarşı çıxan təkfirçi komandanlar aradan götürülür. Buna ən gözəl misal Usamə Bin Laden, Əymən Əl-Əvləqi kimi radikal komandanların aradan götürülməsi göstərilə bilər.
3.Qərb informasiya vasitələri, dünya imperializmi və beynəlxalq sionizmə xidmət edən informasiya nəhəngləri təkfirçi qrupları qızışdıran təbliğatlar aparır. Belə təhriklər təkfirçi qrupları Amerikanın nəzərdə tutduğu məntəqələrə ötürmək məqsədi daşıyır.
4.Ərəbistan alimlərinə ideoloji dayaq olaraq yer verilir. Ərəbistanın dini qurumları cihad fitvaları ilə müharibəni qızışdırırlar.
5.Sabitliyin pozulması: Qərbdə İslamı yenicə qəbul etmiş gəncləri də meydana çəkirlər. Ərəb ölkələrinin kəşfiyyat məlumatlarından bəhrələnirlər. Maraqlıdır ki, bu işlərdə həbsxanalardan mərkəz olaraq istifadə olunur.
6.Əməliyyatlara müdiriyyət: Məntəqədə gedən hərbi əməliyyatlar fasiləsiz şəkildə nəzarət altında saxlanılır. Hər cür səy göstərilir ki, Amerikanın siyasi xəttindən çıxmayan təkfirçilər iqtidarda saxlanılsın.
7.Qarşıdurma vəziyyətinin yaradılması. Məntəqədə gərginliyi artırmaqla təkfirçiləri haqqı tapdanmış tərəf kimi göstərməyə çalışırlar. Əfqanıstan və Suriyada bu işi gördülər.
8.Təkfirçi qrupların təchizatı: Amerika ayrı-ayrı təkfirçi qrupların fərqli hədəflər istiqamətində vuruşmasına çalışır. Bu qruplar arasında əlaqə yaranmasına yol vermir. Amerika istəmir ki, təkfirçi qruplar vahid qüvvəyə çevrilsin. Suriyada İŞİD ilə Ən-Nüsrə arasında ayrılıq buna misal göstərilə bilər.
9.Strateji nəzəriyyəçilik: Təkfirçilərə məhdud coğrafi məkanda əməliyyatlar üçün strateji proqramlar verilir. Onlar vəhşiliyə, qorxu yaratmağa sövq olunur. “İdarətul-Təvəhhuş” kitabının müəllifi Əbu Bəkr Naci Amerika kəşfiyyat orqanları ilə sıx əlaqədə olan şəxsdir. Bu şəxs qorxu üzərində iqtidarı əldə saxlamaq nəzəriyyəsini irəli sürür. Əbu Musəb Əssuri yazır: “İslam müqaviməti strateji bir baxışdır. Bu müqavimət təkfirçi qrupları Qərb orduları ilə birbaşa savaşdan yayındırır.” O bununla müqaviməti gözdən salır və heç bir izah vermir.
Üç istiqamətdən sonuncusu nəzarət idi: Təkfirçi qruplar Amerikanın nəzarəti altında olsalar da öz siyasi məqsədlərindən də əl çəkmirlər. Buna görə Qərb bu qurumları daim nəzarətdə saxlamağa çalışır. Təkfirçilərin qırmızı xətti aşmaması üçün bütün tədbirlər görülür. Nəzarət əsasən altı yolla həyata keçirilir:
1.Lazım gələndə təkfirçilərə hücum: 2011-ci ildə Əfqanıstanda təkfirçilərə hücum buna misal göstərilə bilər.
2.Maliyyə və hərbi yardımın həcmi: Təkfirçilərə elə bir həddə maliyyə və silah yardımı göstərilir ki, onlar Amerika üçün təhlükəyə çevrilməsin. 2011-ci ildə Suriyada Amerika bu çətinliyi yaşadı.
3.Coğrafi nəzarət.
