Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Aprel 2015

Yəmən - Zühura hazırlıq

Yəmən xalqı yeganə xalq idi ki, Qədir-Xumda alınan beyətə sadiq qaldılar. Onlar mövla Əlidən (ə) başqa heç bir xəlifə ilə beyət etmədilər
55 il ərzində İsrailə bir güllə belə atmayan Ərəbistan və s. ərəb ölkələri Yəmən şiələrinə qarşı unudulmayan cinayətlərə əl atırlar.

Yəmən sizə çox ağır başa gələcək. Buna əmin olun.
Yəmən xalqı əvvəldən sözlərinin üstündə duran, müqavimət göstərən xalq olub. Yəmən xalqı yeganə xalq idi ki, Qədir-Xumda alınan beyətə sadiq qaldılar. Onlar mövla Əlidən (ə) başqa heç bir xəlifə ilə beyət etmədilər. Kufə əhli İmam Huseyn əleyhissəlama vəfasız çıxan zaman İmam üzünü məhz Yəmənə tutdu. Amma düşmən İmamın yolunu kəsib Ağanı Kərbəlada şəhid etdi.
Yəmən xalqına Peyğəmbər (s) tərəfindən təbliğatçı və din xadimi kimi göndərilən şəxs mövla Əli əleyhissəlam olmuşdur.
Bütün bu cinayətlərin arxasında İsrail rejimi durub. Ali Səud da İsrailin hürən itinə çevirilib. Onların məqsədi İranı bu savşa cəlb etməkdir. Müsəlmanlar arasında tarixin ən böyük qırğınını pərdə arxasından idarə edib sevindiklərindən məsti xumar olub, İsrailin pərdə arxasında olduğunu unutdursunlar.
Amma onlar deyəsən hələ bunu qanmırlar ki, İslamın dahi və müdrik Rəhbəri var. İran İsrailin itləri ilə savaş üçün bütün lazım olan tədbirləri görüb. Lazım olan ölkələrdə yerli müqavimət qüvvələri, Hizbullah briqadaları hazırlayıb. Bu qüvvələr öz vəzifələrini Ərəbistan kimi “kukla” ölkələrin qarşısında çox yaxşı bilirlər.
İnşaallah İranın birbaşa savaşı pərdə arxasında duran fitnənin əsl başı və səbəbkarı olan İsrail rejiminin tam məhv edilməsi uğrunda sionistlərin işğal etdiyi topraqlarda həyata keçəçək.
İmamın (əc) zuhuru üçün şərait yaratmaq və hazır olmaq lazımdır.
Hazır olmaq namaz qılanların, oruc tutanlarınn, həccə gedənlərin sayının artması ilə deyil. Əgər belə olsaydı cəmiyyətə nisbət İmam Əskərinin dövründ namaz qılan, hicablı, həccə gedən, oruc tutan indikindən çox idi. Amma İmamlarımız tək qaldılar və 12-ci İmam qeybə çəkildi. NİYƏ?
Çünki, Din və İmam Zamanları uğrunda canlarından, mallarından, yaxınlarından keçən mərd igidlər çox az idi.
Amma gedişat bunu bizə çox aydın göstəriri ki, hal hazırda belə igidlər heç də az deyil. Onlar gün gündən daha da çoxalır. İmamın (ə) bacısının qəbrinin müdafiəsi uğrunda hər şeyindən keçən müsəlman, əmin olun ki, İnşaallah İmam Mehdi əleyhissəlam uğrunda da hər şeyindən keçər, İmamını tək qoymaz.
Vilayəti fəqih xəttində şiə və sünni vəhdətindən əmələ gələn bütün müqavimət qüvvələri məhz İmam Zaman Ağaya məxsusdurlar.

Tohid İbrahimbəyli


2687 بازدید
در حال ارسال اطلاعات...