Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Aprel 2015

Ərdoğanın İrana qarşı ittihamlarının pərdəarxası

Ərdoğanın uğursuz siyasətləri səbəb oldu ki, xarici işlər naziri Əhməd Davudoğlunun şüarlarının əksinə olaraq Türkiyə qonşularla münasibətdə ən gərgin duruma gəldi
Son günlər Ərdoğanın İranı Yəmənin daxili işlərinə qarışmaqda ittiham etməsi gündəmdə olan mövzulardandır. Çoxları Türkiyə başçısının bu münasibətini onun xarici siyasətdəki uğursuzluqları ört-basdır etmək cəhdi ilə əlaqələndirir. Beynəlxalq Farhangnews İnformasiya Agentliyi yazır ki, Ədalət və İnkişaf partiyasının Ərdoğanın rəhbərliyi ilə hakimiyyətdə olduğu on ildə müxtəlif hadisələr baş verib. 20-ci əsrin sonlarında Türkiyə dünyanın ən böyük inflyasiya ilə ən borclu ölkəsi sayılırdı. Ədalət və İnkişaf partiyası Türkiyədə iqtisadi islahatlarla böyük dəyişikliklər yarada bildi.

Təəssüf ki, bu partiyanın iqtisadiyyatdakı nailiyyətləri onun xarici siyasətdəki böyük uğursuzluqları ilə müşayiət olundu.

İslam Oyanışı, başqa sözlə Ərəb Baharı dalğasını Türkiyə xarici siyasətində dönüş nöqtəsi saymaq olar. Türkiyə regiondakı hadisələrin axınında inqilabçıların himayəsi ilə məntəqədə nüfuzunu artırmaq istədi. Qısa bir müddətdə Türkiyə regionda böyük nüfuz qazandı. Amma bəxt Ankaradan üz çevirdi, zaman ötdü və Ərdoğan dövləti regionun ən bədnam dövlətinə çevrildi.

Türkiyə xarici siyasətdə nə üçün uğursuzluq yaşadı? Bunun səbəbləri bir deyil. Amma əsas səbəblərdən biri ölçüsüz özbaşına siyasət, təkəbbürlü və lovğa addımlar oldu. Ərdoğanın kimsə ilə hesablaşmadan iddialı hərəkətləri Türkiyəni beynəlxalq səhnədə nüfuzdan saldı. Təhlilçilər belə hesab edir ki, Türkiyənin uğursuzluqlarında əsas amil Ərdoğanın bütün sahələrdə tələsik və təkbaşına qərar çıxarmasıdır.

Ədalət və İnkişaf Partiyasında da bütün fəaliyyətlər Ərdoğanın münasibətlərinə hesablanıb. Dövlətdə olduğu kimi partiyada da bütün siyasi və iqtisadi qərarlar Ərdoğana məxsusdur. Ərdoğan baş nazirdən kabinetə rəhbərliyi alıb ölkəyə təkbaşına rəhbərlik edir.

Ərdoğanın uğursuz siyasətləri səbəb oldu ki, xarici işlər naziri Əhməd Davudoğlunun şüarlarının əksinə olaraq Türkiyə qonşularla münasibətdə ən gərgin duruma gəldi. Misirdə, Tunisdə, Liviyada Müsəlman Qardaşlarının və onlara bağlı qüvvələrin süquta uğraması Türkiyənin mövqeyini zəiflətdi. Əsəd hökümətinin müxaliflərini himayə etməsi, İraq dövləti yaşanan gərginliklər Türkiyənin bu iki ölkədəki böyük sərmayələrini hərəkətdən saxladı. Kipr probleminin həll olunmaması, Yunanlarla münasibətin gərginləşməsi, Ermənistanla qeyri-müəyyən münasibətlər, PKK ilə yarımçılıq sülh danışıqları Ərdoğan dövlətinin uğursuzluqlarına nümunə ola bilər.

İran İslam Respublikası Türkiyənin ən böyük qonşusu olaraq Ankaradan əsən zəhərli küləklərdən amanda qala bilmədi, Ərdoğan dövləti ilə münasibətlər gərginləşdi. Suriyanın gələcəyi, terrorçu İŞİD ilə münasibətlər, İraq kürdləri məsələsi, Türkiyə ilə İran arasında fərqli qarşılanan mövzulardır. Yaxın şərqdə Livanın daxili böhran yaşaması Tehranla Ankaranı uzaqlaşdıran mövzulardandır. Gərginlik yaradan son mövzu isə Ərdoğanın Tehranı mənin daxili işlərinə qatışmaqda ittiham etməsi oldu.