Coğrafi nəzarət. Bəzən Amerika və onun müttəfiqləri təkfirçilərin mövqe tutduğu məntəqələrə hücum edirlər. İŞİD Ərdilə daxil olanda koalisiya qüvvələri bu işi gördü. Amerika təkfirçilərə icazə vermir ki, onlar üçün təyin olunmuş coğrafiyadan uzaqlaşsınlar.
4.Yerdəyişmə üçün coğrafiyanın təyini. Müəyyən məntəqədə təkfirçi qrupların sayı artdıqda, onlara nəzarət etmək çətinləşdikdə bu qüvvələr üçün yeni meydanlar açılır. İŞİD-a Mosul cəbhəsinin açılması buna nümunə göstərilə bilər.
5.İnformasiya dəstəyi. İnformasiya şəbəkələri təkfirçilərin hərbi və siyasi fəallığını artırmaq üçün böyük iş görür. Hər yolla bu qrupları təhrik etməyə çalışırlar.
6.Komandanlar arasında təmizləmə işi. Nəzərdə tutulan həddən artıq tanınmış, nüfuz əldə etmiş komandanlar aradan götürülür. Zərqavi buna misal ola bilər. Amerika Zərqavinin Bin Ladenlə əl-ələ verdiyindən şübhələndiyi zaman lazım olan addımları atdı.
Yuxarıda qeyd olunan vasitələrdən nəzərdə tutmuş şəraitlərdə, fərqli zamanlarda istifadə olunmuşdur. 1979-cu ildə Əfqanıstanda Amerikanın əvvəlcədən hazırladığı plan əsasında hərəkət edilirdi. Planı prezident Karterin milli təhlükəsizlik üzrə müşaviri Zibiqnev Rrejinski hazırlamışdı. Bu plan əsasında İslamçılar Əfqanıstana ötürülürdü, sabiq sovetlər birliyinin qoşunlarına qarşı cəbhə açılırdı.
11 sentyabr hadisələrində başqa bir nümunə ilə rastlaşdıq. Amerika bu hadisələrdə təkfirçilərə münasibətdə nəzarət mexanizmindən istifadə etdi. Əfqanıstandan çıxıb yer axtaran təkfirçilər İraqa yönəldildi. Bu qruplar Amerika ilə müharibə şüarı ilə meydana çıxdılar. Məqsəd İraqda daxili müharibə yaratmaq idi. Bundan sonra Suriya əməliyyatları başladı. İŞİD yaradıldı və İraqa növbəti bir qüvvə yeridildi. Hazırda İŞİD Ərəbistana doğru hərəkətdədir. Amerikanın yaratdığı koalisiya İŞİD-ın bu dislokasiyasına qarşı hərbi əməliyyatlara hazırdır.
Amerika və onun müttəfiqləri yuxarıda qeyd olunan üç siyasi nöqtəyə daim riayət edir. Çünki onlar ərəb xalqları ilə düşmənçilik, eyni zamanda Amerika ordusunun zəifləməsi problemini yaşayırlar. Öncə qeyd etməliyik ki, Amerika və İsrailin düşmənləri hazırda güclənməkdədir. Amerika onun ordusunun vəzifəsini yerinə yetirəcək qüvvələrə ehtiyaclıdır. İkincisi, təkfirçi qruplarla birbaşa rabitələr çətindir. Benladen 90-cı illərin sonlarında təkfirçi qrupları uzaq düşmənlə mübarizəyə yönəldə bildi. 11 sentyabır hadisələrindən sonra Amerikanın təkfirçilərə ehtiyacı yenidən gündəmə gəldi.
Üçüncüsü, Qərb sistemi çox zaman təkfirçilərin hədəfi olan dövlətlərə qarşı hərbi müdaxiləyə bəhanəni əldə saxlayır. Onlar artıq öz qüvvələrini yox, təkfirçiləri meydana çıxarırlar. Dördüncüsü Amerika və Qərb dövlətləri öz ölkələrindəki fəal təkfirçilərdən canlarını qurtarmaq üçün daim meydan saxlayırlar.
