Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Aprel 2015

“Bunu xalqa çatdırmaq mənim vəzifəmdir”

Seyid Əhməd Xomeyni: Rəhbərin xəttində olmayan xaindir!
Kim desə ki, İmam Xomeyniyə itaət Ayətullah Xameneiyə itaətdən fərqlidir Amerikanın xəttindədir!

Mərhum Seyid Əhməd Xomeyni İmam Rahildən sonra Ayətullah Xameneinin rəhbərlik məqamını müdafiyə etməklə yanaşı Şəmsi 1370-ci ildən başlayaraq Rəfsəncani hökumətinin canıyanan tənqidçisinə çevrildi. 1368-ci ildə Prezident seçkilərindən sonra ölkə iqtisadiyyatının 4-8 il müddətinə çiçəklənməsi nəzərdə tutulurdu. O zaman prezident bunu “İslam Yaponiyası quracağı”, deyə vəd edirdi. 1373-cü ildə xalq ağır iqtisadi təzyiqlər, 35 faizdən yuxarı inflyasiyaya baxmayaraq gələcəyə ümidlə baxırdı. Amma qəfil xəbər ölkəni sarsıtdı. İmamın əziz yadigarı Seyid Əhməd Xomeyni ürək tutmasından, 49 yaşında dünyasını dəyişdi. Hacı Əhməd həmin illərdə Cənab Rəhbərin ən yaxın köməkçisi idi. İmam Xomeyni vəsiyyətində ona yazırdı: “Mən Qahir, Hazır, Müntəqim Allahı şahid göstərirəm ki, Əhməd mənə köməkçi vəzifəsini yerinə yetirdiyi gündən bu zamana qədər istək və iradəmə qarşı bir addım da atmayıb. Sözümü və yazdıqlarımı məndən icazəsiz bir kəlmə də dəyişməyib. Seyid Əhməd Xomeyni İmam dünyasını dəyişəndən sonra İslam Cümhuriyyətinin hifz olunması məqsədi ilə rəhbərlik məqamını daşıyan Ayətullah Xameneinin himayəsi üçün bütün addımları atdı. O deyirdi: “Hamımız Rəhbərin arxasında dayanmalıyıq, İmamın idealları və əziz Rəhbərimizin keşiyini çəkməliyik. Əziz Rəhbər dünyaya göstərdi ki, Xomeyni əsri başa çatmayıb və İmamın ideyaları yolunda can qoymaq lazımdır... Şübhəsiz, Amerika sizin məmləkətinizə göz dikib. Onlar sizin məhviniz üçün sizə qarşı əllərindən gələni edəcək bir an sizi rahat buraxmayacaqlar. Siz şəhidlərin qanına, əsirlərə, yaralılara, itkin düşənlərə hörmət olaraq Rəhbərin arxasında dayanın, İmamınızın ideallarını müdafiə edin.” Seyid Əhməd Xomeyni hiss etmişdi ki, vilayəti-fəqih nizamı və rəhbərliyi zəiflətmək istəyənlər var. Buna görə çox qətiyyətlə demişdi: “Azadlıq İslam çərçivəsində olamlıdır. Kimsənin Rəhbərin ehtiramını pozmasına haqqı çatmır. İslam nizamının rəhbərinə hörmət İslam İnqilabının həmişəlik prinsiplərindəndir... Əgər bu gün hər hansı ixtilaf vəliyyi-fəqihin iqtidarına zərər olsa, böyük günaha yol vermişik. Siz imkan vermədiniz ki, İmam tənhalıq hiss etsin. Bu gün də yol verməməlisiniz ki, Ayətullah Xamenei tənhalıq hiss etsin. Gəlin İmamın məzarı kənarında əhd edib deyək: Ey İmam! İndi sən aramızda deyilsən. Biz inqilabçılar Rəhbərin arxasında, Rəhbərin xətti ilə Amerika və dünya zorlularına qarşı dayanmışıq. Son nəfəsimizə qədər inqilab ideallarını müdafiə edəcəyik. Bunu inkar edən hər bir şəxs əmin olun ki, İmamın xəttində deyil. Kim desə ki, İmam Xomeyniyə itaət Ayətullah Xameneiyə itaətdən fərqlidir Amerikanın xəttindədir!

Seyid Əhməd Xomeyni Rəhbəri müdafiə etməklə yanaşı Rəfsəncani hökumətini tənqid edirdi. Yeni hökumət dörd ya səkkiz il müddətinə ölkə iqtisadiyyatını dirçəltməyi vəd etsə də vədlər yerinə yetirilmirdi. Ölkənin iqtisadiyyatı nəinki bərpa olmadı, hətta inqilab ideallarından uzaqlaşma baş verdi. İmamın yadigarı başda olmaqla bütün canıyanan inqilabçılar İslam Cümhuriyyətinin keşiyində dayanmışdılar. İqtisadiyyatı dirçəltmək üçün yeni hökumət xarici sərmayəyə yol açmaq qərarına gəlmişdi. Bunu büdrəmə kimi dəyərləndirən Seyid Əhməd Xomeyni demişdi: “İrandan qaçmış sərmayədarlarla danışığa getmək İranı Qərbin bəyəndiyi şah dövrünə qaytarmaqdır.”