Türkiyə prezidenti İranı yaxın şərqdəki proseslərə müdaxilə etməkdə suçlayaraq deyib ki, Tehranın siyasətləri Ankara və onun müttəfiqlərini heyrətə gətirib. Ərdoğan bu vəziyyəti dözülməz vəziyyət adlandırıb. Ərdoğan firqə qarşıdurmalarını əsas göstərərək İranı Yəmənin işlərinə qarışmamağa çağırıb. Ərdoğan deyib: “İran öz baxışını dəyişməlidir. İran Yəmən, Suriya, İraqdakı qüvvələrini bu ölkələrdən çıxarmalı, onların ərazi bütövlüyünə hörmətlə yanaşmalıdır.” Ərdoğan Səudiyyə Ərəbistanı və onun ərəb müttəfiqləri ötən cümə axşamı günü Yəməndə (Hüsi) qəvvələrinin mövqelərini bombaladıqdan sonra yuxarıdakı bəyanatla çıxış edib. Ərəbistan iddia edir ki, hüsiçilər İran tərəfindən himayə olunur və bu qüvvələr ərəb dünyasını parçalayır.

Ərdoğanın məhz indiki zamanda Tehrana qarşı bəyanatlarını nə ilə əlaqələndirmək olar?

1.Məntəqədə hadisələr axınına süvar olmaq istəyi

Ərdoğan öz dövlətinin ərəb inqilablarına münasibətdə keçmiş siyasətinə əsaslanaraq hazırda Ərəbistanın başçılıq etdiyi anti-ənsarullah koalisiyaya qoşulmaq istəyir. Ərdoğan son illərdə müxtəlif səbəblərdən ərəb qonşularından uzaqlaşmışdır. Mursinin Misirdə süqutundan sonra Ərdoğanla hazırkı Misir başçısı Əbdülfəttah Əl-Sisi arasında gərginlik yaranmışdır. Bu gərginlik Ərdoğanın ərəb dünyasındakı nüfuzuna zərbə olmuşdur. Tunisdə Ən-Nehzə, Liviyada Müsəlman qardaşları kimi müttəfiqlərini itirən Ankara ərəb başçıları ilə baş-başa gəlmişdir. Ərəbistandan fərqli olaraq Türkiyə öz mənafeyini sələfilər yox, müsəlman qardaşlarının dirçəlişində görür. Sələfilərin dirçəlişi Türkiyə üçün iqtisadi baxımdan zərbə oldu. Ölkəni iqtisadi böhrandan çıxaran Ərdoğan bu dəfə böyük maliyyə itkiləri ilə qarşılaşdı.

Hazırda Yəmənə qarşı 10 ölkədən təşkil olunumuş koalisiyaya qoşulmaqla Ərdoğan ərəb qonşuları ilə yaxınlaşmağa cəhd göstərir. O düşünür ki, Ənsarullah süquta uğrayarsa Türkiyə bu qələbəyə şərik olacaq və Yəmənin yenidən qurulmasında iştirak edəcək. Müsəlman qardaşlarının bir qolu olan güclü Əl-İslah partiyası Yəməndə Ənsarullahın müxaliflərindəndir. Yəməndə qələbə və bu ölkənin yenidən qurulmasında iştirak Türkiyənin regionda mövqeyini möhkəmləndirə bilər. Bir şərtlə ki, Ərdoğanın planları Suriya və İraqdakı kimi pozulmasın.