Təbii ki, Amerikanın məntəqədəki müttəfiqlərinin başqa problemləri də var. Onların problemlərindən biri təkfirçi qrupların ölkə daxilində yaratdığı gərginlikdir. Təkfirçilər ölkə xaricində meydan tapmadıqda ölkə daxilində gərginlik yaradırlar. Ərəb və müsəlman ölkələri təkfirçilərdən yaxa qurtarmaq, onları zəiflətmək üçün döyüş meydanları açır, təkfirçiləri bu yolla zəiflədirlər. 2011-ci ildə Suriyada ABŞ və müttəfiqlərinin öz strateji məqsədləri yolunda təkfirçiləri meydana çıxarması buna bir nümunədir. Təkfirçilərin təbiəti onlara nəzarəti zəruri edir. Təkfirçilər öz həmdin və həmvətənlərinə də rəhm etmir. Onlar kənardan idarə olunan varlıqlara çevriliblər. Vahid ideologiyası, fiqh mənbəsi, eləcə də rəhbərliyi olamayan bu cərəyanların müxtəlif istiqamətlərdə istifadə olunması asanlaşıb. Təkfirçilər haqqında kəşfiyyat məlumatları toplamaq da asandır. Onlar maliyyə çətinliyi yaşayır. Onların daimi maliyyə mənbəyi yoxdur. Təkfirçilər Amerikaya bağlı Ərəbistan, Qətər, BƏƏ, Türkiyə və Pakistan kimi ölkələrdən yardım alırlar. Daim meydanda olan bu qruplar bəzən fasilələrə ehtiyac duyur. Çünki onların gücü qarşılarına qoyulmuş məqsədə çatmaq üçün çox azdır.
Təkfirçilərlə bağlı təcrübələr 1979-cu ildə Əfqanıstanda, 2003-cü ildə İraq, 2011-ci ildə Suriyada əldə olunub. Amerika təkfirçilərin qaniçənlik xüsusiyyətindən, dağıdıcılığından məharətlə istifadə edir. Əfqanıstanda bu işi bacarıqla həyata keçirdilər. Nəhayət Sovetlər birliyi Əfqanıstandan çıxmağa məcbur oldu. 2003-cü ildə İraqda da qənaətbəxş nəticələr əldə olundu. Bu gün Amerika Suriyada infrastrukturların dağıdılmasında təkfirçilərdən çox yararlanır. İsrail Ən-Nüsrədən istifadə etməklə Coolan yüksəkliklərində özü üçün təhlükəsizlik kəməri yarada bilib. İraqda da müəyyən təcrübələr əldə olunub.
Uzunmüddətli strategiya səbəbindən təkfirçi qrupların əməliyyat hazırlığı Qərbin birbaşa hücumuna imkan vermir. Əfqanıstanda düşmən Sovetlər birliyi idi. Sonradan təkfirçilər tədricən Amerikanın dünyadakı siyasətlərinin icraçısına cevrildilər. Nəhayət 11 sentyabr hadisələri baş verdi. Təkfirçilərə dolayı nəzarət İraqda da müvəffəqiyyətlə yerinə yetirildi. Təkfirçilər bu ölkədə Amerikanın mənafelərinə lazımi həddə xidmət göstərdilər. Amma Suriyada bu işi görə bilmirlər. Artıq Suriya İŞİD qüvvələrindən təmizlənir. Nəticə olaraq deyə bilərik ki, Amerika təkfirçilərin onun mənafelərinə zərər vuracaq əməliyyatlarının qarşısını ala bilir. Təkfirçi qruplar demək olar ki, siyasi fəaliyyət imkanından məhrum ediliblər. Yalnız Amerikanın ehtiyacı olduqda təkfirçilərə tribuna verilir. Qətiyyətlə deyə bilərik ki, bu qruplar Amerikanın proqramlarının tərkib hissəsidir. Onlar Amerika lazım bildiyi halda bir məntəqədən o birisinə köçürülür.

Vilayet.nur-az.com


1955 بازدید
در حال ارسال اطلاعات...