Seyid Əhməd Xomeyni dövlətin iqtisadi siyasətlərini tənqid edərək, məsulların diqqətini məhrum təbəqənin vəziyyətinə yönəldirdi: “Biz heç vaxt yol vermərik ki, əziz hizbullah və məhrum insanlarımızın qanı hesabına varlananlar iqtisadi fəaliyyətlərlə meydana daxil olsun... Hamı oyaq olmalıdır ki, iqtisadiyyat siyasətdən ayrı deyil... Diqqətli olmaq lazımdır ki, nizamın bünövrəsini, inqilabı qorumaq üçün insanlar azad danışıb rəy bildirmək imkanına malik olmalıdır. Azadlıq dinin zəruri şərtidir. İslamda biri böyük şəxsiyyətdir deyə onun tənqidinə yol verilməməsi halı yoxdur.”

Seyid Əhməd Xomeyni yenidən rəhbərlik mövzusuna qayıdaraq deyir: “Cənab Rəhbərin ehtiramını qorumaq hamının vəzifəsidir. Məsuliyyətlər artdıqca tənqidlərə də diqqətli olmaq lazım gəlir... Təəssüf ki, bəziləri tənqidə dözümsüzlük göstərir. Bu dözümsüzlük İslama sığmır, cəmiyyəti diktaturaya aparır.”

Ara-sıra vəliyyi-fəqihə münasibətdə məsuliyyətsiz sözlər eşidən Seyid Əhməd Xomeyni buyurur: “Nə qədər inqilabçı olsa belə Rəhbərin xəttində hərəkət etməyən şəxs xalqın ideallarına xəyanət etmişdir.”

Seyid Əhməd Xomeyni hiss edirdi ki, hakimiyyət istənilən bir qiymətə iqtisadiyyatı dirçəltmək istəyir. Qərb iqtisadiyyatının əsas xüsusiyyətlərindən biri dəbdəbəçilik, cah-cəlal qurmaqdır. Qərbsayağı iqtisadiyyat qurulan ölkədə məsullar tədricən sadə həyat tərzindən üz çevirir. Bir növ inqilabdan uzaqlaşma baş verir. Siyasətçilər və məsullar arasında sadə həyat tərzindən uzaqlaşma Seyid Əhməd Xomeyninin tənqidinə məruz qalan əsas mövzulardan idi. İmamın yadigarı onun ardıcıllarını İmam sayağı sadə həyat tərzini dəyişməməyə çağırırdı. 1370-ci ildə Keyhan qəzeti ilə müsahibəsində dəbdəbəçiliyə işarə ilə demişdi: “Çox təəssüf ki, mərasimlərdə, qonaqlıqlarda dəbdəbəçilik, şan-şöhrət elə bir həddə çatıb ki, İmamın dövrünə qayıtmaq üçün böyük bir problemlə üzləşərik. Dövlət idarələrində İmamın dövründən fərqli dəbdəbəçiliklə rastlaşmaq olar. Süfrələr dəyişib, mebellər dəyişib. İsrafçılıq insanı nigaran edir. İnqilabın şüarlarına ciddi yanaşmağımız lazımdır.”

Seyid Əhməd Xomeyni dünyasını dəyişəndən sonra onun tənqidi qeydləri daha çox yada salınırdı. İnqilab düşmənləri bu tənqidlərdən də sui-istifadə etməyə çalışırdılar. Amma Seyid Əhməd Xomeyni nizamın keşikçisi idi və tənqidləri idarəçilikdəki səliqəyə aid idi. Seyid Əhməd ölümündən 50 gün qabaq demişdi: “Özümə vacib sayıram şəhadət verim ki, Ayətullah Xameneinin həyat tərzi çox sadə həyat tərzidir. Cənab Rəhbərin bu sözlərə ehtiyacı yoxdur. Bunu xalqa çatdırmaq mənim vəzifəmdir. Mən onun evinin daxilindən xəbərdaram. Evində süfrəyə bir növ təam gələr. Evi xalça yox, sintetik kilimlə döşənib. Evində nimdaşlığı diqqəti çəkən bir xalça var... Bu gün həmd olsun Allaha inqilabımız İmamın şagirdinin, dəqiq onun yolunu gedən bir şəxsin əlindədir. Çalışaq ki, ona itaət edək... Rəhbər bir söz deyəndə onu yerinə yetirmək lazımdır. Vilayəti-fəqih budur!”

Vilayet.nur-az.com


1177 بازدید