2.Ərəb dünyası ilə iqtisadi-siyasi münasibətlərin genişləndirilməsi

3-cü minillikdə ərəb dünyasında baş verən hadisələr Səudiyyə Ərəbistanını regionda liderliyə sövq edir. Ərəbistan böyük maliyyə mənbələri, beynəlxalq qüvvələrin himayə etdiyi koalisiyalar vasitəsi ilə ərəb dünyasını nəzarətə götürməyə çalışır. Mursinin süqutundan sonra legitim olmayan hərbi hökumətin qurulması, Suriyada böhranın davamı bu iki ölkəni ərəb başçılarının nəzarət çevrəsindən kənara çıxarıb. Varlı ölkələrin siyasi və təhlükəsizlik baxımından asılı olması Səudiyyə Ərəbistanının liderlik imkanlarını gücləndirir. Məsələn Misirdəki hərbi hökumət məntəqədə və dünyada Ərəbistanın himayəsinə güvənir. Təbii ki, Ərdoğanın anti-Hüsi koalisiyasına qoşulmasını Səudiyyə ərəbistanı razılıqla qarşılayacaq. Bu addım iki ölkə arasında siyasi və iqtisadi əlaqələri möhkəmləndirəcək. Türkiyənin Fars körfəsi haşiyəsindəki ərəb ölkələrinin neft gəlirlərində gözü var. Türkiyə dəfələrlə bu ölkələrin neft sənayesinə sərmayə yatırmaq istəyib. Hazırkı koalisiyaya qoşulmaq və İrana qarşı mövqe tutmaq Türkiyəyə iki güclü imtiyaz qazandırır. Maraqlı nöqtələrdən biri də budur ki, Ərəbistanla yaxınlaşdıqdan sonra bu günə qədər Türkiyəni saya salmayan ərəb ölkələri qapılarını ankaranın üzünə açacaq. Ərəbistanla Türkiyənin dostluq rabitələri Ərəb-İsrail və Suriya probleminin həllində öz sözünü deyəcək. Hazırda Ərəbistan Ərdoğanı Əl-Sisiyə bağlayan halqadır. Misirdə hərbçilər hakimiyyətə gələndə Ərdoğan bu hökuməti qeyri-legetim adlandırmışdı. Amma hazırkı dünyada sürətlə dəyişən iki şey varsa biri Ərdoğanın münasibətidir.

3. İranı cilovlamaq strategiyası

Yaxın şərqdə baş verən hadisələr göstərir ki, İran İslam Respublikasının nüfuzu sürətlə artmaqdadır. Beynəlxalq və regional oyunçular dəfələrlə bu həqiqəti etiraf edib. Hətta bəziləri şiə imperatorluğunun yaranmasından danışır.

Həqiqət budur ki, İran İslam Respublikasının məntəqədə və dünyada yürütdüyü ədalətli siyasət ötən on illərdə kök atıb və bəhrəsini verir. Bir zaman yalnız Livanın cənubu İranın himayəsinə arxalanırdısa bu gün yaxın şərqin böyük bir hissəsi bu himayənin intizarındadır. İran İslam Respublikasının güclənməsi Ərdoğanı çox narahat edir. Ərdoğan İrana regionda əsas rəqib kimi baxır. İranın gücü nə qədər artırsa Türkiyənin gücü o qədər azalır. İran İslam Respublikası İslam dünyasının gerçəkdə problemlərinə yardım etməklə rəhbərlik missiyası daşıyır. Türkiyə isə heç bir sərmayəsiz bu ada sahib durmaq istəyir. İranın məntəqədə əzilən xalqlara fədakar yardımı bu ölkəyə münasibətdə sevgi yaradıb. Ərdoğan ictimai dayaqdan ümidini üzərək böyük oyunçuların himayəsi ilə İranın liderlik funksiyasını üzərinə götürmək istəyir.

Türkiyə İranı Yəmənə müdaxilədə ittiham etsə də hüsiçilər İrana hər hansı şəkildə bağlılığı inkar edir. Ərəb-Türk cəbhəsinə rəhbərlik edən Məlik Salman və Ərdoğan İranı qaralamaqla beynəlxalq güclərin himayəsini qazanmaq istəyir. Artıq pərdə arxasında Ankara, Riyaz, Qahirə, Teləviv, Vaşinqton və London koalisiyasının yaradıldığı şübhə doğurmur.

Ərdoğan düşünür ki, Ənsarullah məğlubiyyətə uğrasa İranın mövqeləri zəifləyəcək, Tehran Suriya və İraq məsələlərində güzəştə gedəcək. Türkiyə İraq və Suriyada təkfirçiləri dəstəkləməklə gözləntilərini Bəşarın süqutu ilə məhdudlaşdırmışdır.

Vilayet.nur-az.com


1715 بازدید
در حال ارسال اطلاعات...